Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə181/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   177   178   179   180   181   182   183   184   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

DÖRDÜNCÜ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Qaranlıq bir mağara. 

Ortada ocaq üstündə qaynar bir qazan. 

Göy guruldayır, ildırım çaxır. Üç cadugər daxil olur. 

B i r i n c i  c a d u g ə r. üç yol miyoldadı zil qara pişik. 

İ k i n c i  c a d u g ə r. üç yol ciyildədi kirpi balası, ü ç ü n c ü  

c a d u g ə r .  “Vaxtdır, vaxtdır” deyə qışqırdı ərdoy. B i r i n c i  

c a d u g ə r .  

Ocaq ətrafında süzək yan-yana, 

Zəhərli nə varsa, ataq qazana. 

Sehrlə kənara ayrılsın zəhər, 

Gərək zəhmətimiz getməsin hədər. 

Birinci qaynadaq qurbağanı biz, 

Bir ay başdan-başa gecə və gündüz 

Yatıb daş altında, məst edib cadu, 

Zəhər tuluğuna dönüb vücudu. 

H a m ı s ı .  

Alovlanıb yan, ocaq, yan, 

Qayna, qazan, qayna, qazan. 

İ k i n c i   c a d u g ə r .  

Qoy bişsin tavada ilan qabığı, 

Kərtənkələ gözü, qaban dırnağı. 

Yarasa dərisi, köpək seliyi, 

Tısbağa ayağı, xərçəng iliyi. 

Haça gürzə dişi, koramal dili, 

Sığırçın qanadı, keçi qəzili. 

728 

downloaded from KitabYurdu.org




Sehrli tavamız qaynasın bərk-bərk 

Zülmət cəhənnəmdə odlu qazantək. 

H a m ı s ı .  

Alovlanıb yan, ocaq, yan, 

Qayna, qazan, qayna, qazan. 

Ü ç ü n c ü   c a d u g ə r .  

Ataq tavamıza canavar dişi, 

Axçaya bürünmüş əjdaha döşü. Köpək 

balığının qığırdağını, 

Çürümüş meyitin toz-torpağını. 

Qaranlıqda bitən kal böyürtkəni, 

Ayın üzündəki qara ləkəni. 

Dinsizin bağrını, tərsin burnunu, 

Zalımın ödünü, bicin qarnını. 

Qəhbənin çuxurda xəlvət doğduğu, 

Dünyaya gələntək dərhal boğduğu 

Günahsız körpənin barmaqlarını, 

Qəhbənin dilini, dodaqlarını. 

Bunları tilsimə salsın sehrimiz, 

Bunlardan bir sıyıq bişirəyin biz. 

Qatı olsun deyə sıyığa gərək Pələng 

içalatın əlavə edək. 

H a m ı s ı .  

Alovlanıb yan, ocaq, yan, 

Qayna, qazan, qayna, qazan. 

İ k i n c i   c a d u g ə r .  

Sıyığı soyutsun meymunun qanı, 

Sehrimiz mat qoysun cümlə cahanı. 



Hekata daxil olur. 

H e k a t a .  

Bax, buna söz olmaz, min əhsən sizə, 

Mükafat yaraşır zəhmətinizə. 

İndi mələklərtək tutun əl-ələ, 

Şən nəğmə oxuyun gözəl rəqs ilə. 

Qazan ətrafında dövrə vurun siz, 

Qazanda nə varsa, sehrləyiniz. 



729 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Musiqi çalmır, cadugərlər rəqs edərək nəğmə oxuyurlar. 

Sonra Hekata gedir. 

 

İ k i n c i   c a d u g ə r .  



Mənim barmaqlanm qaşınır yaman, 

Gəlir mağaraya bir qəddar insan. 



Taqqıltı eşidilir. 

Qapını döyən var, 

Açılın, qıfıllar! 

Maqbet daxil olur. 

M a q b e t .  

Ey zülmət gecənin ovsunçuları, 

Nə iş görürsünüz bu gecəyarı? 

H a m ı s ı .  İşimiz adsızdır əzəldən bizim. 

M a q b e t .  

Adsız işinizə and verirəm mən, 

Cavab verin mənim suallarıma, Hardan 

bilirsiniz, öyrənirsiniz, 

Bunun mənim üçün heç bir dəxli yox. Sizin 

vahiməli cavabınızdan Qasırğa qopanb 

güclü küləklər Məbədlər üstünə hücum 

çəksə də, Tufanlı dənizdə quduz dalğalar 

Qırıb gəmiləri qərq eyləsə də

Yanıb külə dönsə gömgöy zəmilər, Ağaclar 

kökündən çıxsa da hətta, Qalalar yıxılıb öz 

təməlindən Clçsa zalımların başına belə, 

Saraylar, ehramlar alt-üst olsa da, Dünyada 

qalmasa canlı bir xilqət, Məhv olub dağılsa 

bütün təbiət, 

Yenə mənim üçün bir mənası yox. Cavab 

istəyirəm sorğularıma. 

B i r i n c i   c a d u g ə r .  Sual ver. 

İ k i n c i   c a d u g ə r .  Xəbər al. 



730 

downloaded from KitabYurdu.org




Ü ç ü n c ü   c a d u g ə r .  Biz cavab verək. 

B i r i n c i   c a d u g ə r .  

Kimdən istəyirsən cavabı, kimdən - 

Bizdənmi, yoxsa ki ali ruhlardan? M a q b e t .  Çağınn 

onlan, görüm onlan. 

B i r i n c i   c a d u g ə r .  

Doqquz bala doğub balasın yeyən 

Donuzun qanını ocağa tök sən... 

Vaxt ötür, dayanma, dayanma bir an, 

Yenicə asılmış dar ağacından Qatilin tərini 

gətirib yağtək Ocağa çilə ki, alışsın bərk-

bərk. 


H a m ı s ı .  

Nə fərqi, ya böyük, ya kiçiksiniz, 

Ey ruhlar, görünün gözümüzə siz. 

Göy guruldayır. 

Birinci ruh dəbilqəli baş şəklində zühur edir. 

M a q b e t .  Ey naməlum qüvvə, mənə söylə ki... 

B i r i n c i   c a d u g ə r .  

Sənin niyyətini bilir o qüdrət

Sən ona qulaq as, danışma fəqət. B i r i n c i  

r u h .  

Maqbet! Maqbet! Maqbet! Fayf tanından 

Makdufdan özünü gözlə hər zaman. Artıq 

kifayətdir, məndən əl çəkin. 

Yerin təkinə çəkilir. 

M a q b e t .  

Sən kimsən, nəçisən, bir mənası yox, 

Bu gün öz vaxtında xəbərdarlıqçın 

Təşəkkür edirəm sənə ürəkdən. 

Sən mənim qorxumu düzgün söylədin. 

Daha bir söz... 

B i r i n c i   c a d u g ə r .  

Ona əmr etmək olmaz. 

Bir başqası da var, o, birincidən Daha 

qüvvətlidir, daha güclüdür. 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə