Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə16/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   12   13   14   15   16   17   18   19   ...   189

İKİNCİ SƏHNƏ

 

Kapulettinin bağı. 

Romeo daxil olur. 

R o m e o .  Yara görməyənlər gülər yaraya. 



Cülyetta eyvanda görünür. 

Dayan bir! Eyvanda o işıq nədir? 

Ora - Qızıl Şərqdir, Cülyetta - Günəş! 

Çıx, ey parlaq Günəş, paxıllığından Sənə 

kin bəsləyən bu Ayı öldür. 

Sən ondan daha çox gözəlsən deyə, 

Qəmdən xəstələnib, rəngi saralıb. 

Ona xidmət etmə, onun sarımtıl, Solğun 

libasını əyninə geymə, 

Belə libaslan təlxəklər geyər. 

Ah, mənim həyatım, ah, mənim eşqim! 

Görəsən, bilirmi kim olduğumu?! 

Dodağı tərpənir, danışmır fəqət. 

Bu nədir? Gözləri danışır onun. 

Cavab verəcəyəm, çox sırtığam mən, 

Axı, danışmayır o ki mənimlə. 

İki ən işıqlı, ən parlaq ulduz Vacib bir iş 

üçün göydən gedəndə Qəşəng gözlərinə 

yalvarıb onun: 

Onlar gələnədək şəfəq saçsınlar. 

Ah, onun gözləri gül camalıyla Göydə 

nur saçsaydı, həqiqətən də, Onun 

yanağının al şəfəqləri Dan yeri çırağı 

utandırantək Bütün ulduzları 

utandırardı. 

Elə nur yayardı onun gözləri, 

Quşlar cəh-cəh vurub qanadlanardı, 

Gecəni işıqlı səhər sanardı. 

Əlinə söykəyir yanağını, bax! 

Onun yanağına toxunmaq üçün Kaş 

onun əlində əlcək olaydım. 

59 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

C ü l y e t t a  



R o m e o .  

Ah, yazıq halıma! 

O nəsə dedi. 

Danış, yenə danış, gözəl mələyim. 

Yerdən insanların mat-mat baxdığı, 

Tənbəl buludların arası ilə Büllur, saf 

havanın qoynunda uçan Göylərin 

qanadlı qasidi kimi, 

Bu zülmət gecədə başımın üstdə Sən 

necə nurlusan, necə qəşəngsən! 

C ü l y e t t a .  

Romeo, nə üçün sən Romeosan? 

Cİz döndər atandan, əl çək adından. 

Yox, əgər sən bunu istəmirsənsə, Onda, gəl, and iç 

ki, sevirsən məni, Özüm Kapuletti olmayım heç 

vaxt. R o m e o  



(öz-özünə).

 

Mən yenə dinləyim, ya cavab verim? 



C ü l y e t t a .  

Yalnız sənin adın düşməndir mənə, 

Sən özün Montekki deyilsən, axı. 

Nə əlin, ayağın, nə qaşın, gözün, 

Nə də ki, dünyada insana məxsus, 

Başqa heç bir üzvün Montekki deyil. 

Lap başqa ad olsun, adda nə var ki? 

Qızılgülə başqa bir ad versələr, 

Onun gözəl ətri dəyişər məgər? Romeo 

rütbəsiz, adsız da elə Kamal zirvəsində 

durardı belə. Romeo, gəl, üzvü hissən 

olmayan Təkcə bu adını sən at 

üstündən, Əvəzində bütün varlığımı 

al. 


R o m e o .  

60 

Səni öz sözündən tutacağam mən. 

Mənə sevgilim de, mən də adımı 

Dəyişim, Romeo olmayım daha. 

downloaded from KitabYurdu.org



C ü l y e t t a .  

Qaranlıq gecədə gizli sirrimdən Ey 

xəbərdar olan, söylə, sən kimsən? 

R o m e o .  

Müqəddəs ilahə, bilmirəm indi Sənə öz 

adımı necə deyim mən? Nifrət 

eyləyirəm adıma özüm, 

Çünki mənim adım sənə düşməndir. 

Kağız üzərinə yazılmış olsa, 

Onu tikə-tikə parçalayardım. 

C ü l y e t t a .  

Səndən  hələ  yüz  söz  eşitməmişəm, 

Səsin,  gör,  necə  də  tanışdır  mənə. 

Ah, sən Romeosan, Montekkisənmi? 

R o m e o .  

Heç biri deyiləm, gözəl məleykə, Çünki 

hər iki ad xoşuna gəlmir. 

C ü l y e t t a .  

Bura necə gəldin, nə üçün gəldin? 

Hündürdür, möhkəmdir bağın hasan. 

Qəflətən rast gəlsən qohumlarıma, 

Ölüm olacaqdır burda qismətin. 

R o m e o .  

üçdum eşqin zərif qanadlarıyla, 

Eşqi daş divarlar saxlaya bilməz. 

Hər şeyə qadirdir ülvi məhəbbət, Mənə 

qohumların nə edə bilər? C ü l y e t t a .  Səni görən 

kimi öldürəcəklər. R o m e o .  

İyirmi qılıncdan sənin gözlərin Daha 

qorxuludur, daha dəhşətli. 

Lütf elə, sən mənə nəvazişlə bax

Bu məni qoruyan zireh olacaq. 

C ü l y e t t a .  Kaş ki, onlar səni görməyəydilər. 

R o m e o .  

Gecənin pərdəsi gizlədər məni. 

Layiq deyiləmsə sevginə əgər



61 

downloaded from KitabYurdu.org




Uilyam 

Şclıspir

 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Rast olum onların nifrətinə mən. 

Sənin saf eşqindən məhrum olmaqdan 

Onların əlində ölmək yaxşıdır. C ü l y e t t a .  Axı, kim 

gətirdi səni bu yerə? 

R o m e o .  

Məhəbbət, məhəbbət köməkçim oldu. O 

məsləhət verdi aydın, səmimi, 

Mən də ona verdim öz gözlərimi. 

Dənizçi deyiləm, fəqət, yenə də Olsaydın 

dünyanın o başında sən, 

Bu nadir inciyə qovuşmaq üçün Sonsuz 

ümmanlan üzüb keçərdim. 

C ü l y e t t a .  

Qaranlıq üzümü gizlətməsəydi, 

Mənim sözlərimi eşitdiyinçün Od tutub 

yanardım xəcalətimdən. Sözümü 

danardım ədəb naminə, Ancaq riyakarlıq 

nəyə gərəkdir? 

Məni sevirsənmi? İnanıram ki, 

“Bəli” deyəcəksən. Bilirəm bunu, 

And içib, yalan da deyə bilərsən. 

Axı, deyirlər ki, Yupiter özü Sevgiyçün 

içilən andlara gülür. 

Ah, əziz Romeo! Doğrusunu de, 

Məni sevirsənmi? Əgər düşünsən

Könlümü çox asan almısan ələ, Tökərək 

inadla qaş-qabağımı, 

Sənə “yox” cavabı verərəm ki, mən Xeyli 

yalvarasan, ancaq dünyanı Mənə 

versələr də, etmərəm bunu. 

Ah, gözəl Montekki, həqiqətən də Bütün 

varlığımla sevirəm səni. 

Bəlkə, buna görə, sən buna görə Mənim 

əxlaqımı yüngül sanırsan. 

İnan ki, öz saxta hərəkətiylə Abırlı, 

ismətli görünənlərdən Mən daha 

namuslu, daha sadiqəm. 

 

62 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə