Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə23/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   19   20   21   22   23   24   25   26   ...   98

93 
 
107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində 
maraqlıdırsa. 
 
Maddə 108. Hakimin, kollegial orqanın üzvünün, vəzifəli 
şəxsin özü-özünə etiraz etməsi və ya onlara etiraz etmə 
 
108.1. Bu Məcəllənin 107-ci madddəsində nəzərdə tutulan 
hallardan biri olduqda hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs 
özü-özünə etiraz etməlidir. Özü-özünə etiraz etmə barədə ərizə 
müvafiq məhkəmənin sədrinə, kollegial orqanın sədrinə, yuxarı 
vəzifəli şəxsə verilir. 
108.2. Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan 
hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə 
icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni 
nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, 
nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın 
üzvünə və ya vəzifəli şəxsə etiraz edir. 
108.3. Ərizəyə icraatında inzibati xəta haqqında iş olan hakim, 
kollegial orqan və vəzifəli şəxs tərəfindən baxılır. 
108.4. Ərizəyə baxmanın nəticəsi barədə onun təmin edilməsi 
və ya təmin edilməməsi haqqında qərardad qəbul edilir. 
 
Maddə 109. İnzibati xəta haqqında işin baxılmağa 
hazırlanması zamanı qərarın (qərardadın) qəbul edilməsi 
 
109.1. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması 
zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 
109.1.1. işin baxılması tarixinin və yerinin təyin edilməsi; 


94 
 
109.1.2. işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 
61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması; 
109.1.3. iş barəsində zəruri olan əlavə materialların tələb 
edilməsi; 
109.1.4. ekspertizanın təyin edilməsi; 
109.1.5. işə baxılmanın təxirə salınması; 
109.1.6. protokol və digər materiallar səlahiyyəti olmayan 
şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər 
düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar 
natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, 
inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu 
tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; 
109.1.7. əgər bu məsələnin baxılması hakimin, orqanın 
(vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial 
orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad 
çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər 
materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi. 
109.2. Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə 
tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam 
verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması 
barədə qərar qəbul edilir. 
109.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına 
çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü 
səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması 
nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə 
salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, 
obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll 


95 
 
olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə 
məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə 
bilər.   
 
Maddə 110. İnzibati xəta haqqında işin baxılması yeri 
 
110.1. İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. 
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 
vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə 
baxıla bilər. 
110.2. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar 
haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. 
110.3. Nəqliyyat vasitəsini idarə etmək hüququnun 
məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında 
işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya 
sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci 
maddəsində nəzərdə tutulmuş qaydada baxılır.   
 
Maddə 111. İnzibati xətalar haqqında işlərə baxılması 
müddətləri 
 
111.1. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan 
hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında 
protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün 
müddətində baxır. 
111.2. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının 
vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim


96 
 
səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə 
işin baxılmasını bir ayadək müddətə uzadır. 
111.3. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar 
haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, 
inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu 
vaxtdan ən geci 48 saat keçənədək baxılır. 
 
Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası 
 
112.1. İnzibati xəta haqqında işə baxılarkən: 
112.1.1. işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə 
baxılan şəxs elan olunur; 
112.1.2. inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya 
hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında 
iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; 
112.1.3. fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin 
nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri 
müəyyən edilir; 
112.1.4. iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin 
səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma 
və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; 
112.1.5. işin baxılmasında iştirak edən şəxslərə onların 
hüquqları və vəzifələri izah olunur; 
112.1.6. edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. 
112.2. Aşağıda göstərilən hallarda işə baxılmanın başqa vaxta 
keçirilməsi barədə qərardad qəbul edilir: 
112.2.1. əgər etiraz etmə işin mahiyyəti üzrə baxılmasına 
mane olursa, özü- özünə etiraz etmə və ya işə baxan hakimə, 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə