Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə17/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

69 
 
89.1. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, 
bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç 
saatdan çox ola bilməz. 
89.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini 
və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış 
məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna
əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan 
Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma 
qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş 
üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun 
şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı 
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara 
inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun 
qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər 
əsaslar olduqda  inzibati qaydada tutma 24 saatadək müddətə və ya 
inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, 
hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. 
89.3. Fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi 
verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında 
küçələrdə və başqa ictimai yerlərdə olduqda - komendant saatı 
bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd 
olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai 
yerlərdə olduqda - tutulanın şəxsiyyəti müəyyən edilənədək 
müddətə inzibati qaydada tutula bilər. 
89.4. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini 
nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 
saatadək, bu Məcəllənin 157, 206, 227, 513 və ya 535-ci 
maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta 


70 
 
haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının 
çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada 
çətinlik yaratdığı hallarda 48 saatadək müddətə inzibati qaydada 
tutula bilər. 
89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş 
şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda 
olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 
89.6. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin 
tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər 
dərhal azad olunurlar. 
89.7. İnzibati qaydada tutma barədə qərardan yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə 
bilər.   
 
Maddə 90. İnzibati qaydada tutma haqqında protokol 
 
90.1. İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda 
bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 
90.1.1. protokolun tərtib edildiyi tarix və yer
90.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və 
atasının adı; 
90.1.3. tutulanın şəxsiyyəti haqqında məlumat; 
90.1.4. tutmanın vaxtı və səbəbləri. 
90.2. Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs 
tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina 
etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat 
vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim 
etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin 


71 
 
səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və 
mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş 
şəxsə verilir. 
 
Maddə 91. İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının 
təmin edilməsi 
 
 
 
91.0. Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada 
tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin 
edilməsi üçün aşağıdakı tədbirləri görür: 
91.0.1. tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını 
bildirmək, onun hüquqlarını izah etmək;  
91.0.2. tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış 
etmək; 
91.0.3. tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, 
işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə 
məlumat vermək; 
91.0.4. tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və 
ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək
91.0.5. tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və 
ləyaqətinə hörmətlə yanaşmaq; 
91.0.6. tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla 
görüşmək imkanı yaratmaq; 
91.0.7. tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti 
saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən 
vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq 
və onunla görüşmək imkanı yaratmaq. 
 


72 
 
Maddə 92. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama 
 
92.1. Fiziki şəxsin şəxsi axtarışı, onda olan əşyaları yoxlama 
inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə 
obyekti olmuş predmetin aşkar edilməsi məqsədi ilə həyata keçirilir. 
92.2. Şəxsi axtarış eyni cinsdən olan səlahiyyətli şəxs 
tərəfindən və eyni cinsdən olan iki hal şahidinin iştirakı ilə aparılır. 
92.3. Əşyalar (əl yükü, baqaj, ov və balıq ovu alətləri, əldə 
edilmiş məhsul və sair) bunların mülkiyyətçilərinin və ya sahiblərinin 
iştirakı ilə yoxlanılır. Təxirə salınmayan hallarda mülkiyyətçisi və ya 
sahibi olmadan göstərilən əşyalar iki hal şahidinin iştirakı ilə 
yoxlanıla bilər. Feldyeger rabitəsini həyata keçirən müvafiq icra 
hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan 
korrespondensiyalar və digər göndərişlər yoxlanıla bilməz. 
92.4. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokol 
tərtib olunur. 
92.5. Şəxsi axtarış və əşyaları yoxlama haqqında protokolda 
aşağıdakılar göstərilir: 
92.5.1. protokolun tərtib edildiyi tarix və yer; 
92.5.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və 
atasının adı; 
92.5.3. barəsində şəxsi axtarış aparılan şəxs haqqında 
məlumat; 
92.5.4. şəxsi axtarış zamanı aşkar edilən əşyaların növü, 
miqdarı və digər eyniləşdirmə əlamətləri haqqında məlumat. 
92.6. Protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati 
xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya axtarış aparılan 
əşyaların sahibi və hal şahidləri tərəfindən imzalanır. Barəsində 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə