Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə11/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   7   8   9   10   11   12   13   14   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
[23]
 
30.2.4. xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə 
tutulan digər əqdlər bağlasın. On altı yaşı tamam olmuş yetkinlik yaşına 
çatmayanların kooperativ üzvü olmaq ixtiyarı da vardır.
30.3. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu 
Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə 
müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan 
yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun 
məsuliyyət daşıyırlar.
30.4. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa 
götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının 


vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, 
o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya 
digər 
gəlirləri 
barəsində 
müstəqil 
sərəncam 
vermək 
hüququnu 
məhdudlaşdıra və ya ala bilər.
[24]
 
 
Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət 
qabiliyyətindən məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının 
yolverilməzliyi
31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə 
bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla 
müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
31.2. Fiziki şəxslərin fəaliyyət qabiliyyətinin və ya onların sahibkarlıq 
fəaliyyəti 
və 
ya 
başqa 
fəaliyyətlə 
məşğul 
olmaq 
hüququnun 
məhdudlaşdırılmasının qanunla müəyyənləşdirilmiş şərtlərinin və qaydasının 
gözlənilməməsi müvafiq məhdudiyyəti qoymuş dövlət orqanının və ya digər 
orqanın aktının etibarsızlığına səbəb olur.
31.3. Fiziki şəxsin hüquq qabiliyyətindən və ya fəaliyyət qabiliyyətindən 
tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət 
qabiliyyətinin 
məhdudlaşdırılmasına 
yönəldilmiş 
digər 
əqdlər 
əhəmiyyətsizdir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə