Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

59 
 
73.2.2. əvvəllər həmin işlər üzrə digər iştirakçı qismində iştirak 
etdikdə; 
73.2.3. işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı 
olması barədə kifayət qədər əsaslar olduqda. 
 
Maddə  74. İnzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı 
rədd edilən şəxslərə etiraz etmə 
 
74.1. Bu Məcəllənin 73-cü maddəsində nəzərdə tutulan hallar 
olduqda, vəkil, nümayəndə (qanuni nümayəndə), mütəxəssis
ekspert və ya tərcüməçi inzibati xətalar haqqında iş üzrə icraatda 
iştirak etməkdən kənar olmalıdırlar. 
74.2. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında ərizə 
icraatında inzibati xəta haqqında iş olan hakimə, səlahiyyətli orqana 
(vəzifəli şəxsə) təqdim edilir. 
74.3. Özü-özünə etiraz etmə və ya etiraz etmə haqqında 
ərizəyə baxaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) etirazın 
təmin edilməsi və ya təmin edilməməsi barədə qərardad qəbul edir. 
 
FƏSİL 12 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ SÜBUTLAR VƏ ONLARIN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Maddə  75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan 
hallar 
 


60 
 
75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən 
edilməlidir: 
75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 
75.0.2. inzibati xəta törətmiş şəxs; 
75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 
75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən 
hallar; 
75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və 
miqdarı; 
75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən 
hallar; 
75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, 
habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və 
şərait. 
 
Maddə  76. Sübutlar 
 
76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən 
şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər 
halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli 
şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar 
haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, 
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər 
çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi 
texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta 
haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər 
protokollarla müəyyən edilir. 


61 
 
76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə 
edilməsinə yol verilmir. 
 
Maddə  77. Maddi sübutlar 
 
77.1. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın 
bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati 
xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə 
əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən 
predmetlər maddi sübutlar hesab edilir. 
77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati 
xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar 
haqqında protokolda qeyd edilir. 
77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi 
sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər 
görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra 
maddi sübutlar haqqında qərar qəbul etməlidir. 
 
Maddə 78. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsin izahatı 
 
78.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar 
üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. 
78.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta 
haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi 


62 
 
haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar 
iclas protokolunda göstərilir.  
 
Maddə 79. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları 
 
79.1. Zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona 
məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı 
formada verilən məlumatlardan ibarətdir. 
79.2. Zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta 
haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin 
edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati 
xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir.  
79.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid 
izahatları sübut hesab edilmir. 
 
Maddə 80. Sənədlər 
 
80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli 
şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri 
məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti 
vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 
80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş 
məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya 
videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər 
məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 
80.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək 
sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər 


63 
 
görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra 
onlar haqqında qərar qəbul etməlidir. 
 
Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri 
 
81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş 
ölçü cihazları xüsusi texniki vasitələr adlanır. 
81.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların 
aşkarlanmasında istifadə olunan, foto və ya videoqeydiyyat 
funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti 
orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.  
81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta 
haqqında iş üzrə protokolda qeyd edilir. 
 
Maddə 82. Ekspertiza 
 
82.1. İnzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət 
kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və 
ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin 
aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli 
şəxsin) qərardadı ilə ekspertiza təyin edir. 
82.2. Qərardadda aşağıdakılar göstərilir: 
82.2.1. ekspertizanın təyin olunması üçün əsaslar; 
82.2.2. ekspertin soyadı, adı və atasının adı və ya ekspertiza 
aparılacaq idarənin adı; 
82.2.3. ekspertin rəy verməli olduğu məsələlər; 
82.2.4. ekspertin sərəncamına verilən materiallar; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə