Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 39. Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə16/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   12   13   14   15   16   17   18   19   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 39. Fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj
39.1. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata 
keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan 
yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun 
üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin 
hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
39.2. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu 
(köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı 
tərəfindən təyin edilir.
39.3. Patron (köməkçi) fiziki şəxslə bağlanmış tapşırıq və ya etibarnamə 
ilə idarəetmə müqaviləsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət 
qabiliyyətli fiziki şəxsə mənsub əmlak barəsində sərəncam verir. Məişət 
tələbatının saxlanmasına və ödənilməsinə yönəldilən məişət əqdlərini və 
başqa əqdləri patron (köməkçi) fiziki şəxsin razılığı ilə bağlayır.


39.4. Bu Məcəllənin 39.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına 
çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində təyin edilmiş patronaja 
patronajda olan fiziki şəxsin tələbi ilə xitam verilir. Patronajda olan fiziki 
şəxsin patronu (köməkçisi) bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan 
hallarda öz vəzifələrini yerinə yetirməkdən azad edilir.
 
Maddə 40. Fiziki şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi
40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, 
yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə 
fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər.
40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü 
müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün 
müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı 
aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün 
olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.
40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə 
mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün 
əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda 
götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün 
öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir.
40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə 
edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa
məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən 
müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə 
müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş 
şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun 
borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin 
düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin 
təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab 
edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması 
haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı 
fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə 
borcludur.
40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar 
edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında 
qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə