Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə15/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   11   12   13   14   15   16   17   18   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

o m e o .  



Ey müqəddəs pirim, mərhəmət göstər, 

Əllərtək xoşbəxt et dodaqları da. C ü l y e t t a .  Pirlər 

tərpənmədən yetişir dada. R o m e o .  

Tərpənmə, tərpənmə, çatım murada. 



(Onu öpür.) 

Yudu günahımı dodağım artıq. C ü l y e t t a .  

Mənim dodağımı etdi günahkar. R o m e o .  Qaytar 

günahımı, ey sönməz işıq! C ü l y e t t a .  Günahın əfv 

oldu, mehriban zəvvar. D a y ə .  Anan söz deyəcək, 

çağırır səni. 



Cülyetta gedir. 

R o m e o .  Anası kimdir ki? 

D a y ə .  

Hə, cavan oğlan, 

Bu evin sahibi, xanımıdır o. 

Özü də ismətli, ləyaqətlidir. 

Danışdığın qızın dəyəsiyəm mən, 

O qızı kim alsa, dünyada yəqin, 

Ən zəngin xəzinə qazanacaqdır. 

R o m e o .  

Kapuletti, qızı! Ah, ürək, ürək, 

Həyatım düşmənə borc getdi, demək! 

B e n v o l i o .  Gedək, əla keçdi bu gün əyləncə. R o m e o .  

Qorxuram, gətirə mənə işgəncə. K a p u l e t t i .  

Yox, hara? Cənablar, getməyin hələ. 

Dayanın, bir azca qəhvə də için. Vaxtdır, 

gedirsiniz? Sizə yaxşı yol! Təşəkkür edirəm 

hamınıza mən. 

Ey, bura işıq ver! Gedəyin biz də, Doğrudan 

da, gecdir, yatmaq lazımdır. 



Cülyetta və dayədən başqa hamı gedir. 

54 

downloaded from KitabYurdu.org




C ü l y e t t a .  Dayə, küncdə duran o cənab kimdir? D a y ə .

 

Qoca Tiberonun oğlu, varisi. 



C ü l y e t t a .  Bəs indi qapıdan o çıxan oğlan? 

D a y ə .  

Hə, o da, mən bilən, gənc Petruççodur. 

C ü l y e t t a .  Bəs rəqs eyləməyən, o yana gedən? D a y ə .

 

Onu tanımıram. 



C ü l y e t t a .  Öyrən adını! 

(Dayə gedir.) 

Əgər o evlisə, dəhşət budur bax

Gəlinlik yatağım məzar olacaq. 

D a y ə  



(qayıdaraq). 

Adı Romeodur. O, Montekkinin - O 

mənfur düşmənin bircə oğludur. 

C ü l y e t t a .  

Yarandı öz sevgim öz nifrətimdən, 

Ah,  onu  tez  gördüm,  gec  tanıdım  mən. 

Qorxunc  bir  eşq  oldu  qismətim  mənim, 

Çaldı ürəyimi qəddar düşmənim. 

D a y ə .  Nə dedin, nə dedin? 

C ü l y e t t a .  

Bu, bir şerdir, 

Bir gəncdən öyrəndim rəqs eyləyəndə. 



Səhnə arxasından kimsə çağırır: “Cülyetta!” 

D a y ə .  

Bu saat, bu saat!.. A solmaz çiçək, 

Artıq hamı getdi, gəl biz də gedək. 



Gedirlər. 

55 

downloaded from KitabYurdu.org




 

Uilyam 


Şckspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

PROLOQ 



Xor gəlir. 

Xor 


Köhnə eşq can verir öz yatağında, 

Təzə eşq tac alır ondan, nə işdir?! 

O gül əvəzsizdir sevda bağında, 

İndi Cülyettanın yanında heçdir. 

İndi Romeo da sevildi, sevdi, 

İlahi baxışla sehrləndi o. 

Fəqət düşmənçilik dəhşətli devdi, Dəhşətli 

yaralar aldı Romeo. 

Qaldı ürəyində pak arzuları, 

And içib, əhd kəsib, ilqar tutmadı. 

Cülyetta harada görəydi yan, 

Əzabdan gecələr bir an yatmadı. 

Fəqət eşq güc verdi, vaxt isə fürsət, 

Bütün əngəlləri yıxdı sədaqət. 



Gedir. 

56 

downloaded from KitabYurdu.org




İKİNCİ PƏRDƏ 

BİRİNCİ SƏHNƏ

 

Kapulettinin bağının divarının yanında döngə. 

Romeo daxil olur. 

R o m e o .  

Könlüm burda ikən hara gedim mən? 

Axmaq dünya, mərkəzini tap indi. 



(Divarı aşıb uzaqlaşır.) 

Benvolio ve Merkusio gəlirlər. 

B e n v o l i o .  Romeo! Qardaşım! 

M e r k u s i o . O  ağıllıdır, 

Vallah, yatır evdə yorğan-döşəkdə. 

B e n v o l i o .  

Qaçıb, bu divardan aşdı o, bağa. 

Əziz Merkusio, sən çağır onu. 

M e r k u s i o .  

Çağırmaq nədir ki?! Yalvararam da, 

Romeo! Ey şıltaq, ey dəli aşiq! 

Görün, heç olmasa, ah şəkilində, 

Ya bircə misra de, mənə bəs edər, 

Ya inlə, ya da ki, qafıyələndir 

Məhəbbəti yalnız səadət ilə. 

Xəbərçi, gözəllik ilahəsinə Sən o, 

Veneraya bir doğru söz de. 

Lağ et onun oğlu kor Kupidona. 

Elə ox atıb ki, o eşq Allahı, 

Kral Kofetua - qadın düşməni Bir 

dilənçi qıza aşiq olubdur. 



57 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Eşitmir, tərpənmir, cavab vermir o, 

Yazıq ölüb, mənsə hey yalvarıram. 

Səni and verirəm, səni Romeo

Qəşəng gözlərinə Rozalinanın, 

Onun gül üzünə, al dodağına, 

İncə ayağına, düz qılçasına, 

Əsim-əsim əsən sağrılarına, 

Orda toxunulmaz qonşulara da, 

Çıx, öz şəkilində sən görün bizə. 

B e n v o 1 i o. Səni eşitsəydi, acıqlanardı. 

M e r k u s i o .  

Axı, nəyə görə? Mən çağırsaydım 

Rozalina üçün başqa bir kəsi, 

Onda hirslənməyə haqqı olardı. 

Mən ki, and verirəm onun ruhuna, 

Özü də ən təmiz, gözəl niyyətlə, 

Sevdiyi naminə görünsün bizə. 

B e n v o l i o .  

Gedək, ağacların arasında o 

Gizlənib, sığınıb nəmə, zülmətə, 

Qaranlıq yaraşır kor məhəbbətə. 

M e r k u s i o .  

Kor məhəbbət vura bilməz hədəfi. 

İndi o əyləşib ağac altında, 

Arzu eləyir ki, sevgilisi kaş 

Yetişmiş çərdəksiz əzgil olaydı, 

Ağacdan düşəydi ağzına onun. 

Boğazında qalar, dayan, Romeo! 

Əgər o partlamış əzgil olarsa, 

Sən də suyu axan armud olarsan. 

Gecən xeyrə qalsın, gedirəm yatım 

Bu açıq, bu soyuq havada indi. 

Gedək, Benvolio? 

B e n v o l i o .  

Gedək, doğrusu, 

Gizlənən adamı gəzmək nahaqdır. 

Gedirlər. 

 

58 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə