Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə8/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   4   5   6   7   8   9   10   11   ...   98

31 
 
383, 387, 388, 398, 399, 401 - 404, 406 - 409, 412, 413, 428.7, 
428.10, 431, 432.3, 441, 442, 443.1, 448, 449, 450.1, 451, 456, 
459.1, 459.2, 464 - 466, 469.1 (auditorun peşə məsuliyyətinin 
icbari sığortasına münasibətdə), 479 - 481, 482.1, 496.2, 499.2, 
502 - 504, 506 - 508, 510, 511, 513, 515 - 517, 520, 523, 525 - 
535, 537.1, 544.1, 547, 549, 551 - 554, 558 - 561, 562.1, 562.2, 
563.2, 567 - 569, 571, 573, 574, 590 - 592, 594 - 596, 598 
(monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə), 599 - 603, 
605, 606.1, 608 və 609-cu maddələrində tutulmuş inzibati xətalar 
haqqında işlərə baxırlar.    
43.2. Bu Məcəllənin 54.2-ci maddəsində nəzərdə tutulan 
inzibati xətalar haqqında işlər  istisna olmaqla, rayon (şəhər) 
məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə 
protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati 
xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) 
aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli 
orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta 
törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti 
ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu 
nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında 
nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh 
tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların 
olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu 
baxılmaq üçün məhkəməyə göndərir. 


32 
 
43.4. Bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş 
inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi 
vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi 
məhkəmələr baxır. 
 
 
 
 
Maddə 44. Müvafiq icra hakimiyyəti orqanlarının aidiyyəti 
 
Bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən 
hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş 
digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti 
orqanları baxırlar. 
 
FƏSİL 9 
 
SƏLAHİYYƏTİ OLAN ORQANLAR (VƏZİFƏLİ ŞƏXSLƏR) 
TƏRƏFİNDƏN BAXILMIŞ İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR BARƏDƏ 
ELEKTRON İNFORMASİYA SİSTEMLƏRİ VƏ EHTİYATLARI 
 
Maddə 45. Baxılmış inzibati xətalar haqqında işlər barədə 
elektron  informasiya sistemləri və ehtiyatları 
 
45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş 
şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi və 
saxlanılması məqsədi ilə inzibati xətalar haqqında işlərə baxmağa 
səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) baxdığı inzibati xətalar 


33 
 
haqqında işlər barədə elektron informasiya sistemlərini 
(ehtiyatlarını) (bundan sonra – informasiya ehtiyatı) yaradır və həmin 
informasiya ehtiyatlarının fəaliyyətini təmin edir.  
45.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərarın 
qüvvəyə mindiyi gün aşağıdakı məlumatların informasiya ehtiyatına 
daxil edilməsini təmin etməlidir:   
45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (soyadı, 
adı, atasının adı, fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, doğum 
tarixi,  yaşayış yeri); 
45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın 
mahiyyəti; 
45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu 
Məcəllənin müvafiq maddəsi; 
45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin 
sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər 
yetirilmişdirsə, bu hallar barədə qeydlər
45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri; 
45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış hakimin, 
vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın 
adı və tərkibi; 
45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və 
nömrəsi; 
45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat; 
45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat
45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan 
digər məlumatlar. 
 


34 
 
Maddə 46. İnformasiya ehtiyatının açıqlığı 
 
46.1. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə 
informasiya ehtiyatında onun haqqında olan məlumatı əks etdirən 
çıxarış həmin şəxsin yazılı və ya elektron müraciəti əsasında bir iş 
günü müddətində verilir. 
46.2. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə 
yetirilməsi ilə əlaqədar dövlət orqanlarına informasiya ehtiyatının 
məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. 
 
Maddə 47. İnformasiya ehtiyatında olan məlumatların 
mühafizəsi 
 
47.1. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan 
məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi 
məqsədi ilə istifadə edə bilərlər. 
47.2. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan 
orqanlar (vəzifəli şəxslər) informasiya ehtiyatında olan məlumatların 
mühafizəsini təmin etməlidirlər. Bu Məcəllənin 46-cı maddəsində və 
digər qanunlarda müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin 
məlumatlar açıqlana bilməz. 
47.3. İnformasiya ehtiyatında olan məlumatlar beş il 
müddətində saxlanılır. 
  
III BÖLMƏ 
 
İNZİBATİ XƏTALAR HAQQINDA İŞLƏR ÜZRƏ İCRAAT 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə