Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə187/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Ullyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

M a kdu f.  

Yırtıcı Maqbetin uşağı yoxdur! - 

Məhv etdi o mənim uşaqlaram? 

Dedin hamısını? Hamısını, hə? 

Cəhənnəm quzğunu, of, vəhşi, alçaq! 

Necə, bir uçuşda, bircə həmlədə 

İstəkli göyərçin balalaram 

Anasıyla birgə parçalayıbdır? 

Ma I kol m. Bu dərdə sinə gər bir kişi kimi. 

M a kdu f.  

Sinə gərəcəyəm. Lakin bu dərdi 

Bir kişi kimi də hiss edim gərək. 

Mən öz həyatımdan qiymətli olan 

Evi, ailəni unudum necə?! 

Allah yuxandan baxmırdı məgər, 

Onları nə üçün xilas etmədi? 

Ah, günahkar Makduf! Tək sənə görə 

O məsum insanlar qurban getdilər. 

Onların bir suçu, günahı yoxdu, 

Onların qətlinə bais sənsən, sən! 

Oh, indi mən kiməm? - Yalnız bir heçlik! 

Allah rəhmət etsin o yazıqlara. 

M a lko lm .  

Qoy bu dərd çevrilsin sonsuz qəzəbə, 

Olsun sənin üçün bir bülövdaşı, 

Onunla itilə öz qılıncını. 

İntiqam atəşin bir an sönməsin. 

M a kdu f.  

Oh, mən qadın kimi göz yaşı töküb, 

Özümü bir xeyli öyə bilərdim. 

Fəqət vaxt itirmək nəyə gərəkdir. 

İlahi, rəhm elə, möhləti qısalt, 

Tez ol, Şotlandiya iblisi ilə 

Məni mərd-meydanda üz-üzə gətir. 

Bizim aramızda bu qılıncımın 

Uzunluğu qədər məsafə saxla. 

 

752 

downloaded from KitabYurdu.org



Salamat qurtarsa əlimdən əgər, 

Onda o rəzili sən də bağışla! 

M a lko lm .  

Kişi sözləridir sənin sözlərin. 

Kralın yanına gedəyin indi. 

Əsgərlər hazırdır, əlahəzrətlə Gərək 

vidalaşıb tez düşək yola. 

Maqbet məhv olmaqçün yetib kamala. 

Cəza qılıncını ulu göylər də Endirib 

qatilin başının üstə. 

Nə qədər fürsətdir, qan iç, ey qəddar, 

Hər uzun gecənin bir gündüzü var. 



Gedirlər. 

753 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

BEŞİNCİ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Dunsinan. Qəsrdə bir otaq. 

Həkim və xidmətçi kübar qadm daxil olurlar. 

H  ə  ki  m. İki  gecədir ki,  mən  sizinlə  bərabər keşikdəyəm,  ancaq 

sizin dediklərinizin doğru olduğunu sübut edəcək heç nə görmürəm. 

O, axırına dəfə yuxulu-yuxulu nə vaxt gəzib? 

Qa d ın.   Əlahəzrət  müharibəyə  gedəndən  bəri bu  hadisənin  tez-

tez  şahidi  olmuşam.  Xanım  yatağından  qalxır,  gecə  xalatını  çiyninə 

atır,  öz  kitab  şkafina  yaxınlaşır,  bir  bükülü  kağız  götürüb  açır,  nəsə 

yazır,  oxuyur,  sonra  möhürləyir,  yenə  qayıdıb  yatağına  girirdi.  O 

bütün bu işləri görərkən yuxulu idi. 

H ə kim .   Gecənin  eyni  bir vaxtında  həm  yuxudan  faydalanmaq, 

həm  də  gündüzün  işləri  ilə  məşğul  olmaq  müşkül  məsələdir.  Belə 

qəribəliklər  insan  orqanizminin  son  dərəcə  sarsılmasından  əmələ 

gəlir.  Mənə  deyin  görüm,  həyəcanlı  yuxular  içində  bu  gəzintilərdən 

və  başqa  hərəkətlərdən  savayı,  onun  haçansa  bir  söz  dediyini 

eşitmisinizmi? 

Qa d ın.   Eşitmişəm,  cənab.  Ancaq  mən  bu  sözləri  heç  kimə 

deməyəcəyəm. 

H ə kim .   Mənə  deyə  bilərsiniz.  Siz  bunu  mənə  mütləq 

deməlisiniz. 

Qa d ın.  Nə sizə, nə də başqasına deyə bilmərəm, çünki sözlərimi 

təsdiq edəcək  bir şahidim  yoxdur. 

(Ledi Maqbet əlində şam daxil olur.)

 

Baxın, 


bura  gəlir.  Onun  adəti  belədir.  Allaha  and  olsun,  ayaq  üstdə 

möhkəmcə yatır. Yaxınlaşın, diqqətlə baxın. 

H ə kim .  Şamı hardan alıb? 

Qa d ın.   Yatağının  yanında  həmişə  şam  olur.  Otağında  daima 

işıq yanır. Əmri belədir. 

754 

downloaded from KitabYurdu.org




H ə kim .  Görürsünüz, gözləri açıqdır! 

Qa d ın.  Fəqət görmür. 

H ə kim .  O indi nə eləyir? Baxın əllərini necə ovuşdurur! 

Qa d ı n. Bu onun adətidir. Ona elə gəlir ki, əllərini yuyur. Bəzən 

bu hərəkətini on beş dəqiqə davam etdirir. 

Le di  M a qb e t .  Hələ də ləkəsi var. 

H ə kim .  Sss! O danışır. Sözlərini unutmamaq üçün yazacağam. 

Le di  M a qb e t .   Rədd  ol,  mənfur  ləkə,  rədd  ol  deyirəm  sənə!  - 

Bir,  iki...  Hə  oldu,  vaxtdır,  işə  başla.  -  Cəhənnəm  kimi  qaranlıqdır.  - 

Ayıbdır,  əzizim,  ayıbdır!  Kişi  də  qorxarmı?  Axı,  nədən  qorxmalıyıq? 

Biləcəklər,  qoy  bilsinlər.  Kimin  cürəti  çatar  ki,  bizdən  haqq-hesab 

tələb  eləsin?  Bu  qocanın  vücudunda  bu  qədər  qan  olduğu  kimin 

ağlına gələrdi? 

H ə kim .  Eşidirsinizmi? 

Le di  M a qb e t .  Fayf tanının bir zövcəsi vardı. İndi o hardadır? - 

Hecə, bu əllər heç vaxt təmiz olmayacaq? - Bəsdir, əzizim, bəsdir! Bu 

qorxaqlıqla sən bütün işləri korlayacaqsan. 

H ə kim .   Davam  et,  davam  et.  Siz  biləcəyiniz  lazım  gəlməyən 

şeyləri bildiniz. 

Qa d ın.   O  deyilməsi  lazım  gəlməyən  sözləri  dedi.  Onun  nələr 

bildiyini yalnız bir AUah bilir. 

Le di  M a qb e t .  Əlimdən hələ də qan qoxusu gəlir. Ərəbistanda 

olan ətirlərin hamısını bir yerə yığsan da, bu balaca əli yuyub pak edə 

bilməz. Oh, oh, oh! 

H ə kim .  Nə yaman ah çəkdi! tirəyində ağır dərdi var. 

Qa d ı n.   Onun  bütün  var-dövləti  mənə  verilsəydi,  belə  bir ürəyi 

köksümdə gəzdirməzdim. 

H ə kim .  Əlbəttə, əlbəttə, əlbəttə! 

Qa d ın.  Allah, sən ona kömək ol! 

H ə kim .   Bu  xəstəlik  mənim  ixtisasıma  aid  deyil.  Ancaq  mən 

bilirəm  ki,  gecələr  yuxulu-yuxulu  gəzən  adamlar  olub.  Onlar  axırda 

öz yataqlannda rahatca ölüblər. 

Le di  M a qb e t .   Əllərini  yu,  gecə  paltarını  geyin.  Rəngin  nə 

yaman  qaçıb!  Yenə  də  deyirəm,  Bankonu  basdırdılar,  o  heç  vaxt 

qəbirdən çıxa bilməz. 

H ə kim .   Y ox   a !  



755 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə