Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə185/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

M a kdu f.   Yaxşı,  varis  kimdir? 



M a lko lm .  

O mən özüməm. 

İçimdə gizlənib saysız qüsurlar. 

Onlar üzə çıxıb aşkar olanda O vaxt 

qara Maqbet mənim yanımda Qar 

təkin ağappaq görünəcəkdir. Mənim 

törətdiyim hədsiz-hüdudsuz Ağır 

bəlalarla müqayisədə Bir quzu sanacaq 

xalqımız onu. 

Yox,  yox,  müdhiş,  qorxunc  cəhənnəmdə  də 

Maqbet kimi rəzil, alçaq, yaramaz, 

Bir lənətə gəlmiş iblis tapılmaz. 

Elədir, o acgöz, kinli, qaniçən, 

Riyakar, saxtakar, xain, azğındır. 

Onda cəmləşibdir bütün nöqsanlar. 

Lakin daha pisdir mənim şəhvətim

Onun nə həddi var, nə də sonu var. 

Sizin xanım-xatın qadınlarınız, 

Məsum qızlarınız, gəlinləriniz Mənim 

alovlanan ehtirasımın Dərin dərəsini 

doldura bilməz. 

Bu yolda qarşıya çıxan sədləri Tamam 

dağıdaram, alt-üst edərəm. Beləsinin 

kral olmasındansa Maqbet öz yerində 

qalsa yaxşıdır. 

Həddən artıq şəhvət təbiətincə 

Dünyada dözülməz bir istibdaddır. 

Şəhvət də boş qoyub çox sarayları, 

Neçə kralları salıb taxtından. 

Ancaq qorxmayınız bundan qətiyyən, 

Ala bilərsiniz öz haqqınızı. 

Qəlbinizi yaxıb-yandıran odu Xəlvətcə, 

gizlicə söndürərsiniz. 

M a kdu f.  

M a lko lm .  

M a kdu f.  



744 

downloaded from KitabYurdu.org




Sizin arzunuzla gül aça bilən Nə çoxdur 

nazənin gözəllərimiz. 

Şəhvət tərlanınız bu kəkliklərin Heç də 

hamısını ovlaya bilməz. 

M a lko lm .  

Bundan başqa, mənim həris qəlbimdə 

Heç zaman doymayan tamah da vardır. 

Əgər kral olsam, öldürərdim mən Bütün 

kübarları, zadəganları. 

Alardım birinin torpaqlarını, 

Birinin evini, daş-qaşlarını. 

Nə qədər çox yığsam varı-dövləti, 

O qədər artardı hərisliyim də. 

Səmimi, xeyirxah, düz adamları Yalnız 

sərvət üçün, qənimət üçün Min cür 

bəhanəylə məhv eyləyərdim. 

Nə qanun, nə insaf, nə də ədalət - Heç nə 

saxlamazdı yolumdan məni. 

M a kdu f.  

Təhlükəli olur tamah şəhvətdən, 

İnsanın qəlbində bu müdhiş bəla Çox 

yaman, çox dərin rişələr atır. 

Bizim kralları qana bələyən

Köksünə sancılan qılıncdır tamah. 

Lakin qorxmayınız zərrəcən ondan. 

Çünki Şotlandiya öz sərvətiylə Bu yanar 

odu da söndürə bilər. 

Başqa ləyaqətlər əhatəsində Belə 

qüsurlara dözmək mümkündür. 

M a lko lm .  

Fəqət yoxdur mənim bir ləyaqətim. 

Kral olmaq üçün insana mütləq Ədalət, 

həqiqət, səbir, iradə, 

Mərdlik, xeyirxahlıq, təvazökarlıq, 

Məhəbbət, mərhəmət, dözüm gərəkdir. 

Bunların heç biri tapılmaz məndə. 

Bunlara əks olan, təzad yaranan 

745 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Hər cür cinayətlər girdabıyam mən. 

Əlimdə ixtiyar olsaydı əgər, 

Birliyi, dostluğu, səmimiyyəti 

Atardım cəhənnəm alovlarına. 

Sülhü, rahatlığı alt-üst eyləyib, 

Bütün yer üzünə nifaq salardım. 

M a kdu f.  Ah, yazıq vətənim! Ah, Şotlandiya! 

M a lko lm .  

Bəli, mən beləyəm. Belə bir adam, 

Deyin, layiqdirmi kral olmağa? 

M a kdu f.  

Kral olmağamı? Belə bir adam 

Hətta layiq deyil yaşamağa da. 

Mənim bədbəxt xalqım, zavallı xalqım! 

Qanlı müstəbidin zülmü altında 

Sən nə vaxta kimi inləyəcəksən? 

Haçan qayıdacaq xoşbəxt günlərin? 

Taxtının-tacının əsl varisi 

Etiraf eyləyib qüsurlarını, 

Tamam ləkələdi kral nəslini. 

Vəliəhd, bilin ki, sizin atanız 

Ən ali, müqəddəs bir kral idi. 

Ananız - o mömin, o məsum qadın 

Ömrü başa vurdu ibadət ilə. 

Sizinsə dəhşətdir günahlarınız. 

Onları birbəbir danışmaqla siz 

Əziz vətənimdən - Şotlandiyadan 

Məni əbədilik sürgün etdiniz. 

Of, artıq əlvida! Of, qəlbim, qəlbim! 

Bütün ümidlərim puç oldu mənim. 

M a lko lm .  

Makduf, qəlbinizin təmizliyindən 

Yaranmış bu coşqun, bu haqlı qəzəb 

Çirkin şübhələri sildi könlümdən. 

Siz doğru, namuslu, vicdanlısınız. 

Məni dəfələrlə hiyləgər Maqbet İstəyib 

kələklə toruna salsın. 

 

746 

downloaded from KitabYurdu.org




Hər dəfə iblisin tələsindən mən Ağılla-

kamalla xilas olmuşam. 

Odur ki, heç kəsə yoxdu inamım. Fəqət 

inanıram sizə bu gündən, 

Allah aramızda qoy şahid olsun. 

Mən sizə verirəm ixtiyarımı. 

Geri götürürəm özüm barədə Dediyim 

eybəcər iftiraları. 

Özümə yaxdığım qara ləkələr Yaddır 

namusuma, təbiətimə. 

Mən üzüpərdəli bakir oğlanam, 

Hələ bir qadına dəyməyib əlim. 

Yalandan heç zaman and içməmişəm. 

Dünyada heç nədə olmayıb gözüm. 

Mənə aid olan indi nə varsa, 

Heç vaxt heç birinə can atmamışam. 

İlqarım saf olub, dostluğum möhkəm, 

Şeytanı şeytana satmamışam heç. 

Sevmişəm düzlüyü həyatım qədər. 

Bu gün öz haqqımda həm də ilk dəfə 

Mən yalan söylədim, yalan danışdım. 

Əsl-həqiqətdə olduğu kimi Bütün bu 

varlığım sənindir, sənin. 

Bu gündən özümü, öz həyatımı 

Bədbəxt vətənimə həsr eləyirəm. 

Sən bura gəlməmiş, doğrudan da, biz 

Qərara almışıq qoca Sivardla On minlik 

orduyla hücum eyləyək. 

İndi bir gedərik düşmən üstünə. 

Haqq bizə yar olsun! Niyə susursan? 

M a kdu f.  

Səadət görüşdü fəlakət ilə, 

Bu yaman çaşdırdı, sarsıtdı məni. 

Həkim daxil olur. 

M a lko lm .  

Yaxşı, danışarıq sonra bu haqda. 

Bu gün əlahəzrət gəlirmi, həkim? 



747 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə