Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə10/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   221

 

 

32 



 

Fəaliyyətə başlayan sovet məktəblərində təlim-tərbiyə və tədris üsulları da 

yeniləşdirilir, tədris edilən fənlərin müasir dövrün tələblərinə cavab verə bilməsi 

üçün hər cür vasitələrdən istifadə olunurdu. Təhsil ideologiyalaşdırıldı. 

Azərbaycanda  Sovet  hakimiyyətinin  ilk  günlərindən  etibarən  elmin  digər 

sahələrində  olduğu  kimi  tarix  elmi,  o  cümlədən  tarixin  tədrisi  sahəsində  də 

canlanma  özünü  göstərməyə  başladı.  Yeni,  sovet  məktəblərində  marksizm-

leninizm dünyabaxışının tərbiyə edilməsi əsas yer tuturdu. 

Şagirdlərdə  marksizm-leninizm  dünyabaxışının  yaradılması  vəzifəsinin 

yerinə  yetirilməsində  başlıca  yeri  tarix  fənni  və  onun  tədrisi  tuturdu.  Bu  çox 

mühüm və çətin vəzifə idi. Bu hər şeydən əvvəl, onunla izah edilirdi ki, ilk sovet 

məktəblərində  dərs  deyən  müəllimlərin  demək  olar  ki,  əksəriyyəti  köhnə 

məktəbin kadrları idi. 

Bundan  başqa  sovet  məktəbinin  marksizm-leninizm  prinsipləri  əsasında 

hazırlanmış proqram və dərslikləri də yox idi. Odur ki, sovet məktəbində tarix 

tədrisini  yenidən  qurmaq  böyük  çətinliklərlə  qarşılaşırdı.  Maarif  komissarlığı 

məktəblər üçün tarixdən yeni proqramlar hazırlanmasına daha ciddi fikir verirdi. 

Bu da onunla izah edilirdi ki, sosializm qurucuları olan yeni nəslin tərbiyə edilib 

yetişdirilməsində məktəb tarix təhsilinin əhəmiyyəti böyük idi.  

1920-ci  ilin  yayında  respublikanın  şəhərlərində  keçirilən  müəllimlərin 

konfrans və qurultaylarında, həmin ilin sentbyar ayında Bakıda keçirilən maarif 

və sosialist mədəniyyəti işçilərinin I Ümumazərbaycan qurultayında əsas vəzifə 

ziyalıları  sovet  hakimiyyəti  və  yeni  sovet  mədəniyyəti  ətrafına  cəlb  etməkdən 

ibarət idi. 

Əgər  cəbr,  həndəsə,  kimya,  fizika  və  s.  bu  kimi  fənlərdən  proqram  və 

dərsliklərin  hazırlanmasında  inqilabdan  əvvəlki  məktəblərin  bəzi  müsbət  iş 

təcrübəsindən  istifadə  olunurdusa,  ictimai  fənlərin  tədrisini  tamamilə  yenidən 

qurmaq lazım gəlirdi. 

Respublikamızın maarif orqanları bu sahədə RSFSR maarif komissarlığının 

iş təcrübəsindən istifadə edərək, 1920-ci ilin payızında birinci və ikinci dərəcəli 

məktəblər  üçün  ilk  tədris  planları  nəşr  etdi.  Birinci  dərəcəli  və  ikinci  dərəcəli 



 

 

33 



 

məktəblər  üçün  ilk  tədris  planları  hazırlandı.  Birinci  dərəcəli  məktəbin  tədris 

planına «Mədəniyət tarixi» və «Ölkəşünaslıq» kimi fənlər daxil edilmişdi və I-

IV qruplarda tədris olunurdu. 

1921-ci  ildə  RSFSR  məktəbləri  üçün  nəşr  olunmuş  ictimaiyyat  proqramı 

əsasında  Azərbaycan  XMK  I  və  II  dərəcəli  məktəblərdən  ötrü  yeni  proqram 

hazırladı.  Bu  proqramlar  1923-cü  ildə  çapdan  çıxdı.  İlk  sovet  məktəblərinin 

proqramına ictimaiyyat fənnin daxil edilməsi o zaman müxtəlif ictimai elmlərin 

– iqtisadiyyat, hüquq və tarix elmlərinin tədrisi nəzərdə tutulurdu. Tədris planına 

əsasən ictimaiyyata I dərəcəli məktəblərin IV-V qruplarında həftədə 2-3 saat, II 

dərəcəli  məktəblərin  I,  II  və  III  qruplarında  3,  IV  qruplarında  isə  4  saat  vaxt 

verilirdi.  I  dərəcəli  məktəbin  IV  qrupunun  proqramı  üç  bölmədən  ibarət  idi:  1. 

Təsərrüfat.  Texnika  və  mədəniyyət.  2.  Maddi  mədəniyyətin  inkişafı,  3. 

Cəmiyyət və mənəvi mədəniyyət, V qrupun proqramı isə iki bölmədən ibarət idi: 

1. Bəşəriyyətin keçmiş dövründən mənzərələr. 2. Rusiya və Azərbaycanda XIX 

və XX əsrlərdə ictimai həyat. 

II  dərəcəli  məktəb  proqramı  iki  hissədən  ibarət  idi:  1.  Cəmiyyətin  tarixi 

təkamülü.  2.  Cəmiyyətin  tarixi  təkamülünün  materializm  nöqteyi-nəzərindən 

izahı və sovet Konstitusiyası. Təbiidir ki, o dövr üçün bu hadisə məktəblilərinin 

həyatında  böyük  elmi-pedaqoji  dəyişiklik  idi.  1923-cü  il  proqramları  fənlərin 

məzmununu 

müəyyənləşdirməklə  bərabər,  ictimai  elmlərin  tədrisində 

müəllimlərə  lazımi  pedaqoji  istiqamət  və  göstərişlər  verirdi.  1923-cü  ildə 

buraxılmış  proqramlar  Azərbaycan  SSR  MK-nın  elmi  şurası  tərəfindən 

işlənilmiş və komissarlığın kollegiyası tərəfindən təsdiq edilmişdi. 

Qeyd  etmək  lazımdır  ki,  bu  proqramların  müsbət  cəhətlərindən  biri  yerli 

materialın  öyrənilməsinə  əhəmiyyət  verilməsi  idi.  Məsələn,  proqramda 

Azərbaycanın  XIX-XX  əsrlər  ictimai  həyatından  məlumat  verilməsi  tələb 

olunurdu.  Proqrama  «Azərbaycanda  təhkimçilik  münasibəti,  kənddə  mülkədar 

və ruhanilərin hakimiyyəti», «Bakı neft mədənlərində fəhlələr və kapitalistlər», 

«Azərbaycanda Sovet hakimiyyətinin qurulması» və s. bu kimi mövzular daxil 

edilmişdi. 




 

 

34 



 

Əvvəlki  illərin  proqramları  kimi  1923-cü  ilin  proqramı  da  stabil  deyildi, 

müəllimə proqramda (yerli şəraitdən asılı olaraq) müəyyən dəyişikliklər etməyə 

icazə  verilirdi.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  1920-1923-cü  illər 

proqramlarında  bir  sıra  nöqsanlara  yol  verilmişdi;  birincisi,  proqramlar 

həddindən 

artıq 

yüklənmişdi. 



Odur 

ki, 


müəllimlər 

proqramların 

yüngülləşdirilməsini  tələb  edirdilər.  İkincisi,  Vətənimizin  tarixinin  xronoloji 

ardıcıllıqla öyrənilməsinə imkan vermirdi. 

Bu dövrün çətinliklərindən biri dərs kitablarının olmaması idi. Azərbaycan 

Maarif  Komissarlığı  başqa  fənlərlə  yanaşı  tarix  və  ictimaiyyatdan  da 

Azərbaycan  dilində  dərsliklər  yaradılmasına  xüsusi  fikir  verirdi.  Bu  çətinliyi 

tezliklə  aradan  qaldırmaq  üçün  Azərbaycan  Maarif  Komissarlığı  RSFSR 

məktəblərində  istifadə  olunan  dərsliklərin  Azərbaycan  dilinə  tərcümə  olunub 

nəşr edilməsi işini xeyli sürətləndirdi. Bu məqsədlə Maarif Komissarlığı məktəb 

şöbəsi  yanında  ayrıca  Komissiya  yaratmışdı.  İlk  dərsliklər  nəşr  olunmağa 

başladı. Buna misal olaraq D.M.Şərifovun 1922 və 1924-cü illərdə nəşr olunmuş 

«Əski mədəniyyət tarixi» dərsliklərini göstərmək olar. D.Şərifovun kitabı, həm 

rus və həm də Azərbaycan dilində, prof. L.Kudryavsevskinin «Qədimdə insanlar 

necə yaşayırdılar?» adlı kitabı Azərbaycan dilində nəşr edilmişdi. 

1925-ci ildə nəşr edilmiş ictimaiyyat proqramı demək olar ki, 1923-cü ilin 

proqramı əsasında tərtib edilmişdi. Bu proqramda təlim  materialları fənlər üzrə 

deyil,  müxtəlif  «komplekslər»  üzrə  qurulmuşdu.  Proqram  materialları  üç 

bölmənin  –  təbiyyət,  zəhmət  və  ictimaiyyatın  kompleksli  öyrənilməsini  irəli 

sürürdü. Məsələn, I dərəcəli məktəbin V qrupunda «Kənd təsərrüfatı haqqında» 

mövzusunu keçən təbiət müəllimi əkinçilik, heyvandarlıq, bağçılıq haqqında da 

məlumat  verir  və  bu  sahələrə  dair  bir  sıra  ekskursiyalar  təşkil  edirdi,  fizika 

dərslərində  müəllim  kənd  təsərrüfatı  alətləri,  onların  quruluşu  və  s.  haqqında 

məlumat  verir,  coğrafiya  dərslərində  isə  həmin  kəndin  və  ya  rayonun  coğrafi 

vəziyyəti  və  təbii  şəraiti  ilə  əlaqədar  olaraq  əməyin  təşkili  öyrədilirdi.  Tarix 

müəllimi  isə  ictimaiyyat  dərslərində  kənd  təsərrüfatının  ictimai-iqtisadi 

vəziyyətinin  təhlilini  verir  və  bundan  əlavə,  müləlim  təhkimçilik  hüququnun 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə