Azərbaycan respublikasi təHSİl naziRLİYİ



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə11/221
tarix20.09.2017
ölçüsü5,21 Mb.
#1118
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   221

 

 

35 



 

bərqərar  olması,  XVIII  əsrin  ikinci  yarısında  kəndlilərin  təhkimçilik  hüququna 

qarşı  mübarizəsi,  1861-ci  il  kəndli  islahatı,  sənayedə  və  kənd  təsərrüfatında 

kapitalizmin  inkişafı,  1905-1907-ci  illərdə  kəndli  hərəkatı  və  nəhayət  «Böyük 

Oktyabr inqilabı kəndlilərə nə verdi» kimi proqram materiallarını öyrədirdi. VI 

qrupda fabrik-zavod mövzusu tədris edilirdi, burada keçilən bütün fənlər həmin 

mövzunun  öyrənilməsinə  xidmət  edirdi.  Bu  üsulla  müxtəlif  fənlərin  təlim 

materialları arasında güya təbii əlaqə yaratmaq nəzərdə tutulurdu. Elə buna görə 

də bu cür tərtib edilmiş proqramlara «kompleks təlim proqramları» deyilirdi. Bu 

cür proqramların mənfi cəhətləri təbii ki, çox idi. Belə ki, «kompleks» metodu 

həm fənlər, həm də biliklər sistemini pozur, tarixin tədrisində məntiqi-xronoloji 

və  əlaqəsizlik  yaradırdı.  Lakin  bütün  bu  nöqsanlara  baxmayaraq,  Sovet 

hakimiyyətinin  ilk  illərində  buraxılan  dərsliklər  irəliyə  doğru  böyük  addım  idi, 

şagirdlər  çevrilişdən əvvəlki  dərsliklərdə olduğu kimi,  knyazların, çarların, din 

xadimlərinin  tarixini  deyil,  zəhmətkeş  xalq  kütlələrinin  yaradıcılıq  fəaliyyətini 

öyrənirdilər.  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulandan  sonra  məktəblərdə 

tarix-ictimaiyyat  fənləri  şagirdləri  vətənə  məhəbbət  ruhunda,  zalımlara  və 

istismarçı  siniflərə  nifrət  ruhunda,  proletar  beynəlçiləlçiliyi,  xalqlar  dostluğu 

ruhunda tərbiyə edirdi. 

Proqram  və  metodik  axtarışlarda  olan  səhvlərə  baxmayaraq,  1920-1925-ci 

illərdə  tarix-ictimaiyyat  fənləri  üzrə  təlim-tərbiyənin  məzmunu  durmadan 

yaxşılaşdırılırdı. 

1926-1927-ci dərs ilindən etibarən respublikamızda I-II dərəcəli məktəbləri 

birləşdirən  doqquzillik  məktəblər  yaranmağa  başladı.  Azərbaycan  Xalq  Maarif 

Komissarlığı tərəfindən 1926-cı ildə qəbul edilmiş yeni tədris planına I dərəcəli  

məktəbin  IV-V  qruplarında  həftədə  3  saat,  II  dərəcəli  məktəbin  I,  II,  III 

qruplarında  həftədə 4  saat,  IV  qrupunda  isə həftədə  3  saat  ictimaiyyat  dərsləri 

daxil edilmişdi. Bu proqramın nisbətən yaxşı cəhəti ondan ibarət idi ki, məktəbli 

«Bizim  ölkə»  adlı  bölmədə  öz  yaşadığı  respublika  haqqında  az-çox  məlumat 

alırdı.  Belə  ki,  qrupun  ikinci  bölməsinin  proqramına  «Respublikanın 

iqtisadiyyatı»  (neft,  pambıqçılıq,  bağçılıq,  ipəkçilik,  üzümçülük)»,  «Sovet 



 

 

36 



 

quruluşu»  Azərbaycan  SSR  Mərkəzi  İcraiyyə  Komitəsi»,  «Azərbaycan  SSR 

XKS» , «Zaqafqaziya Federasiyası», «Azərbaycan çarizm zamanında», «1917-

1918-ci  illərdə  Azərbaycanda  Sovet  hakimiyyəti»,  «Azərbaycanda  Sovet 

hakimiyyətinin qurulması», «Sovet hakimiyyəti bizə nə verdi?» və s. materiallar 

daxil  idi.  Bu  proqramın  başlıca  nöqsanı  onda  tarixi  materialların  xronoloji 

ardıcıllıqla verilməməsində idi.  

Mövzuların  proqramda  düzülməsi  ardıcıl  deyildi.  Odur  ki,  vahid  tarixi 

proses hissələrə, parçalara bölünürdü. Qeyd etmək lazımdır ki, bir sıra qabaqcıl 

müəllimlər belə «kompleks» metodlu proqramın əleyhinə çıxış edirlər. 

1929-cu  ildə  Azərbaycan  Maarif  Komissarlığı  I-II  dərəcəli  vahid  zəhmət 

məktəbləri  üçün  yeni  proqram  işləyib  buraxdı.  Bu  proqrama  sosializm 

quruculuğu  və  sinfi  mübarizəyə,  Kommunist  Partiyası  və  Sovet  dövlətinin 

siyasətinə  aid  materiallar  daxil  edilmişdi.  Yeni  proqramda  tarix  materialı  bir 

qədər artırılmışdı. 

Azərbaycan  Maarif  Komissarlığı  Azərbaycan  məktəbləri  üçün  ictimaiyyat 

və  tarixə  aid  nəşr  etdirdiyi  vəsait  və  dərsliklərə  Azərbaycan  xalqının 

qəhrəmanlıq  tarixindən  xeyli  material  daxil  edilirdi.  Bunlardan  «Dördüncü  il» 

kitabını, 1931-ci ildə O.Kazımzadənin yazdığı «Gənc zərbəçi», (I və II kitab) və 

s. kitabları göstərmək olar. Qeyd etmək lazımdır ki, bu vaxt nəşr edilən bir sıra 

jurnallar «Maarif və mədəniyyət» (1923), «Putğ şkolı» (1924), xüsusən «Maarif 

işçisi»  (1925)  məktəblərdə  təlim-tərbiyə  işinin,  həmçinin  tarix-ictimaiyyat 

fənninin tədrisini yaxşılaşdırmaq sahəsində xeyli faydalı material verirdilər. Bu 

jurnallarda  «Pedaqoji  hazırlıq  və  ictimaiyyatın  prinsipləri»,  «Məktəb 

ictimaiyyatının  təsnifatı»,  «Zəhmət  məktəblərində  ictimaiyyat  kursunun 

məzmunu və quruluşu haqqında məsələyə dair» və s. məqalələr nəşr edilirdi. 

1929-cu  ildən  başlayaraq  «kompleks  layihə»  proqramlarına  keçilir. 

«Kompleks  layihə»  proqramına  əsasən  hər  bir  qrup  üçün  ildə  7-8  kompleks 

mövzu götürülürdü. Məsələn, «Bizim şəhər», «Kənddə payız», «Bizim kənd» və 

s. kimi mövzuların hər biri üç bölməyə ayrılırdı ki, bu bölmələr də təbiət, əmək 

və  cəmiyyət  nöqteyi-nəzərindən  öyrədilirdi.  Bütün  fənlərin  «kompleks  layihə» 



 

 

37 



 

metodu  ilə  öyrədilməsi  bu  və  ya  digər  fənnin  şagirdlər  tərəfindən 

mənimsənilməsi işini xeyli ağırlaşdırırdı. 

1931-ci  ilə  qədərki  dövrdə  məktəblərdə  tarixin  tədrisi  vəziyyətini  belə 

yekunlaşdırmaq  olar:  bu  müddətdə  dərsliklər  ümumiyyətlə  ləğv  edilir,  onları 

müxtəlif  tipli  «ictimaiyyatdan  iş  kitabları»  əvəz  edir.  Dərs  təlimin  təşkilat 

forması olmaqda öz əhəmiyyətini get-gedə itirməyə başlayırdı. 

Bu dövrdəki «laborator üsulu» ilə aparılan dərs və təlim işində müəllimin 

rolu  əsasən  inkar  edilirdi.  Bu  metodun  tərəfdarları  təlim-təhsil  prosesinin 

əleyhinə çıxaraq sinif əvəzinə «briqada», dərs əvəzinə laboratoriya məşğələsini 

təklif edirdilər. 

Ölkəmizdəki  inkişaf  məktəblərimizdə  təlim-tərbiyə  işlərinin  keyfiyyətini 

yaxşılaşdırmağı  tələb  edirdi.  ÜİK  (b)  P  MK-nın  «İbtidai  və  orta  məktəb 

haqqında»  5  sentyabr  1931-ci  il  tarixli  qərarında  məktəblilərin  təlim-tərbiyəsi 

sahəsində  yol  verilən  nöqsanlar  əsaslı  surətdə  tənqid  edildi  və  məktəb  işinin 

keyfiyyətini  yaxşılaşdırmaq  yolları  göstərildi.  Sovet  məktəbinin  əsas  vəzifələri 

müəyyənləşdirildi. 

Mərkəzi  Komitənin  böyük  tarixi  əhəmiyyətə  malik  olan  qərarından  sonra 

ayrı-ayrı  fənlər  üzrə  proqramlar  yaradılmağa  başlandı.  Bu  qərarın  tarix  fənni 

tədrisinin  inkişafında  böyük  rolu  oldu.  Qərarda  deyilirdi:  «Müttəfiq 

respublikaların  xalq  maarif  komissarlıqlarına  təklif  edilsin  ki,  proqramların 

marksistcəsinə  işlənməsini  dərhal  təşkil  etsinlər  və  bu  proqramlarda 

sistemləşdirilmiş  biliklərin  (ana  dili,  riyaziyyat,  fizika,  kimya,  coğrafiya,  tarix) 

dürüst müəyyən edilmiş həcmini təmin etsinlər ki, 1932-ci il yanvarın birindən 

etibarən  yenidən  baxılmış  həmin  proqramlar  üzrə  dərs  verilsin».  Bu  qərara 

müvafiq olaraq Azərbaycan Maarif Komissarlığı 1931-1932-ci dərs ilinin ikinci 

yarısı üçün ayrı-ayrı fənlər üzrə yeni proqramlar hazırladı. 

ÜİK (b)P Mərkəzi Komitəsinin «İbtidai və orta məktəbdə tədris proqramları 

və rejimi haqqında» 25 avqust 1932-ci il tarixli qərarında Mərkəzi Komitə tələb 

edirdi  ki,  ictimaiyyat,  dil  və  ədəbiyyat,  coğrafiya  proqramlarında  tarixilik  

ünsürləri  xeyli  gücləndirilsin,  bu  fənlərin  əsas  bölgüləri  və  mövzuları  lazımi 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   221




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə