Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə11/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   7   8   9   10   11   12   13   14   ...   98

43 
 
 
Maddə 58. Qəbzin məzmunu 
 
58.0. Bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş 
qəbzdə aşağıdakılar göstərilməlidir: 
58.0.1. inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın 
adı və ünvanı; 
58.0.2. sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının 
adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 
58.0.3. verilən sənədin adı; 
58.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 
58.0.5. sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda 
olmama, səhv ünvan və sair); 
58.0.6. sənədin verildiyi şəxs; 
58.0.7. sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə 
orqanı nümayəndəsinin imzası.   
 
Maddə 59. İnzibati xəta haqqında iş üzrə sənədi qəbul 
etməkdən imtina 
 
 
 
59.1. Ünvan sahibi və ya onunla birlikdə yaşayan yetkinlik 
yaşına çatmış ailə üzvləri inzibati xəta haqqında işlər üzrə sənədi 
qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs sənəddə 
müvafiq qeydlər etdikdən sonra həmin sənədi onu göndərən hakimə 
və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarır. Bu halda inzibati 
xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab olunur. 
59.2. İnzibati xəta haqqında iş üzrə sənədin ünvan sahibi 
tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri 


44 
 
üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya 
onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. 
59.3. İnzibati xəta haqqında iş üzrə sənədin ünvanlandığı şəxs 
tərəfindən həmin sənədi qəbul etməkdən imtina edilməsi işə 
baxılması və ya ayrı-ayrı prosessual hərəkətlərin həyata keçirilməsi 
üçün maneə deyildir.   
 
Maddə 60. Bildirişlər 
 
60.1. Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş 
vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını 
işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər 
haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər 
prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün 
çağırırlar. 
60.2. Bildirişdə aşağıdakılar göstərilməlidir: 
60.2.1. məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) 
adı, ünvanı və əlaqə üçün məlumatlar (telefon, faks, elektron poçt 
ünvanı və sair); 
60.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 
60.2.3. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana 
çağırılan şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı; 
60.2.4. xəbər verilən, yaxud məhkəməyə, səlahiyyətli orqana 
çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin yerləşdiyi ünvan; 
60.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya 
çağırılması; 
60.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin 
adı; 


45 
 
60.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün 
sübutların təqdim edilməsinə dair təklif; 
60.2.8. ünvan sahibinin olmadığı təqdirdə, bildirişi qəbul edən 
şəxsin imkan olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair 
qeyd; 
60.2.9. bildirişi qəbul etməkdən imtinaya və ya onun ünvan 
sahibinə çatdırmamasına görə bu Məcəllənin 531-ci maddəsində 
məsuliyyət nəzərdə tutulduğu barədə qeyd; 
60.2.10. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə və ya 
səlahiyyətli orqana gəlməməsinin nəticələri və gəlməməsinin 
səbəbləri barədə məlumat vermək vəzifəsinə dair qeyd. 
60.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və 
vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq 
prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir.  
60.4. Bildiriş bu Məcəllənin 57-ci maddəsində nəzərdə 
tutulmuş qaydada göndərildikdən sonra inzibati xətalar haqqında 
işlər üzrə icraatın iştirakçılarına bildirişin məzmununun ötürülməsini 
təmin etməklə internet, telefon və ya digər rabitə vasitələri ilə də 
əlavə məlumat verilir.   
 
FƏSİL 11 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAATIN 
İŞTİRAKÇILARI, ONLARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 
 
Maddə 61. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxs 
 
 
 


46 
 
61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsin aşağıdakı hüquqları vardır: 
61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış 
olmaq; 
61.1.2. izahat vermək
61.1.3. sübutlar təqdim etmək; 
61.1.4. vəsatət və etirazlar vermək; 
61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından 
istifadə etmək; 
61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi 
tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 
61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə 
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 
61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə 
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət 
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın 
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın 
fotoşəklini almaq. 
61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə 
edə bilər. 
61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə