Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə3/17
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74295
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

 



9  

 

nöqteyi  nəzərdən  qiraət  30-40  dəqiqə  çəkməlidir.  Bu  vaxt 



ərzində  seçilmiş  əsərin  oxunuşu  başa  çatmırsa,  onda  onlar 

hissələrə  bölünüb  ardıcıllıqla  oxunmalıdır.  Həmçinin  oxunuşu 

lazım gəlməyən hissələr şifahi nağıl edilməlidir ki, əsərin və ya 

mətnin məzmununu uşaqlar başa düşsünlər.  

Ucadan  oxu  aşağı  sinif  şagirdləri  üçün  oxu  texnikasına 

yiyələnməkdə  olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Həmçinin 

onların  oxuduğu  mətni  yadda  saxlamaq  imkanlarını  inkişaf 

etdirməyə  kömək  edir.  Odur  ki,  sinifdənxaric  qiraətlə  kiçik 

yaşlı  oxucuların  oxu  texnikasını  (məntiqi  vurğu,  fasilə,  səs 

tonunun  alçalması  və  yüksəlməsi  və  s.)  inkişaf  etdirmək  və 

təkmilləşdirmək lazımdır. Burada məqsəd uşaqlara zəruri qiraət 

vərdişlərini  −  söz  və  cümlələri  düzgün,  aydın  və  ifadəli 

oxumaq,  səsi  düzgün  ifadə  etmək,  sual,  nida  və  s. 

intonasiyalara,  məntiqi  vurğulara  riayət  etmək  və  s. 

mənimsətməkdir.  

Qiraətçinin  mətni  nümunəvi  formada  oxuması  əsərin 

şagirdlər  tərəfindən  dərk  edilməsini  asanlaşdırır.  Uşağın 

özünün ifadəli ucadan oxuya cəlb olunması isə əsərin dərk və 

tədqiq etmə prosesini tamamlayır. Beləlilkə, əsərin anlaşılması 

və  şərhi  qarşılıqlı  təcrübə  əsasında  həyata  keçirilir.  Həmçinin 

qarşılıqlı nümunəvi oxu məktəblilərdə kitaba maraq oyadır. Bu 

haqda  V.A.  Suxomlinski  deyirdi:  “Uşaqlara  kitabdakı  fikrin 

gözəlliyini,  müdrikliyini,  dərinliyini  göstərin.  Ancaq  elə 

göstərin ki, hər bir uşaq oxumağı daim sevsin, kitab dənizində 

müstəqil  üzməyə  hazır  olsun.  Bunun  üçün  isə  qabaqcadan 

hazırlaşmaq lazımdır”. Böyük Ukrayna yazıçısı N.V.Qoqol bu 

münasibətlə yazırdı: “Lirik əsəri elə oxumaq lazımdır ki, orada 

dəyərsiz  heç  nə  olmasın,  bunun  üçün  isə  onu  uzun  müddət 

öyrənmək lazımdır.” 

 



 

 

 



10  

 

Bu dünyanı qazanmaq istəyirsənsə kitab oxu! 



Axirəti qazanmaq istəyirsənsə kitab oxu! Həm bu 

dünyanı, həm axirəti qazanmaq istəyirsənsə kitab oxu! 

 

(Məhəmməd (ə.s) Peyğəmbər) 

 

Kiçik yaşlı məktəblilərin mütaliəsinə rəhbərlik 

 

İbtidai  siniflərdə  sinifdənxaric  oxunun  əsas  istiqaməti 

şagirdlərdə  müstəqil  mütaliəyə  maraq  oyatmaq,  mütaliə 

mədəniyyəti yaratmaq və bu yolla onların ətraf aləm haqqında 

bilklərini, dünyagörüşlərini genişləndirməkdən ibarətdir. 

Kiçik  yaşlı  məktəblilərin  mütaliəsinə  rəhbərlik  ilk 

növbədə  mütaliə  mədəniyyətinin  formalaşdırılmasından  baş-

lanılır.  İlk  olaraq  ibtidai  sinif  şagirdlərinə  kitabla  davranmaq 

üzrə  ən  zəruri  qaydalar  haqqında  məlumat  verilməlidir. 

Məktəblilərin kitabla rəftar mədəniyyətinin formalaşması üçün 

onlara aşağıdakı tövsiyələri vermək olar: 

1) kitabı hara gəldi atma, cırma, ona ləkə salma; 

2) kitabı qatlama; 

3) kitabın içinə qələm, dəftər və başqa əşyalar qoyma

4) kitabın səhifələrini qatlama; əlfəcindən istifadə et

5) kitabın səhifələrində qeydlər aparma;  

6) kitab oxumazdan əvvəl əllərini yu

7) yemək stolunun üstündə kitab oxuma

8) oxuyub qurtardıqdan sonra kitabı yerinə qoy; 

9) kitabın cildinə kağız çək və s.  

Kiçik  yaşlı  məktəblilərə  mütaliə  zamanı  bəzi  gigiyena 

qaydaları da tövsiyə olunmalıdır: 

1. Uzanıb oxumaq zərərlidir. 



 

 

 



11  

 

2. Kitabı vərəqləyəndə barmağını dilinə vurma. 



3. Oxuyarkən düz otur, kitabın üzərinə əyilmə. 

4.Oxuyanda elə otur ki, işıq sol tərəfdən düşsün. 

5.Gözlərin yorulanda oxuma. 

6. Yaxşı işıqlandırılmış otaqda oxu. 

7. Yorğunluq hiss etdikdə oxumağı saxla. 

8. Yeyə-yeyə oxuma. 

9. Yeyəndən yarım saat sonra oxu. 

10. Minikdə, gəzə-gəzə oxuma və s. 

Bu  qaydaların  gözlənilməsi  kiçik  yaşlı  şagirdlərin 

sağlamlığını  mühafizə  etməklə  yanaşı,  onların  əqli  fəaliyyəti-

nin inkişafına da kömək göstərir. 

Kiçik  məktəbyaşlı  uşaqların  mütaliəsində  ilk  mərhələ        

3 hissəyə bölünür: 

1. Hazırlıq (I sinfin  birinci yarım ili, hələ uşaqlara savad 

təlim edilir); 

2. Başlanğıc (I sinfin ikinci yarım illiyi); 

3. Əsas (II-IVsiniflər).  

Hazırlıq  mərhələsində  çətinliklər  çox  olur.  İş  kitabxana 

və  kitabla  tanışlıqdan  başlanır.  Şagirdlər  zəif  oxu  texnikasına 

malik olduqları üçün kitabxanadan aldıqları sevimli kitabları - 

hekayələri,  nağılları,  şeirləri,  tapmacaları  hər  zaman  həvəslə 

oxumurlar, ya birinci səhifəni oxuyur,  ya da şəkillərə baxırlar. 

Bu dövrdə əsas vəzifə şagirddə kitaba maraq tərbiyə etməkdən 

ibarətdir.  

Hazırlıq  və  başlanğıc  mərhələsində  aparılan  iş  ibtidai 

siniflərdə inkişaf etdirilir, ucadan ifadəli oxu iş üsulu kimi əsas 

yer tutur. 

Bu  baxımdan  I-II  sinif  şagirdlərinin  mütaliəsində 




 

 

 



12  

 

Azərbaycan  şifahi  xalq  ədəbiyyatı  nümunələri  böyük  rol 



oynayır.  Nağıl  qəhrəmanlarının  parlaq  obrazları  ilə  biz 

uşaqlarda  dostluq  və  məhəbbət,  namuslu  olmaq  və  doğruluq, 

şərə  və  ədalətsizliyə  nifrət  kimi  böyük  insani  hisslər  oyada 

bilərik.  Nağıllar  qədim  mədəniyyətimizin  mənəvi  sərvəti, 

yaddaş  salnaməsidir.  Dünyada  elə  bir  xalq  yoxdur  ki,  o  nağıl 

yaratmamış  olsun.  İnsan  öz  həyatını,  arzu  və  düşüncələrini, 

xeyrin  şər  üzərində  qələbəsinə  inamını  nağıla  çevirməkdən 

xüsusi zövq almışdır. Uşaqlar qədim mədəniyyətimizin mənəvi 

sərvəti  olan  nağılı,  sevir,  dərk  edir  və  özünə  lazımi  nəticələr 

çıxarır.  Nağılın  kiçik  yaşlı  oxucular  üçün  əhəmiyyəti  çox 

böyükdür.  Kitab  oxuyan,  nağılların  təsiri  ilə  böyüyən  uşağın 

söz  ehtiyatı  zəngin,  nitqi  isə  rəngarəng  olur.  Buna  görə,  uşaq 

ikən  müxtəlif  nağıllara  qulaq  asmaq,  hərfləri  tanıdıqdan  sonra 

mütaliə ilə məşğul  olmaq gələcəkdə daha  geniş  söz ehtiyatına 

malik olmaq üçün faydalı təsirə malikdir. Nağıl dili canlılığı ilə 

fərqlənir,  onda  bənzətmələr  və  obrazlı  ifadələr  boldur. 

“Nağıllar”  və  "Azərbaycan  xalq  nağılları"  kitabındakı  “Cırt-

dan”,  “Tıq-tıq  xanım”,  “Tülkü  və  hacıleylək”  nağılları, 

“Sevimli  nağıllar”  kitabındakı  “Süleyman  və  qarışqa”,  “Zirək 

oğru”,  “Əliyarla  dovşan”,  “Ağ  quş”,  “Şəngülüm,  Şüngülüm, 

Məngülüm”  nağılları  balaca  oxucuların  zövqünü  oxşayır, 

qəhrəmanları  onlara  sevdirir,  yaxşı  ilə  pisi,  xeyir  ilə  şəri  başa 

salır.  Nağılı  oxuduqdan  sonra  uşaqlar  buradakı  hadisələr  və 

qəhrəmanlarla  bağlı  testləri  yerinə  yetirməli,  hadisələrin 

ardıcıllığını  düzgün  müəyyən  etməli,  ilk  dəfə  rastlaşdıqları 

sözləri qeyd edərək onların mənasını araşdırmalıdırlar.  

Müasir 

uşaq 


ədəbiyyatı 

yazıçılarından 

Sevinc 

Nuruqızının  “İpəkcənin  macəraları”,  Gülzar  İbrahimovanın 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə