Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

51 
 
müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati 
xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. 
65.4. Müdafiəçinin və nümayəndənin aşağıdakı hüquqları 
vardır: 
65.4.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış 
olmaq; 
65.4.2. sübutlar təqdim etmək; 
65.4.3. vəsatət və etirazlar vermək
65.4.4. işin baxılmasında iştirak etmək; 
65.4.5. inzibati xətalar haqqında işlər üzrə icraatın təmin 
edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan 
şikayət vermək; 
65.4.6. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə 
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
65.4.7. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət 
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın 
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın 
fotoşəklini almaq. 
65.5. Müdafiəçi və nümayəndə bu Məcəllə ilə müəyyən edilmiş 
digər hüquqlardan da istifadə edə bilərlər. 
65.6. Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən 
orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən 
etibarnamə ilə təsdiq edilir.   


52 
 
 
Maddə 66. Vəkilin iştirakının məcburiliyi 
 
66.1. İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, 
lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə 
hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin 
iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta 
haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul 
olunmur. 
66.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. 
66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı 
olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin 
vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə 
yetirməkdən imtina edə bilməz.   
 
Maddə  67. Şahid 
 
67.1. İnzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə 
müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər 
çağırılırlar. 
67.2. Şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) 
çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, 
protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə 
ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə 
borcludur. 


53 
 
67.3. Şahidin özünə və yaxın qohumlarına qarşı izahat 
verməmək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək
izahatının doğru yazılması barədə protokola müvafiq qeydlər etmək 
hüququ vardır. 
67.4. On dörd yaşı tamam olmamış şəxslər pedaqoji işçinin və 
ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər.  
67.5. Bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət 
haqqında şahidə xəbərdarlıq edilir. Şahid izahat verməkdən imtina 
etdikdə və ya çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırdıqda o, 
bu Məcəllədə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb 
edilir. 
Qeyd:  Bu maddədə “yaxın qohumlar” dedikdə - valideynlər, 
uşaqlar, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma və ögey 
qardaş və bacılar, babalar, nənələr, nəvələr, habelə ər-arvad başa 
düşülür. 
 
Maddə  68. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər 
 
68.0. Şahid kimi sorğu-sual edilə bilməyən şəxslər 
aşağıdakılardır: 
68.0.1. fiziki və ya psixi qüsurlarına görə inzibati xəta 
haqqında iş üçün əhəmiyyətli olan hadisələri dərk edə bilməyən və 
onlar haqqında düzgün izahat verə bilməyən şəxs
68.0.2. müdafiəçi vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar 
olaraq inzibati xəta törətmiş şəxsin ona bildirdiyi hallar haqqında 
inzibati xəta törətmiş şəxsin müdafiəçisi; 


54 
 
68.0.3. nümayəndə (qanuni nümayəndə) vəzifələrini icra 
etməsi ilə əlaqədar onlara məlum olmuş hallar haqqında fiziki 
şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi. 
 
Maddə 69. Hal şahidləri 
 
69.1. İşin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış 
şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında 
iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli 
şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı 
iki nəfərdən az ola bilməz. 
69.2. Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə 
baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin 
müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal 
şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, 
onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq 
edirlər. 
69.3. Hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda 
iştirak etmələri protokolda qeyd edilir. 
69.4. İnzibati xəta haqqında iş üzrə prosessual hərəkətlər 
barəsində hal şahidlərinin qeydləri protokolda göstərilir. 
69.5. İnzibati xəta haqqında iş üzrə icraatda hal şahidləri bu 
Məcəllənin 67-ci maddəsinə uyğun olaraq şahid kimi sorğu-sual 
edilə bilərlər. 
 
Maddə  70. Mütəxəssis 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə