Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

İndi hünərin var, tap görüm burda nə yazılıb! Bu ona bənzəyir ki, 



başmaqçı arşınla işləməli, dərzi qəliblə paltar tikməli, balıqçı fır- çayla 

balıq  tutmalı,  rəssam  torla  şəkil  çəkməlidir.  “Çağır  adı  burda 

yazılanları!”  Mən  nə  bilim  burda  kimlərin  adı  yazılıb.  Yox,  mən  heç 

vaxt  heç  kimi  çağıra  bilməyəcəyəm.  Gərək  bir  oxumuş  adam  tapım. 

Aha, lap vaxtında gəldilər. 

Benvolio ilə Romeo daxil olurlar. 

B e n v o l i o .  

Dostum, bir qaydadır od odla sönər, 

Fəlakət qovular fəlakət ilə. 

Dərd dərdi sağaldar, qəm qəmi yenər, 

Müsibət məhv olar müsibət ilə. 

Sən də yeni eşqə mübtəla ol ki, 

Çıxsın ürəyindən bu köhnə sevgi. 

R o m e o .  

Çox əladır sənin bağayarpağın, 

Ancaq onun üçün. 

B e n v o l i o .  Nə üçün, dostum? 

R o m e o .  Sənin yaralanmış ayağın üçün. 

B e n v o l i o .  Romeo, sən dəli olmusan, nədir? 

R o m e o .  

Yox, dəli deyiləm, fəqət, dəlitək 

Qaranlıq zindana atırlar məni, 

Ac qoyub döyürlər, əzab verirlər. 



(Nökəri görür.) 

Xeyirli dost, sənin axşamın xeyir! 

N ö k ə r .  

Axşamınız xeyir, hörmətli cənab, 

Deyin, siz oxumaq bilirsinizmi? 

R o m e o .  

Bəli, oxuyuram dönük bəxtimin Acı 

dərdlərini, bəlalannı. 

N ö k ə r .  

Bunu öyrənmisiz özünüz, yəqin, 

Yazılmış kağızı oxuyarsınız? 

38 

downloaded from KitabYurdu.org




R o m e o .  

Bəli, hərfləri, həm də o dili Bilsəm, 

oxuyaram. 

N ö k ə r .  

Düz deyirsiniz, Sağlıqla qalın. 

(Getmək istəyir.) 

R o m e o .   Zarafat  edirdim.  Dayan,  oxuyum. 



(Kağızı  açıb  oxuyur.) 

“Senyor Martino qadını və qızları ilə; qraf Anselmo gözəl bacıları ilə; 

dul  ledi  Vitruvno;  senyor  Plaçensio  və  onun  sevgili  bacısı  qızlan; 

Merkusio və onun qardaşı Valentin; əmim Kapuletti, arvadı və qızlan 

ilə; gözəl bacım qızı Rozaüna; Liviya; senyor Valensio və onun əmisi 

oğlu Tibalt; Lusio və şən Yelena”. 



(Kağızı verir.)

 

Ən gözəl məclisdir, söz ola bilməz. 



Yaxşı, hara dəvət olunur bunlar? 

N ö k ə r .  Ora, yuxarıya. 

R o m e o .  Yəni haraya? 

N ö k ə r .  Bizim evimizə, şam yeməyinə. 

R o m e o .  De, kimin evinə? 

N ö k ə r .  Mənim ağamın. 

R o m e o .  

Ah, mən, doğrudan da, hər şeydən əvvəl 

Gərək bunu səndən soruşa idim. 

N ö k ə r .   Mən  özüm  bunu  sizə  sualsız-sorğusuz  deyə  bilərəm. 

Mənim ağam məşhur varlı-dövlətli Kapulettidir. Əgər sizin Montekki 

nəsli  ilə  qohumluğunuz  yoxdursa,  xahiş  edirəm, buyurun,  bir piyalə 

şərab nuş edin. Sağlıqla qalın! 

(Gedir.)

 

B e n v o l i o .  



Sənin qəlbən sevib məftun olduğun Gözəl 

Rozalinan şam eyləyəcək Veronanın 

məşhur gözəlləriylə Kapulettinin bu 

qonaqlığında. 

Sən də get oraya, ayıq gözlərlə Onu o 

güllərlə müqayisə et, 

Başına gələcək ağılın, huşun, 

Qarğa görünəcək sənin qu quşun. 



39 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

R o m e o .  



Ah, mömin gözlərim dönüksə, qardaş, 

Belə dəhşət olmaz bu təhqir kimi. 

Acı göz yaşlarım oda dönsün kaş, 

Qoy yansın gözlərim bir kafir kimi. 

Dünya yaranandan bu günə qədər Elə 

bir gözəli görməyib bəşər. 

B e n v o l i o .  

Onu sən görmüsən həmişə yalqız, 

Yanında olmayıb başqa gözəl qız. 

Büllur tərəzidir gözümüz bizim, 

Gözəllik çəkirik hər vaxt, əzizim. 

Hər iki gözündə o durub ancaq, 

Gəl, biz bir gözünə başqa gül qoyaq. 

Gün kimi nur saçan o nadir gövhər O 

gülün yanında adi görünər. 

R o m e o .  

Gedərəm, özgə qız mənə nədir, nə?! 

Yalnız baxmaq üçün onun hüsnünə. 



Gedirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Kapulettinin evində bir otaq. 

Ledi Kapuletti ilə dayə gəlirlər. 

L e d i   K a p u l e t t i .  Dayə, qızım hanı? Çağır yanıma. 

D a y ə .  

And olsun on iki yaşımda ikən 

İtirdiyim qızlıq bəkarətimə, 

Mən onu çağırdım. Ey körpə quzum, 

Mənim tovuz quşum, ay qız Cülyetta! 

Allah, özün saxla, bu qız hardadır? 



Cülyetta daxil olur. 

40 

downloaded from KitabYurdu.org




C ü l y e t t a .  Gəldim, nə var belə? 

D a y ə .  Anan çağırır. 

C ü l y e t t a .  Anacan, burdayam, nədir sözünüz? 

L e d i   K a p u l e t t i .  

Fikrimiz budur ki... Dayə, indi get, 

Sən məni qızımla bir az tək burax. 

Bizim danışmalı bir sirrimiz var. 

Yox, dayan, qulaq as, sən ki qızımı Yaxşı 

tanıyırsan körpəliyindən. 

D a y ə .  

Doğrudur, mən onun yaşını sizə Danışa 

bilərəm saatbasaat. 

L e d i   K a p u l e t t i .  Hələ on dörd yaşı tamam olmayıb. 

D a y ə .  

Mərc gələrdim mən öz on dörd dişimdən

Heyif ki, ağzımda on dörd diş qalır, 

Hələ on dörd yaşı tamam olmayıb. 

Məhsul bayramına nə qalır, xanım? 

L e d i   K a p u l e t t i .  Düz iki həftədən bir azca artıq. 

D a y ə .  

Ya artıq, ya əskik - nə fərqi vardır. 

Məhsul bayramının əvvəllərində Onun on 

dörd yaşı tamam olacaq. Susanna onunla 

həmyaşıd idi. 

Allah rəhmət etsin təkcə balama, 

Onu Allah aldı mənim əlimdən. 

Gözlərimin ağı-qarası idi. 

Xanım, mən deyəndir, bayramqabağı 

Onun on dörd yaşı tamam olacaq. 

Yaxşı yadımdadır, inanın mənə. 

Bu gün zəlzələdən on bir il keçir. 

Zəlzələ olanda Cülyettanı mən Döşümdən 

kəsmişdim, unutmaram heç O günü 

qiyamət gününə qədər. 

Döşümün ucuna yovşan sürtmüşdüm, 

Göyərçin damının yanında rahat Əyləşib, 

özümü günə verirdim. 

41 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə