31.7. Səlahiyyətli iqtisadi operator statusu almış hüquqi şəxs sonrakı
fəaliyyəti dövründə
bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi
təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.
Maddə 32. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri
32.0. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:
32.0.1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının
müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin
edilməsi imkanının mövcudluğu;
32.0.2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi;
32.0.3. gömrük nəzarəti baxımından əhəmiyyət
kəsb edən kommersiya və
nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;
32.0.4. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə
imkanlarının olması;
32.0.5. fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması;
32.0.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının
olması;
32.0.7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazasının
olması.
III bölmə. Gömrük işində
informasiya sisteml
ə
ri v
ə
informasiya
texnologiyaları
Fəsil 6. Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi
Maddə 33. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və
onların təminat vasitələrindən istifadə
33.1. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və
onların təminat vasitələrindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
33.2. Gömrük orqanları tərəfindən yaradılan, alınan informasiya sistemləri, informasiya
texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətindədir.
33.3. Gömrük orqanları onların istifadəsində olmayan informasiya sistemlərindən,
informasiya texnologiyalarından və onların təminat vasitələrindən müqavilə əsasında
istifadə edə bilərlər.
Maddə 34. Gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi
34.0. Gömrük orqanlarında gömrük prosedurlarının elektron modellərinin yaradılması və
tətbiqi ilə əlaqədar normativ hüquqi aktların layihələri hazırlanarkən aşağıdakılar nəzərə
alınmalıdır:
34.0.1. bu Məcəllədə və müvafiq qanunvericilikdə nəzərdə tutulduğu hallarda,
sənədlərin elektron formada təqdim edilməsi;
34.0.2. elektron və kağız üzərində yazılı formalarda sənədlər əsasında
məlumatların dəqiqliyinin yoxlanılması üsullarının mövcudluğu;
34.0.3. gömrük xidmətləri, habelə onlar ilə başqa istifadəçilər arasında gömrük
məqsədləri üçün informasiya mübadiləsinin elektron üsullarından
istifadə
edildikdə, alınan məlumatları saxlama hüququnun olması;
34.0.4. gömrük prosedurlarının və gömrük ödənişlərinin elektron idarə edilməsi
sistemlərinin yaradılması və tətbiq edilməsi.
Maddə 35. İnformasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat
vasitələrinin sertifikatlaşdırılması
Gömrük işində tətbiq olunan informasiya sistemləri, informasiya texnologiyaları və
onların təminat vasitələri, habelə informasiyanın mühafizəsi üçün istifadə olunan
proqram — texniki vasitələr müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada
sertifikatlaşdırılır.
Maddə 36. Gömrük orqanlarının informasiya ehtiyatları
36.1. Gömrük orqanlarının informasiya ehtiyatları gömrük əməliyyatlarını
həyata keçirən
şəxslərin bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri
sənədlər və məlumatlar əsasında formalaşdırılır.
36.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə və
informasiyanın sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
36.3. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunu ilə
informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük
orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.
36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə üçün
nəzərdə tutulan
informasiya ehtiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini
müəyyən edir.
Fəsil 7. Gömrük işinə dair məlumatların mübadiləsi və mühafizəsi
Maddə 37. Məlumatların mübadiləsi
37.1. Gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq
subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların
elektron emalı üsulları vasitəsilə həyata keçirilir.
37.2. Bu Məcəllənin 37.1-ci maddəsində göstərilən orqanlar və şəxslər arasında
məlumat
mübadiləsini təmin etmək məqsədilə elektron məlumat sistemi yaradılır. Bu sistem
beynəlxalq standartlardan və ticarət təcrübəsindən istifadə etməklə, risklərin təhlili və
gömrük nəzarətinin müvafiq qaydada tətbiq edilməsi üçün zəruri olan təfərrüatları özündə
əks etdirməlidir.
Maddə 38. Gömrük orqanları ilə səlahiyyətli iqtisadi operatorlar arasında əlavə məlumat
mübadiləsi
38.1. Gömrük orqanları və səlahiyyətli iqtisadi operatorlar xarici ticarətdə risklərin
müəyyənləşdirilməsi və qarşısının alınması üzrə tədbirlərin hazırlanmasında əməkdaşlıq
məqsədi ilə öz aralarında təqdim olunması gömrük qanunvericiliyi
ilə bilavasitə tələb
edilməyən məlumatların da mübadiləsini həyata keçirə bilərlər. Bu mübadilə müvafiq
müqavilə əsasında həyata keçirilir və səlahiyyətli iqtisadi operatorların kompüter
şəbəkəsinə gömrük orqanları tərəfindən daxil olmaq hüququnu nəzərdə tuta bilər.
38.2. Bu Məcəllənin 38.1-ci maddəsində qeyd olunan əməkdaşlıq zamanı təqdim olunan
məlumatlar, onların açıqlanması barədə tərəflərin razılığı əldə edilənədək məxfi
saxlanılır.
Maddə 39. Gömrük orqanları tərəfindən məlumatların təqdim olunması və məsləhətvermə
39.1. Hər bir şəxs sorğu vermək yolu ilə bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə
tutulmuş məlumatlar istisna edilməklə, gömrük qanunvericiliyinin tətbiqinə dair istədiyi
məlumatı gömrük orqanlarından əldə edə bilər.
39.2. Gömrük orqanları
gömrük qanunvericiliyini, ərizə formalarını və xarici ticarətə dair
digər sənədləri İnternetdə yerləşdirməklə, həmin sənədlərin başqa şəxslər tərəfindən heç
bir haqq ödənilmədən əldə edilməsini təmin etməlidirlər.
39.3. Gömrük orqanlarının aşkar etdiyi hüquqpozmaların araşdırılması digər hüquq
mühafizə orqanlarının səlahiyyətlərinə aid olduğu hallarda, müvafiq məlumatlar və onlara
dair sənədlər həmin orqanlara verilir.
39.4. Gömrük orqanları digər hüquq mühafizə orqanlarının sorğuları əsasında
barəsində
inzibati xətalar haqqında iş üzrə icraat və ya cinayət işi başlanmış şəxslər haqqında
onlarda olan məlumatları həmin orqanlara verirlər.