Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə23/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   19   20   21   22   23   24   25   26   ...   189

Mer ku si o. Hörmətli pişiklər şahı, sənin doqquz canından yalnız 

birini.  Əgər  arzu  eləsən,  yerdə  qalan  səkkizini  də  almağa  hazıram. 

Qılınanın  qulağından  dartıb,  qınından  çıxart.  Cəld  ol,  yoxsa  mənim 

qılıncım sənin hər iki qulağını kəsib atar. 

T i b a 11. 

Sənin  qulluğunda  hazıram  hər  vaxt.  (Qılıncım 



sıyırır.) 

R om e o.  Merkusio, tez qoy qılıncı qına. 

M e rk u s io.  Ağa, di buyurun, növbə sizindir. 

Vuruşurlar. 

R om e o.  

Benvolio, gəl, biz qılıncımızla 

Vurub yerə salaq silahlarını. 

Cənablar, ayıbdır, vuruşursunuz? 

Axı, vuruşmağı qadağan edib 

Hersoq Veronanın küçələrində. 

Əziz Merkusio, Tibalt, dayanın! 



Tibalt Romeonun qolunun altından vurub 

Merkusionu yaralayır. 

Öz adamları ile aradan çıxır. 

M e rk u s io.  

Mən yaralanmışam. İkinizin də 

Ocağınız keçsin, həyatım sönür. 

O getdi, özü də sağ və salamat? 

Be nv ol io.  Necə? Yaralandın? 

M e rk u s io.  

Azca cızılıb, 

Elə bu da bəsdir. Hanı nökərim? 

Ey, ey, cüvəllağı, qaç həkim çağır. 



Nökər gəlir. 

R om e o.  Cİrəkli ol, dostum, yaran çox deyil. 

M e rk u s io.   Hə,  quyu  kimi  dərin,  kilsə  qapısı  qədər  enli  deyil. 

Ancaq  bu  da  kifayətdir.  Sabah  məni  axtarsan,  meyitimi  taparsan. 

Mənim  işim  bitib.  Mən  bu  dünyadan  köçməliyəm.  İkinizin  də  oca-

ğınız keçsin! Lənət şeytana, it də, siçovul da, siçan da, pişik də adamı 

ölümcül cırmaqlaya bilərmiş! Ah, lovğa, alçaq, kitab üzrə vuruşmaq 

85 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

öyrənən dələduz! Sən iblis kimi hardan peyda olub aramıza soxuldun? 



Məni sənin qolunun altından vurub yaraladı. 

R om e o.  İstəyirdim sizə yaxşılıq edim. 

M e rk u s io.  

Benvolio, məni tez evə apar. 

Az qalır qəşş edim. İkinizin də Ocağınız 

keçsin! Necə də məni Məzarda qurdlara 

yem elədiniz. 

Nə yaman məhv oldum, ikinizin də... 



Merkusio ilə Benvolio gedirlər. 

R om e o.  

Hersoqun ən yaxın qohumudur o, 

Mənim əsl dostum. O mənə görə 

Sağalmaz, ölümcül bir yara aldı. 

Biz qohum olsaq da bir saat əvvəl, Tibalt 

ləkələdi mənim adımı. 

Ah, qəşəng Cülyetta, sənin gül hüsnün 

Qəlbimi incəltdi qadın qəlbitək. 

Mum kimi yumşaldı polad xislətim. 



Benvolio qayıdır. 

Be nv ol io.  

Romeo, Romeo, ah, Merkusio!.. Öldü o 

mərd insan! O igid insan! Yerə nifrət 

edib, vaxtından çox tez Onun cəsur ruhu 

uçdu göylərə. 

R om e o.  

Bu nəhs gün gətirər sonsuz fəlakət

Əvvəli qorxuncdur, axırı dəhşət. 

Tibalt qayıdır. 

Be nv ol io.  Yenə azğın Tibalt gəlir bu yana. 

R om e o.  

86 

O sağdı, o çatdı şöhrətə-şana. Merkusio 

öldü. Zərif yumşaqlıq, 

downloaded from KitabYurdu.org




Zərif buludların qoynuna yüksəl. Qoy 

alovlu qəzəb bələdçim olsun. Tibalt, 

əclaf sənsən, başımız üstdə Durub tənha 

ruhu Merkusionun, Gözləyir ki, ona 

yoldaş olasan. 

İndi ya sən, ya mən, ya hər ikimiz 

tlçub getməliyik onunla birgə. 

Tib a lt .  

Onunla dost idin, yaramaz uşaq, 

İndi onunla da sən gedəcəksən. 

R om e o.  

Qılınc həll eləyər bu məsələni. 



Vuruşurlar. Tibalt yıxılır.

 

Be nv ol io.  



Şəhər əhli gəlir, Romeo, tez qaç. 

Artıq Tibalt öldü, sən ələ keçsən, 

Hersoq asdıracaq səni o saat. 

Durub mat-mat baxma, tez aradan çıx. 

R om e o.  

Taleyin əlində oyuncağam mən. 

Be nv ol io.  Neçin dayanmısan, ölüm gəzirsən? 

Romeo gedir. Şəhərlilər gəlir. 

Bi rin ci  ş ə hə r li.  

Tibaltmı öldürüb Merkusionu? 

O qatil, o quldur hayana qaçdı? 

Be nv ol io.  Odur uzanıbdır. 

Bi rin ci  ş ə hə r li.  

Senyor, qalx yerdən, 

Hersoqun adından hökm edirəm mən. 

Dustaqsan, dur gedək, əmrə qulaq as. 

Hersoq öz əyanları ilə, 

Montekki, Kapuletti isə öz arvadları ilə və 

başqaları daxil olurlar. 

H e r s oq.  Saldı bu davanı hansı yaramaz? 



87 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Be nv ol io.  

Mərhəmətli Hersoq, mən bircə-bircə 

Deyim bu nəhs dava başlandı necə. Bu adam 

öldürdü Merkusionu, Cavan Romeo da öldürdü 

onu. Le d i  Ka p u le t t i.  

Tibalt, göz işığı, ciyərparası! 

Əziz qardaşımın əziz balası. 

Ah, hersoq, ah, ərim, axdı qanımız. 

Bizə nə dağ çəkdi gör düşmanımız! 

Ədalətli hersoq, qana qan gərək, 

Bu saat Montekki versin can gərək. 

H e r s oq.  Bu qanlı davaya kimdir səbəbkar? 

Be nv ol io.  

Tibaltdır bu işə bais, hökmdar. 

Ağır təhqir etdi o, Romeonu, 

Romeo ədəblə ona dedi ki, Davanın-

dalaşın mənası yoxdur, 

Bu həm də cinlədər əlahəzrəti. 

Bu hörmət, bu izzət, bu mehribanlıq 

Davakar Tibaltı sakit etmədi. 

O daha da qızıb, Merkusionun 

Köksünə yönəltdi polad qılıncı. 

Coşqun Merkusio coşdu bu zaman

Dəhşətlə çırpıldı qılınc qılınca. 

Romeo araya girib qışqırdı: 

“Aralanın, dostlar! Ayrılın, dostlar!” 

Qorxunc zərbələri qorxu bilmədən O 

öz silahıyla dəf eləyirdi. 

Qılıncı yeridib qərəzkar Tibalt 

Qolunun altından gənc Romeonun 

Öldürdü yenilməz Merkusionu. 

O qaçdı, tezliklə qayıtdı yenə. 

İntiqam fikrinə düşdü Romeo, 

Vuruşma od saçdı ildırım təkin. 

Onları ayırmaq istəyirdim ki, 

Tibalt bir tir kimi yerə uzandı. 

 

88 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə