Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə20/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

81 
 
96.6. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi 
barədə akt müvafiq protokola əlavə olunur. 
 
Maddə  97. Nəqliyyat vasitələrinin saxlanılması 
 
97.1. Bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə 
tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat 
vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci 
maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq 
müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında 
saxlanılır. 
97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan 
qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya 
görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa 
gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən 
dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. 
97.3. Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının 
pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə 
ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması 
barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə 
olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya 
inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq 
hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin 
duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin 
yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda 
sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh 
tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat 
vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun 


82 
 
saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti 
orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın 
surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat 
vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta 
haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada 
həyata keçirilir. 
97.4. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar 
haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud 
işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik 
yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün 
müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş 
qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin 
verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim 
edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat 
vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən 
və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi 
buraxılır. 
97.5. Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla 
rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola 
əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.   
 
 
 
Maddə 98. Nəqliyyat vasitələrinin istismarının qadağan 
edilməsi 
 


83 
 
Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya 
xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, 
şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud 
konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın 
aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.   
 
IV BÖLMƏ 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATIN MƏRHƏLƏLƏRİ 
 
FƏSİL 14 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ İCRAATA BAŞLAMA 
 
Maddə  99. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa 
səbəblər və əsas 
 
99.1. İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər 
aşağıdakılardır: 
99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən 
kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə 
və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 
99.1.2. dövlət orqanlarından və təşkilatlarından və ya 
bələdiyyələrdən məlumatların daxil olması; 
99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən
yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. 


84 
 
99.2. Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata 
başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin 
məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta 
haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta 
haqqında işin başlanmasına əsasdır. 
99.3. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən 
səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən 
kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən 
inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 
99.4. İnzibati xəta haqqında iş üzrə icraat aşağıda göstərilən 
vaxtdan başlanılmış hesab edilir: 
99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan 
tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə
99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud 
inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror 
tərəfindən qərar qəbul edildikdə; 
99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan 
inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında 
iş üzrə icraata başlama haqqında qərardad qəbul edildikdə. 
99.5. Bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində 
göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs 
tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi 
haqqında əsaslandırılmış qərardad qəbul edilir. 
99.6. İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi 
haqqında qərardadın surəti bu Məcəllənin 99.1.2 və 99.1.3-cü 
maddələrində göstərilən məlumatları vermiş şəxslərə göndərilir.   
99.7. Bu Məcəllənin 40.0.2 – 40.0.3-cü maddələrində nəzərdə 
tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə