Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74295
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

 



13  

 

“Nağıllar”,  “Göy  qurşağı  qardaşlarının  yeddi  nağılı”,  “İlanlı 



dərənin  sirri”,  “Təmraz  və  Gün”,  “Su  pərisi”,  Qəşəm  İsabəy-

linin  “Elnur,  Əkil  və  onların  başına  gələnlər”  və  s.  nağıllar 

kiçik  yaşlı  məktəblilərin  sevə-sevə  oxuduğu  nağıllar  sırasına 

daxildir.  

Uşaqların  estetik  tərbiyəsində  və  nitqinin  inkişafında 

uşaq şeiri mühüm tərbiyə vasitələrindən hesab olunur. Şeir tək-

tək uşaqlarla yanaşı, kollektiv şəkildə də oxunur. Xarici aləmi, 

əşya  və  hadisələrin  başlıca  əlamət  və  xüsusiyyətlərini  uşağa 

yalnız  obrazlı  söz  vasitəsilə  çatdırmaq  mümkündür.  Məsələn, 

M.Ə.  Sabirin  “Ağacların  bəhsi”  və  M.  Füzulinin  “Meyvələrin 

söhbəti”  nəzm  əsərlərini  mütaliə  edən  hər  bir  şagirddə  orada 

bəhs olunan bitkilər haqqında müəyyən təsəvvür yaranmış olur. 

Bu  cür  nəzm  əsərlərində  müxtəlif  əşya  və  hadisələr  haqqında 

məlumat  vermək  məqsədilə  şairlər  maraqlı  üsullardan  istifadə 

edirlər.  Abdulla  Şaiq,  Teymur  Elçin,  Mikayıl  Rzaquluzadə, 

İlyas  Tapdıq,  Məmməd  Aslan,  Əli  Kərim,  Zahid  Xəlil  və 

başqalarının  yazdıqları  şeirlərin  kiçik  yaşlı  məktəblilərin 

dünyagörüşünün inkişaf etməsində böyük əhəmiyyəti vardır. 



Əsas mərhələdə şagirdlər müstəqil oxu üçün ədəbiyyatın 

növləri  ilə  tanış  olur,  arzu  və  marağına  müvafiq  ədəbiyyat 

seçməyi  öyrənirlər.  Bu  zaman  məktəbli  Azərbaycan  dili 

kitablarında  təqdim  edilən  sinif  oxusunda  olan  bölmələr 

əsasında  müstəqil  surətdə  kitab  seçmək  təşəbbüsündə  olur. 

Belə  demək  mümkünsə  sinifdənxaric  oxu  sinif  oxusunun 

davamı,  onun  inkişaf  mənbəyi  rolunu  oynayır.  Sinif  oxusu 

prosesində  şagirdlərin  əldə  etdikləri  məlumatlar  sinifdənxaric 

oxunun  köməyi  ilə  dolğunlaşır,  tamamlanır.  Şagirdlərin 

sinifdənxaric  oxu  prosesində  əldə  etdikləri  informasiyalar  hər 




 

 

 



14  

 

hansı mətnin inteqrasiya şəraitində tədrisinə imkan yaradır. Bu 



mərhələdə şagirdlərə müəyyən siyahılar çatdırmaq lazım gəlir. 

Sinifdənxaric  oxu  üçün bədii  əsərlər  seçilərkən  şagirdlər 

nağıllar  əsasında  yazılmış  əsərləri  aludəliklə  qarşılayırlar.  Bu 

məqsədlə  onlara  A.Şaiq,  M.Seyidzadə,  M.Rzaquluzadə, 

M.Müşfiq,  xarici  ölkə  yazıçılarından  Ş.Perro,  V.Qrimm, 

X.Andersen,  C.Badari,  L.Tolstoy,  A.Qaydar,  U.Permyak, 

K.Çukovski, 

S.Marşak  D.Bisset,  C.Rodari,  L.Malerba, 

A.Lindqrin, E.B. Potter, A.Valomberq, K.Paterson və başqala-

rının qələmə aldıqları nağılları təqdim etmək məsləhətdir. 

Müxtəlif  həyat  hadisələrinə,  ətraf  aləmə  böyük  maraq 

göstərən,  hər  şeyin  mahiyyətinə  varmağa  çalışan,  bugünkü 

uşaqlar əqli intellektual qabiliyyəti ilə 30-40 il bundan əvvəlki 

yaşıdlarından  xeyli  fərqlənir.  Bu  baxımdan    müasir  dövrün 

nəbzini  tutan,  uşaqlara  həyatı  öyrədən,  dünyagörüşlərini 

genişləndirən  əsərlərin  mütaliəsinə  də  xüsusi  diqqət  yetiril-

məlidir.  Kiçik  yaşlı  məktəblilər  üçün  ensiklopediyalar,  “Mən 

dünyanı öyrənirəm”, “Ağıllı oğlan və qızların ensiklopediyası” 

seriyası  ilə  çap  olunmuş  “Həşəratlar”,  “İnsan  bədəni”,  “Nəq-

liyyat  və  maşınlar”,  “Planetin  qəribə  quşları”,  “Boxça”  bilgi 

almanaxı”  eləcə  də  Sona  Xəyalın  Zoologiya,  Botanika, 

Ədəbiyyat  və  s.  fənnlərə  aid  “fənni”  hekayələri  balacaların 

dünyagörüşünün və biliklərinin artmasında faydalı ola bilər.  

Qeyd etmək lazımdır ki, sinifdənxaric oxunun təşkilində 

məqsəd  həm  də  kiçikyaşlı  məktəblilərə  tərbiyəvi  təsir  göstər-

məkdən  ibarətdir.  Bədii  əsərlərdəki  obrazlar,  psixoloji  hallar, 

hadisələrin  inkişafı  uşaqların  dünyagörüşünü  genişləndirir, 

uşaqlarda yüksək insani hisslərin, əxlaqi keyfiyyətlərin tərbiyə 

olunmasını  təmin  edir.  Bir  çox  hallarda  müəllimin  rəhbərliyi, 



 

 

 



15  

 

istiqaməti  olmadan  da,  mütaliənin  təsiri  ilə  şagirdlərdə  özünü 



tərbiyələndirmə üzrə iş təmin edilir. 

Sinifdənxaric oxu üçün materialın seçilməsi  

Sinifdənxaric  oxu  üçün  material  seçərkən  və  onlarla  işi 

təşkil edərkən aşağıdakı şərtlərə əməl olunmalıdır: 

1. Sinifdənxaric oxu üçün əsasən, bədii əsərlərə üstünlük 

verilməlidir. 

2.  Kiçik  yaşlı  məktəblilərə  təqdim  olunan  hər  bir  əsər 

onların  əqlinə  və  hisslərinə  təsir  göstərməlidir.  Əsl  vətəndaş 

tərbiyə  etmək  üçün  həm  ciddi,  həm  komik,  həm  şən,  həm  də 

qəmgin mətnlər seçilməlidir. 

3.  Əsər  seçərkən  müxtəlif  janrlar  −  həm  nağıl,  həm 

hekayə, həm təmsil, həm də şerlərin təqdim olunması nəzərdə 

tutulmalıdır. 

4.  Həm  Azərbaycan,  həm  də  xarici  ölkə  xalqları 

ədəbiyyatının nümunələri əhatə edilməlidir. 

5.  Sinifdənxaric  oxu  üçün  seçilmiş  mətnin  həcmi  çox 

böyük  olmamalıdır.  I  sinifdə  120-150  sözdən  ibarət  mətnlə 

başlanan  bu  iş  IV  sinifdə  150  səhifəyədək  mətnin  oxusu  ilə 

başa çatır. 

6. Ədəbi parçalar şagirdlərin marağına, bilik səviyyəsinə 

ətraf aləmlə tanışlığa uyğun olmalıdır 

7.  Seçilmiş  əsər  dilinə,  quruluşuna  və  bədii  tərtibatına 

görə şagirdlərin hazırlığına uyğun olmalıdır. 



 

 

 

 

 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə