Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə183/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   179   180   181   182   183   184   185   186   ...   189

Uilyam Şclıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

M a q b e t 



{kənara).

 

Ey zaman, ovumu aldın əlimdən, 



Sən pozdun qorxulu planlarımı. 

Həyata keçməyən bir arzu, muraz Əldən 

uçan quşdur, qaytarmaq olmaz. Bu gündən 

dəyişməz qərarım mənim. Qəlbimdə 

yaranan ilk arzu, niyyət Əlimin ilk işi 

olacaq yalnız. 

Elə mən bu saat hərəkətimlə Fikrimin 

başına tac qoyacağam. Demək, fikir varsa, 

iş də gərəkdir: Makdufun qəsrinə hücum 

eyləyib, 

Fayfı zəbt edəcəm bir an içində. 

Onun arvadını, uşaqlannı, 

Bütün var-yoxunu, qohumlarını Bir-bir 

qılıncımdan keçirəcəyəm. Boş-boş, hərzə-

hərzə öyünər təlxək, Hirsim soyumamış iş 

görüm gərək. Rədd olsun ruhlar da, 

cadugərlər də! 

(Lenoksa)

 

Qasidlər hardadır? Di haydı, gedək, Sən 



məni onların yanına apar. 

Gedirlər. 

 

İKİNCİ SƏHNƏ



 

Fayf. Makdufun qəsrində bir otaq. 

Ledi Makduf, onun oğlu və Ross daxil olurlar. 

L e d i   M a k d u f .  O nə iş tutub ki, qaçıb ölkədən? 

R o s s .  Xanım, siz səbir edin. 

L e d i   M a k d u f .  

O, səbir etdimi? 

Onun bu qaçması bir dəlilikdir. 



736 

downloaded from KitabYurdu.org




Yoxdur bir suçumuz, bir günahımız. 

Onun vahiməsi, onun qorxusu İndi xain 

kimi göstərir bizi. 

Ross. 


Siz ki bilmirsiniz, onun qaçması İndi 

qorxaqlıqdır, ya ağıllı iş? 

Le di  M a kdu f.  

Nə? Nə? Ağıllı iş! Atıb evini, 

Arvadını, körpə uşaqlarını Ağıllı bir 

adam qaçarmı məgər? 

O bizi sevməyir, sevməyir artıq. 

O adi hisslərdən məhrum olubdur. 

Dünyada quşların ən balacası Zəif 

çalıquşu öz yuvasında Vuruşur, 

döyüşür güclü bayquşla, Qoruyur öz 

körpə balalarını. 

Bəs o? Osa qaçdı, bu qorxaqlıqdır. 

Onun bu işində, hərəkətində Nə 

məhəbbət vardı, nə də ki ağıl. 

R o s s.  

Mənim əziz bacım, rica edirəm, 

Bir az özünüzü ələ alınız. 

Bunu unutmayın: sizin əriniz Ağıllı, 

kamallı, nəcib insandır. 

Çərxin gərdişini, dövrün hökmünü O 

görür, o bilir hamıdan artıq. 

Çatmır cəsarətim çox danışmağa. 

Zaman dəhşətlidir, dövran amansız. 

Xəyanət etmədən xain adlanmaq, 

Günahı olmadan qorxmaq, çəkinmək, 

Müdhiş şayiələr burulğanında, 

Tufanlı dəryaya düşmüş adamtək, Hara 

gəldi üzmək dəhşət içində Nə qədər 

çətindir, nə qədər ağır. 

Sağ olun, gedirəm, mehriban bacım, 

Çox çəkməz, yenə də qayıdaram mən. 

Fəlakət çatıbdır son nöqtəsinə, 

737 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Heç vədə bu belə davam eyləməz. 

Bu həyat ya birdən alt-üst olmalı, 

Ya da yavaş-yavaş düzəlməlidir. 



(Ledi Makdufim oğluna) 

Allah amanında, balaca dostum! 

Le di  M a kdu f.  

Atası sağ ikən yetimdir uşaq. 

R o s s.  

Necə də axmağam, ləngidim yaman. Burda 

çox dayanmaq həm mənim üçün, Həm də 

sizin üçün təhlükəlidir. 

Daha durmaq olmaz, sağ olun, xanım. 

Le di  M a kdu f  



(oğluna).

 

Quzum, atan ölüb, nə edəcəksən? 



Söylə bir, nə təhər yaşayacaqsan? Oğl u .  

Quşlar kimi, ana. 

Le di  M a kdu f.  

Necə, nə dedin?! 

Cücüylə, böcəklə dolanacaqsan? 

Oğlu .  


Nə tapsam, onu da yeyəcəyəm mən. Quşlar 

nə tapırsa, onu da yeyir. 

Le di  M a kdu f.  

Ah, yazıq quşcuğaz, sən bu dünyada 

Tələdən, cələdən qorxmursan məgər? 

Oğlu .  


Axı, niyə qorxum? Yazıq quşlara Heç vaxt 

tələ, cələ qurmazlar, ana! 

Sən nə deyirsən de, atam ölməyib. 

Le di  M a kdu f.  

Yox, yox, atan ölüb. Zavallı balam, 

Bəs indi atasız nə edəcəksən? 

Oğlu .  Yaxşı, bəs sən ərsiz nə edəcəksən? 

Le di  M a kdu f.  

Nə var ki! İstəsəm iyirmisini Mən sabah 

bazardan ala bilərəm. 

Oğlu .  Birigün yenidən satmaq üçünmü? 

 

738 

downloaded from KitabYurdu.org



Le di  M a kdu f.  

Oğlum, sən necə də hazırcavabsan! 

Vallah, ağlın çoxdur yaşına görə. 

Oğlu .  Atam xain idi? 

Le di  M a kdu f.  Hə, xain idi. 

Oğlu .  Xain nə deməkdir? 

Le di  M a kdu f.  

Ən asan bir söz - 

And içib, andını pozan yalançı. 

Oğlu .  Bütün yalançılar xaindir məgər? 

Le di  M a kdu f.  Yalançı xaindir, asılsın gərək. 

Oğlu .  


And içib, andını pozan adamlar 

Gərək asılsınlar dar ağacından? 

Le di  M a kdu f.  Hamısı. 

Oğlu .  Onları bəs kim asacaq? 

Le di  M a kdu f.  Vicdanlı adamlar, mehriban oğlum. 

Oğlu .   Hə  isə,  xainlərin  hamısı  axmaqdır;  çünki  xainlər  o  qədər 

çoxdur ki, bütün vicdanlı adamları tutub döyər və dar ağacından asa 

bilərlər. 

Le di  M a kdu f.   Allah  sənə  kömək  olsun,  bədbəxt  şeytan.  De 

görüm, atanı hardan tapacaqsan? 

Oğlu .   Atam  ölsəydi,  sən  ağlayardın.  Əgər  ağlamasaydın,  onda 

bilərdim ki, tezliklə mənim təzə atam olacaq. 

Le di  M a kdu f.  Sən bədbəxt çərənçi, nə danışırsan? 

Qasid gəlir. 

Qa s id .  

Yaradan hifz etsin sizi, ay xanım. 

Bilirəm ki, məni tanımırsınız, 

Fəqət tanıyıram sizi yaxından. 

Yüksəkdir əsliniz, nəcabətiniz. 

Qorxunc bir təhlükə izləyir sizi. 

Nə qədər sadə bir adam olsam da

Dinləyin siz mənim məsləhətimi. 

Burda dayanmayın, çıxın aradan, 

Apann günahsız uşaqları da. 

739 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə