Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə184/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   181   182   183   184   185   186   187   188   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Sizi çox qorxutdum, bilirəm ki, bu 

Ən qaba, ən kobud bir vəhşilikdir. 

Bu müdhiş bəlanı gəlib vaxtında 

Sizə çatdırmamaq, xəbər verməmək 

Daha çox vəhşilik sayılmazdımı? 

İndi bu fəlakət lap yaxındadır. 

Allah sayəsində saxlasın sizi. 

Artıq durmaq olmaz. 

Gedir. 

 

Le di  M a kdu f.  



Mən hara qaçım? 

Pislik etməmişəm axı heç kimə! Yox, 

yox, unutmuşam bu həqiqəti: Bu fani 

dünyada yaşayıram mən. Pislik 

təriflənir dünyada çox vaxt, Yaxşılıq 

axmaqlıq sayılır ancaq. Pislik 

etməmişəm heç kimə deyib, Mən bir 

qadın kimi özümü əgər Müdafiə 

etsəm, nə mənası var? 

Bu adamlar kimdir? 



Qatillər içəri soxulurlar. 

Bi rin ci  qa t il.  

Hanı əriniz? 

Le di  M a kdu f.  

Elə çirkin yerə getməyib ki o, 

Sənin kimilərlə gəlsin üz-üzə. 

Bi rin ci  qa t il.  

O xaindir! 

Oğlu .  

Əclaf, yalan deyirsən! 

Bi rin ci  qa t il.  

Yox a ,  yumurtadan boylanan cücə! 



(Onu qılıncla vuraraq)

 

Qorxulu xainin miskin çırtımı. 



740 

downloaded from KitabYurdu.org




Oğlu .  

O məni öldürdü, sən durma, ana! 

Qaç burdan, qaç burdan, yalvanram, qaç! 

Ölür. 

Ledi Makduf “Qətl, qətl” deyə bağıraraq qaçır. 

Qatillər onu izləyirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

İngiltərə. Kral sarayının önü. 

Malkolm və Makduf gəlirlər. 

M a lko lm .  

Gəl gedək, çəkilək tənha guşəyə, Qəlbimizi 

didən kədərimizi Ağlayıb boşaldaq göz 

yaşımızla. 

M a kdu f.  

Yaxşı olardı ki, yola düşüb biz, 

Ər kimi, qılıncı sıyırıb qından, Dərddən 

xilas edək vətənimizi. 

Hər gün yetimlərin, dul qadınlann Odlu ah-

naləsi, acı fəryadı Yerdən bülənd olub qabar 

göylərə. Göylərin üzünə deyir zərb ilə, 

Əks edir dəhşətli ildırım kimi. Tükənməz 

dərdinə Şotlandiyanın, Elə bil, göylər də 

yanır ürəkdən, Hıçqırıb, hönkürüb tökür 

göz yaşı. 

M a lko lm .  

Yalnız ağlayıram inandığıma, 

Yalnız bildiyimə inanıram mən. 

Elə zaman gələr, elə vaxt gələr, Hər şeyi 

sahmana salaram özüm. Belə məlum olur 

sözlərinizdən: 



741 

downloaded from KitabYurdu.org




Uılyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dünyada yeganə, misilsiz adı 

Hamının dilində qabar bağlayan

Bu qaniçən zalım bir vədə, bir vaxt 

Vicdanlı tanınıb, doğru sayılıb. 

Siz ona ürəkdən bağlanıbsınız. 

Sizə toxunmayıb bu günə qədər. 

Mən hələ cavanam, acizəm indi. 

Məni qurban verib o müstəbidə, 

Ala bilərsiniz ənam, hədiyyə. 

Tanrının hirsini soyutmaq üçün 

Taqsırsız, günahsız, aciz quzunu 

Aparıb tanrıya qurban verirlər. 

M a kdu f.  Mən xain deyiləm. 

M a lko lm .  

Maqbet xaindir. 

Ona baş əyməkdir sizin borcunuz. 

Qeyrətli, namuslu, nəcib insanlar 

Hakimin hökmünə tabedir ancaq. 

Bu sözlərə görə bağışlayınız. 

Mənim fikirlərim qətiyyən sizin 

Təbiətinizi dəyişə bilməz. 

Günaha batsa da ən gözəl mələk, 

Gözəldir yenə də bütün mələklər. 

Əclaflıq taxsa da saflıq maskası, 

Saflıq öz hüsnünü saxlamalıdır. 

M a kdu f.  Mən tamam itirdim ümidlərimi. 

M a lko lm .  

Doğrudur, o yerdə, həmin yerdə ki, 

Mən də orda tapdım şübhələrimi. 

Hanı arvadınız, uşaqlarınız - 

O nadir, əvəzsiz sevgi telləri? 

Nə üçün onlarla görüşmədən siz 

Təcili, tələsik çıxıb gəldiniz? 

Məni bağışlayın, məqsədim sizi 

Təhqir etmək deyil şübhələrimlə. 

Özümü xatadan hifz eləməkdir. 

Nə deyim, bəlkə də, siz haqlısınız. 

 

742 

downloaded from KitabYurdu.org




M a kdu f.  

İnlə, inlə, mənim bədbəxt vətənim! 

Qoy qanlar çağlasın yaralarından. 

Ey lovğa istibdad, ey zalım cəllad, 

Yeganə hakim ol, öz kefini çək. 

Bil ki, ədalətin cürəti çatmır, 

O sənə heç vədə toxuna bilməz. Sənin 

əsarətin, sənin zillətin Artıq qanun ilə 

təsdiq olunub. 

Daha sözüm yoxdur, əlvida, prins! 

Fəqət unutmayın heç zaman bunu: 

Qanlı müstəbidin zəbt elədiyi Bütün 

Şotlandiya torpaqlarını, 

Şərqin sonsuz, zəngin sərvətlərini 

Mənə versələr də, alçalıb heç vaxt Siz 

düşünən qədər rəzil olmaram. 

M a lko lm .  

İnciməyin: əsla düşünməyin ki, 

Mən sizdən çəkinib deyirəm belə. 

Bilirəm, dözülməz əsarət altda 

Bədbəxt vətənimiz məşəqqət çəkir. 

İztirab içində o zavallının Qəlbindən 

qan axır, gözlərindən yaş. Onun 

sızıldayan yaralarının Cİstündən 

yaralar vurulur hər gün. Bunu da 

bilirəm, bükülməz qollar Mənim 

hüququmu qoruyacaqdır. Mənə 

İngiltərə hazırdır, hazır Çoxminlik, 

böyük bir ordu verməyə. Tutalım, 

mən gedib o müstəbidin Başını 

tapdadım ayağım altda, 

Yaxud qılıncıma taxdım başını. Bunun 

nə mənası, nə faydası var. Yazıq 

vətənimiz əvvəlkindən çox Dərdlərə, 

qəmlərə düçar olacaq. Taxt-tacın 

varisi daha dəhşətlə Onu parça-parça 

eyləyəcəkdir. 

743 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə