34. U. Şeksprin “Romeo və Cülyetta” əsəri



Yüklə 16,21 Kb.
tarix17.05.2022
ölçüsü16,21 Kb.
#87231
34. U. Şeksprin “Romeo və Cülyetta” əsəri.


34. U. Şeksprin “Romeo və Cülyetta” əsəri.

Tədqiqatçılar Şekspir yaradıcılığını əsasən üç dövrə bölürlər. Yaradıcılığının birinci dövrü 1591-1601-ci illəri əhatə edir. Bu dövrdə yazdığı "Romeo və Cülyetta" əsərində Şekspir Renessans adamının feodal qayda-qanunlarına qarşı mübarizəsini təsvir edir:

Kapuletti və Montekki ailələri arasındakı düşmənçilik hələ qədimdən mövcuddur. İki düşmən ailəyə mənsub olan gənclər bir-birinə vurulur, sonradan isə hansı ailədən olduqları aşkar olur. Lakin Romeo və Cülyettanı bir-birinə bağlayan ülvi məhəbbət orta əsrlərin adət-ənənəsinin ətalətini qıra bilmir. Onlar uzun illərdən bəri davam edən və artıq qocaları cana gətirmiş iki ailə arasındakı düşmənçiliyi dəf edə bilmirlər. Romeo təbiətcə azad şəxsiyyətdir. O, öz dostları ilə birlikdə olanda həyatsevərdir. Merkusio onun ən yaxın dostudur. Cülyettaya qarşı məhəbbəti Romeonu daha da cəsarətli edir. Öz məhəbbəti üçün Romeo mübarizdir, fəaldır və qətidir. Cülyettanın ölümünü o mərdliklə qarşılayır, Cülyettasız onun üçün həyat yoxdur. Cülyettanın paklığı, sədaqəti onun məhəbbəti ilə aşkar olur. Romeonun ölümündən sonra onun gözəndə həyat mənasız olur və o, mərdliklə ölümü seçir. Cülyetta ən gözəl və pak bir qadın obrazı kimi təsvir olunmuşdur. O, təkcə ailə ənənələrinə qarşı deyil, bütün feodal qayda-qanunlarına qarşı üsyan edir. O, şəhərdən sürgün edilmiş Romeo ilə bir daha görüşə bilməyəcəyini heç ağlına belə gətirmir. Lakin o, əmioğlusunu öldürmüş ailəsinin qan düşməni Romeodan heç zaman əl çəkməyəcəyinə əmindir. Atasının gənc zadəgan və varlı Parisə ərə getmək təklifini rədd etdikdən sonra Cülyettanın ən yaxın sirdaşı olan dayəsi Romeo ilə məhəbbətin baş tutmayacağı fikrini təlqin edəndə Cülyetta ona da nifrət edir, onu lənətləndirir:

Ey qoca ifritə! O! Mənfur iblis!

Əhdin sınmasını belə istəmək,

Ya da eyni dillə eyni adamı

Yüz yol tərif edib belə pisləmək

Ən müdhiş, ən qorxunc günah deyilmi?

Get, get, məsləhətçim, get, bundan sonra

Bizim aramızda bir uçurum var.

Rahibin yanına gedirəm indi.

Əgər tapılmasa bu dərdə dərman,

Ölməyə cürətim çatar o zaman.

Bu faciədə Lorensio dini fanatizmdən uzaq, humanist bir alim kimi verilmişdir. Rahib olmasına baxmayaraq, o, yeni əhvali-ruhiyyəni düzgün qiymətləndirə bilir. Lorensio Romeo və Cülyettanı fəlakətdən qurtaracağına inanır, onların gizlin kəbinlərini kəsir, onlara hər cür kömək edir.

Əsərdə Merkusio ən parlaq, xeyirxah və sadiq dost kimi təsvir edilmişdir. Romeo və Cülyetta köhnə dünya ilə mübarizədə məğlub olurlar. Lakin bu məğlubiyyət köhnə düşmənləri barışdırır. İnsanın təbii arzu və istəkləri, səmimi hisslər, pak məhəbbət feodal adət və ənənələrinə, feodal əxlaqı prinsiplərinə qalib gəlir. Nahaq deyildir ki, bəzi tədqiqatçılar “Romeo və Cülyetta” dramını nikbin faciə hesab etmişlər.



Şekspir faciələrində onun qəhrəmanları həlak olsa belə, ən yüksək ideallar, mənəvi keyfiyyətlər sarsıntıya uğrasalar belə, bu faciələrdə ümidsizlik yoxdur. Şekspir öz faciələrində humanist ideallar haqqında təsəvvürü daha da genişləndirir.
Yüklə 16,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə