Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə12/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

47 
 
şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının 
yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun 
və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil 
olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 
61.4. İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində 
inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını 
məcburi hesab edə bilər. 
61.5. İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından 
kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada 
çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında 
işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılan şəxsin iştirakı məcburidir. 
61.6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat 
aparılarkən işin hallarının müzakirəsi yetkinlik yaşına çatmayanlara 
mənfi təsir göstərə biləcəyi hallarda, onlar müvəqqəti olaraq işdə 
iştirakdan kənarlaşdırılırlar.   
 
Maddə  62. Zərər çəkmiş şəxs 
 
62.1. İnzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər 
dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. 
62.2. Zərər çəkmiş şəxsin aşağıdakı hüquqları vardır: 
62.2.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış 
olmaq; 
62.2.2. izahat vermək; 
62.2.3. sübutlar təqdim etmək
62.2.4. vəsatət və etirazlar vermək; 
62.2.5. hüquqi yardımdan istifadə etmək; 


48 
 
62.2.6. iş üzrə qəbul edilmiş qərardan şikayət vermək; 
62.2.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə 
danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 
62.2.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə 
vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin 
görüntülərinin elektron daşıyıcıda surətini almaq; 
62.2.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta 
xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat 
vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət 
həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın 
göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə 
məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın 
fotoşəklini almaq. 
62.3. Zərər çəkmiş şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər 
hüquqlardan da istifadə edə bilər. 
62.4. İnzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin 
iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o 
hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona 
vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını 
təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə 
vəsatət rədd edilmiş olsun. 
62.5. Zərər çəkmiş şəxs bu Məcəllənin 67-ci maddəsində 
nəzərdə tutulmuş qaydada şahid kimi sorğu-sual edilə bilər. 
 
Maddə 63. Fiziki şəxsin qanuni nümayəndələri 
 
63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, 


49 
 
yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət 
qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni 
nümayəndələri təmsil edir. 
63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və 
qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar.  
63.3. Bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin 
qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə 
icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik 
orqanını qanuni nümayəndə hesab edir. 
63.4. Fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini 
təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) 
təqdim edir. 
63.5. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil 
etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara 
malikdir və vəzifələri daşıyır. 
63.6. On səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati 
xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni 
nümayəndəsinin iştirakı məcburidir.  
 
Maddə 64. Hüquqi şəxsin nümayəndəsi 
 
64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni 
mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata 
keçirilir. 
64.2. Hüquqi şəxsin rəhbəri, habelə etibarnamə əsasında 
hüquqi şəxsin mənafelərinin təmsil edilməsi həvalə edilmiş digər 


50 
 
şəxslər hüquqi şəxslərin nümayəndələri hesab edilirlər. Hüquqi 
şəxsin rəhbərinin səlahiyyəti onun qulluq mövqeyini təsdiq edən 
sənədlə, hüquqi şəxsin digər nümayəndələrinin səlahiyyəti 
etibarnamə ilə müəyyən edilir. 
64.3. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar 
haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin 
iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta 
haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və 
müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya 
işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, 
yaxud belə vəsatət rədd edilmiş olsun. 
64.4. İnzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi 
şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 
 
Maddə 65. Müdafiəçi və nümayəndə 
 
65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan 
şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə 
icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək 
üçün isə nümayəndə buraxılır. 
65.2. Müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta 
haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə 
bilərlər. 
65.3. İnzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan 
müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə 
icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə 
fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə