Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə2/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   2   3   4   5   6   7   8   9   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Avropada İntibah dövrünün ən görkəmli nümayəndələrindən biri 



olmuş 

Uilyam 


Şekspir 

öz 


əsərlərində 

humanizm, 

xəlqilik, 

həyatsevərlik  ideyalarını  tərənnüm  etmiş,  insan  qəlbinin  sirlərini 

dərindən  bilmiş,  qələmə  aldığı  mürəkkəb  hadisələrin  dolğunluğu  ilə 

həmişə  oxuculara  böyük  təsir  göstərmişdir.  Onun  faciə  və  kome-

diyalarında  əksini  tapmış  məsələlər,  həyat  haqqmda  söylədiyi  həqi-

qətlər,  insanların  bir-birinə  münasibəti  zaman-zaman  dəyişməz  qalır. 

Şekspir  hadisələrin  dərinliyinə  nüfuz  edir,  ilk  nəzərdə  əhəmiyyətsiz 

görünən  xırda  bir  hadisənin  arxasında  gizlənən  ümumbəşəri 

əhəmiyyətə malik mənaları üzə çıxara bilirdi. Şekspirin bütün əsərləri 

zəmanə ilə son dərəcə bağlı olduğuna görə dünya ədəbiyyatında misli 

görünməmiş tarixi əhəmiyyət kəsb etmişdir. Hər bir cəmiyyət, hər bir 

xalq,  yaşından,  məqamından  asılı  olmayaraq,  hər  bir  fərd  hər  dəfə 

Şekspirin  əsərləri  ilə  təmasa  girərkən  ondan  nə  isə  yeni  bir  şey 

öyrənmişdir.  Buna  görə  də  tədqiqatçılar  400  ildən  artıqdır  ki,  onun 

əsərlərim tədqiq edir və hər dəfə yeni bir fikir söyləyə bilirlər. Müasiri 

Ben Conson Şekspir haqqmda demişdir: “O, bir əsr üçün deyil, bütün 

zamanlar üçündür”. Şekspir həm də bütün millətlərə gərəkdir. Elə bir 

xalq  tapılmaz  ki,  onun  mədəniyyətinin  inkişafında  Şekspirin  payı 

olmasın. 

Şekspir Avropa İntibahının parlaq və eyni zamanda ən mürəkkəb 

dövründə  yaşamışdır.  İntibahın  ən  dərin  və  son  dərəcə  böhranlı 

dövründə  əvvəllər  Bokkaçço,  Leonardo  da  Vinçi,  Rable  və  digər 

mütəfəkkirlərin  əsərlərində  irəli  sürülmüş  konsepsiyalar  tarixin  acı 

təcrübəsi əsasında nəzərdən keçirilmiş və saf-çürük edilmişdir. 

İntibah  dövründə  əsrlərdən  bəri  feodalizm  məngənəsində  yaşa-

yan  insanın  qarşısında  ucsuz-bucaqsız  üfüqlər  açıldı,  onun  öz  qüv-

vəsinə  yenilməz  inam  yarandı  və  o,  həyata,  biliyə,  yaradıcılığa  meyil 

etməyə  başladı.  İntibah  dövründə  insan  axirət  dünyası  haqqmda  orta 

əsrlərin nağılları ilə birdəfəlik üzülüşdü, ümidini bu dünyaya bağladı, 

cənnəti də, cəhənnəmi də burada axtardı. Təbiət elmlərinə, humanitar 

elmlərə böyük maraq oyandı. 

İntibah dövrünün insanında  ən ümdə keyfiyyət inamdır. İnsanın 

sonsuz  imkanlarına,  varlığın  bütün  sirlərinə  nüfuz  edib, onları aşkara 

çıxarmaq  bacarığına  inam.  Engels  “Təbiətin  dialektikası”  eserində 

İntibah  dövrünün  mahiyyətini  belə  aydınlaşdırır:  “Bu,  bəşəriyyətin  o 

vaxta  qədər  gördüyü  bütün  çevrilişlər  içərisində  ən  böyük  mütərəqqi 

çevriliş idi, dahilərə ehtiyacı olan, öz təfəkkürü, 

downloaded from KitabYurdu.org




ehtirası və xasiyyəti, kamilliyi və alimliyi cəhətdən dahilər yetirən bir 

dövr idi...” 

“Nəhənglərə  ehtiyacı  olan  bu  dövr”  nəhənglər  də  yetirdi.  Bu 

dövrdə elə bir alim tapılmazdı ki, dörd-beş xarici dil bilməsin, elmin 

həm  nəzəri,  həm  də  təcrübi  sahəsində  parlamasın.  Dinin  nüfuzuna 

qarşı  çıxan  humanistlər  insanm  öz  düşüncələrində  azadlığını  və 

sərbəstliyini  yüksək  qiymətləndirir,  onu  hər  cür  mənəvi  və  əxlaqi 

təzyiqdən,  dinin  buxovlanndan  xilas  etməyə  çalışırdılar.  Bu,  əlbəttə 

ki,  bədii  yaradıcılığın  da  yüksək  nailiyyətlər  əldə  etməsinə  gətirib 

çıxartdı.  İtaliyada  incəsənət  çiçəkləndi,  Fransada,  Almaniyada  yeni 

tipli  humanist  ədəbiyyat  yarandı,  İngiltərədə  və  İspaniyada  klassik 

ədəbiyyatın ilk nümunələri meydana gəldi. 

Bu  dövrün  estetikası  nikbin  xarakter  daşıyır;  sənətdə  gözəllik, 

kamillik  haqqmda  düşünülür,  təbiətin  gözəllik  qanunları  kəşf  edilir, 

sənətkarlar  sənətdə  ümumiləşdirmə  yolu  ilə  realizmin  inkişafına 

təkan  verirlər.  Bu,  bədii  yaradıcılığın  müxtəlif  janrlarının  inkişafına 

səbəb  olur,  humanist  tələbləri  daha  dolğun  və  təsirli  ifadə  edə  bilən 

sənət növləri geniş inkişaf edir. 

İntibah  dövrünün  ilkin  mərhələsində  insanm  zahiri  gözəlliyim 

təsvir  etmək  tələbi  meydana  çıxanda,  İtaliyada  rəssamlığa,  boya- 

karlığa  və  xüsusən,  portret  janrına  üstünlük  verilirdi.  Sonralar  isə 

insanm  daxili  aleminə  nüfiız  edib,  onu  bütün  mürəkkəbliyi  ve  zid-

diyyəti  ilə  göstərmək  meyli  ön  plana  çəkiləndə  İngiltərə  və  İspa-

niyada  teatr  janrı  şöhrət  qazanır.  Orta  əsrlər  ədəbiyyatında  geniş 

yayılmış  əfsanəvi  hadisələri  əks  etdirən  sabit  süjetlər  əvəzinə  real 

həyat və onun kəskin dramatizmini, ictimai və siyasi hadisələri, canlı 

insan  taleyini,  onun  daxili  aləmini,  zəngin  xarakterini  əks  etdirən 

əsərlər əsas yer tutur. 

* * * 

Uilyam  Şekspir  1564-cü  il  aprelin  23-də  Eyvon  çayı  sahilində 



yerləşən, indi dünyada Şekspirin vətəni kimi məşhurlaşmış Strat- ford 

şəhərində  anadan  olmuşdur.  Atası  nisbətən  varlı  olmuşdur. 

U.Şekspirin  həyatı  haqqındakı  yazılarda  o,  bir  qəssab,  dabbağ  və 

əlcəktikən  kimi  təsvir  edilmişdir.  Ədibin  atası  Con  Şekspir  bir  müd-

dət Stratford şəhərinin bələdiyyə rəisi də işləmişdir. 

1571-ci  ildə  Uilyam  yerli  qrammatika  məktəbində  oxumağa 

başlayır. Burada o, yunan və latın dillərini, məntiq elmini öyrənir. 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Getdikcə  ailənin  maddi  vəziyyəti  çətinləşir,  o,  təhsilini  davam  etdirə 



bilmir.  Rəvayətə  görə,  gələcək  yazıçı  əvvəlcə  kənd  qəssabı  yanında 

şagird işləyir, sonra isə kəndlərdə müəllimlik edir, müəllimlik edərkən 

xalq  dilini,  xalq  ədəbiyyatım  dərindən  mənimsəyir.  Tədqiqatçılar  çox 

zaman  Şekspir  dilinin,  onun  lüğət  tərkibinin  zənginliyini,  minlərlə 

zərbi-məsəlin,  iyirmi  mindən  çox  sözün  işlədilməsini  məhz  xalq 

içərisində olması və xalq dilini dərindən öyrənməsi ilə izah edirlər. 

1582-ci  ildə  Şekspir  on  səkkiz  yaşında  ikən  özündən  yeddi  yaş 

böyük  olan  varlı  fermer  qızı  Anna  Heteveylə  evlənir.  Onların  Süzan 

adlı bir qızı və əkiz oğulları - Yudif və Hamlet olur. 1586-cı ildə Şekspir 

Stratforddan  Londona  köçür.  Bir  rəvayətə  görə,  Londonda  Şekspir 

əvvəlcə  teatra  gələn  əyanların  atlarını  saxlarmış,  sonra  isə  teatrda 

suflyor,  artistlər  üçün  rolların  üzünü  köçürən,  rejissor  köməkçisi  və 

aktyor  kimi  çalışmışdır.  Lakin  bir  aktyor  kimi  Şekspir  şöhrət  qazana 

bilməmişdir. 

Şekspir  bədii  yaradıcılığa  teatrda  başlamışdır.  İlk  əsərini  1590-cı 

ildə  yazmışdır.  1593-cü  ildən  Şekspir  məşhur  aktyor  Cems  Berbe-  cin 

rəhbərlik etdiyi teatr truppasında həm aktyor, həm də dramaturq kimi 

çalışır.  Bu  zaman  teatra  və  ədəbiyyata  böyük  həvəs  göstərən 

zadəganlar içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil 

etdiyi  ədəbi  məclislərdə  iştirak  edir.  Qraf  Saut-  hemptonun  evində 

Şekspir  bir  neçə  ədib  və  aktyorla  rastlaşır.  Bura  onun  üçün  ilk  ədəbi 

məktəb olur. Lakin Şekspir teatra daha çox bağlı idi. O, öz truppası ilə 

şəhərləri, kəndləri gəzir, xalqla görüşür və xalqdan öyrənirdi. Getdikcə 

teatrda  Şekspirin  mövqeyi  möhkəmlənir.  Berbec  truppasının  üzvləri 

“Yer  kürəsi”  adlı  teatr  binasının  əsasım  qoyduqda  Şekspir  də  həmin 

prosesdə  iştirak  edir.  Sonradan  Şekspirin  Stratfordda  iki  ev  və  torpaq 

sahəsi  almaq  imkanı  da  olur.  1599-cu  ildə  isə  qraf  Sauthemptonun 

köməyi ilə aşağı zadəgan rütbəsi də alır. 

Şekspirin  şöhrəti  artdıqca  həm  tamaşaçıların,  həm  də  teatr 

mütəxəssislərinin,  alimlərinin  nəzərində  istedadlı  bir  dramaturq  kimi 

tanınır.  Şekspirin  rəqibləri  təhsildə,  elmdə  ondan  yüksəkdə  dursalar 

da, dramaturq kimi ondan çox-çox zəif idilər. Marlo, Qrin, Ben Conson 

və  başqa  yazıçıların  eserlərində  köhnə  dövr  insanlarının  düşüncəsi, 

əxlaqı  əks  olunurdusa,  Şekspir  əsərlərinin  mövzusunu  müxtəlif 

dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə bax 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə