Azərbaycan respublikasinda regional ümumi daxiLİ


Fəsil I. Azərbaycan Respublikasında Milli Hesablar Sisteminin



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix01.04.2018
ölçüsü0,58 Mb.
#35601
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 



Fəsil I. Azərbaycan Respublikasında Milli Hesablar Sisteminin 

(MHS) tətbiqinin müasir vəziyyəti və inkişaf perspektivləri 

§1.1  MHS iqtisadiyyatın makrostatistik modelidir 

 

Milli  Hesablar  Sistemi  makrosəviyyədə  iqtisadi  proseslərin  ən  ümumi 



tərəflərini  və  nəticələrini  təhlil  və  təsvir  etmək  üçün  istifadə  edilən  göstəricilərin  və 

təsnifatların  qarşılıqlı  əlaqədə  olan  sistemidir.  MHS–i  iqtisadiyyatın  makrostatikstik 

modelidir.  MHS  –  nin  qurulmasında  məqsəd  təkrar  istehsal  prosesinin  bütün 

mərhələlərində  iqtisadiyyatın  inkişafının  ümumiləşdirici  göstəricilərini  və  bu 

göstəricilərin arasındakı qarşılıqlı əlaqələri formalaşdırmaqdan ibarətdir.  

Milli  Hesablar  Sistemi  bаzаr  iqtisаdiyyаtı  şərаitində  mаkrоiqtisаdi  prоsesləri 

özündə  əks  etdirən  bir-biri  ilə  qаrşılıqlı  əlаqəli  оlаn  və  150-dən  çох  ölkədə  tətbiq 

edilən  ikitərəfli  göstəricilər  sistemidir.  Bu  sistemin  metоdоlоji  əsаslаrı  tədiyyə 

bаlаnsının və sаhələrаrаsı bаlаnsın metоdоlоji əsаslаrı ilə sıx bağlıdır. 

Аzərbаycаndа  bu  sistemin  tətbiqi  beynəlхаlq  stаtistikа  təşkilаtlаrının  Milli 

Hesаblаr  Sisteminin  prоblemlərinə  dаir  hаzırlаdıqlаrı  metоdiki  təlimаtlаr  əsаsındа 

аpаrılır  və  hesаblаmаlаrın  nəticələri  vaxtaşırı  İqtisаdi  Əməkdаşlıq  və  İnkişаf 

Təşkilаtı,  Beynəlхаlq  Vаlyutа  Fоndu  və  statistika  sahəsində  fəaliyyət  göstərən  digər 

beynəlхаlq təşkilаtlаr tərəfindən ekspertizа оlunur. 

Hesablardan  institutsional  vahidlərin,  o  cümlədən  ölkənin  rezidenti  olan 

müəssisələrin,  idarələrin, təşkilatların  və ev təsərrüfatlarının  həyata keçirdiyi  iqtisadi 

əməliyyatların  qeydiyyatı  üçün  istifadə  edilir.  Burada  həmçinin,  ölkənin  rezidentləri 

ilə  qeyri-rezidentlər  arasındakı  əməliyyatlar  da  əks  olunur.  Milli  Hesablar  Sistemi  – 

balans  qaydasında,  qarşılıqlı  əlaqədə  olan  cədvəllər  dəstidir.  Milli  hesabların 

qurulması  metodu  mühasibat  hesabında  olduğu  kimidir.  Hər  bir  hesab  ikitərəfli 

cədvəl  şəklində  balansdır  və  hər  bir  əməliyyat  iki  dəfə  -  ehtiyatlarda  (resurs)  və 

istifadədə  əks  etdirilir.  Hesabın  hər  bir  tərəfində  əməliyyatların  yekunu  növbəti 




 

hesabın  resurs  maddəsi  kimi  çıxış  edən  balanslaşdırıcı  maddənin  köməyi  ilə 



balanslaşdırılır [4]. 

Hesabın  balanslaşdırıcı  maddəsi  onun  sağ  və  sol  tərəfinin  balanslılığını 

(bərabərliyini) təmin edir  və resursla onun istifadəsi arasındakı  fərq kimi  hesablanır. 

Başqa  sözlə,  əvvəlki  hesabın  “İstifadə”  bölməsində  əks  etdirilən  balanslaşdırıcı 

maddə  sonrakı  hesabın  “Resurs”  bölməsinin  ilk  göstəricisidir.  Bununla  Milli 

Hesablar  Sisteminin  qurulmasına  və  hesabların  özü  arasındakı  əlaqəyə  nail  olunur. 

Deməli,  MHS  –  nin  qurulmasının  əsas  prinsipləri  –  ikili  yazılış  (qeydiyyat),  bütün 

iqtisadi  əməliyyatları  əhatə  etmək  və  onun  struktur  ünsürləri  arasındakı  qarşılıqlı 

əlaqəni təmin etmək prinsipləridir.  

MHS-də əsasən aşağıdakı anlayışlardan istifadə olunur.  

-  Mal  (əmtəə)  –  adətən    istehsal  xərcini  ödəyən  qiymətlə  bazarda  satmaq 

üçün nəzərdə tutulan maldır; 

-  Xidmətlər  –  məhsul  şəklində  təzahür  etməyən,  lakin  müəyyən  şəxsi  və 



ictimai tələbatları ödəyən fəaliyətin nəticəsidir; 

-  Qeyri-bazar  xidmətləri  –  dövlət  idarələrinin  və  ictimai  təşkilatların  cari 



istehlakına aid edilən xidmətlər; 

-  Transfertlər  –  gəlirlərin  və  əmanətlərin  yenidən  bölgüsü  məqsədilə  həyata 



keçirilən  gəlirlərin  həm  pul  ,  həm  də  natural  formada  birtərəfli,  əvəzsiz 

verilməsidir (köçürülməsidir). 

MHS – də daxili və milli iqtisadiyyat anlayışlarından istifadə edilir və bunlara 

müvafiq  olaraq    Ümumi  Daxili    Məhsul  və  Ümumi  Milli  Məhsul  göstəriciləri 

hesablanır.  Bu  kateqoriyaları  fərqləndirmək  üçün  aşağıdakı  anlayışlardan  istifadə 

edilir: 

-  Iqtisadi ərazi 

-  Rezident 

-  İqtisadi maraq mərkəzi.  




 

İqtisadi ərazi dedikdə istehsal amillərinin sərbəst yerdəyişməsi baş verən ərazi 



başa düşülür. Ölkənin iqtisadi ərazisinə həmçinin aşağıdakılar da aid edilir.  

-  Hava məkanı, beynəlxalq sularda ölkənin ərazi suları; 

-  Xaricdə 

“ərazi 

anklavı” 

yəni 

ölkənin 

hökümət 

idarələrinin 

diplomatik,hərbi,  elmi  və  yaxud  digər  məqsədlər  üçün  digər  ölkələrdə 

istifadə etdiyi ərazilər; 

-  Ölkənin  öz  sərhəddindən  kənarda  fəaliyyət  göstərən  müəssisələr,  “sərbəst 



zonaları”.  Onların  fiziki  yerləşdiyi  ərazi  fəaliyyət  göstərdikləri  ölkənin 

iqtisadi ərazisinə aid edilir [4]. 

Ölkənin  iqtisadi  ərazisinə  başqa  ölkənin,  yaxud  beynəlxalq  təşkilatların  ərazi 

anklavı daxil edilmir.  

Milli  Hesablar  Sisteminin  qurulmasında  əsas  məqsəd  iqtisadiyyatın  quruluşu, 

iqtisadi  proseslərin  müxtəlif  tərəfləri  haqqında  ən  mühüm  informasiyanı  əldə 

etməkdir.  Bunun  üçün  MHS  –  də  müxtəlif  təsnifatlardan  istifadə  edilir.  Bunlara 

aiddir: 

1.  İqtisadiyyatın  sektorları  və  sahələri  üzrə  institutsional  vahidlərin 

təsnifatlaşdırılması; 

2.  İqtisadi əməliyyatların təsnifatlaşdırılması; 

3.  Aktiv və passivlərin təsnifatlaşdırılması; 

4.  Mal və xidmətlərin təsnifatlaşdırılması; 

5.  Təyinatına 

görə 

dövlət 

idarəetmə 

orqanlarının 

xərclərinin 

təsnifatlaşdırılması; 

6.  Vergi və subsidiyaların təsnifatlaşdırılması 

Milli  Hesablar  Sistemində  iqtisadi  əməliyyatların  təsnifatlaşdırılması  mühüm 

yerlərdən  birini  tutur.  MHS  –  də  bütün  iqtisadi  əməliyyatlar  aşağıdakı  qruplara 

ayrılır: 



1.  Mal və xidmətlərlə bağlı əməliyyatlar; 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə