Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə5/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#126405
1   2   3   4   5   6   7   8   9   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

I.
 
Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri 
1.1.
 
İnkişaf sahələrinin xarakteristikası 
 
Məktəbəqədər təhsilin məzmunu keyfiyyətli məktəbəqədər təhsil almağa imkan verir. 
Məktəbəqədər yaşlı uşaqların inkişaf xüsusiyyətləri ondan ibarətdir ki, onların nailiyyətləri bilik, 
bacarıq və vərdişlərin konkret sayı ilə deyil, şəxsi keyfiyyətləri, o cümlədən uşağın məktəbə 
psixoloji hazırlığını təmin edən səriştələri ilə müəyyənləşir.Yeni məzmuna görə məktəbəqədər 
müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi-
müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir. Qeyd etmək lazımdır ki, 
standartlar uşaqların təlim yükünün azaldılmasına istiqamətlənmişdir. Hər bir uşağa fərdi 
yanaşma nəzərdə tutulmuş, uşaqların inkişafı üzrə vəzifələrin 4 inkişaf sahəsi üzrə: Fiziki 
inkişaf, sağlamlıq və təhlükəsizlik, İdrak, Estetik və yaradıcı, Sosial-emosional üzrə inkişafının 
həyata keçirilməsi müəyyənləşdirilmişdir. Təqdim edilən məzmun uşaqlarda təlimə, yaradıcılığa 
və dərketməyə maraq yaranmasına istiqamətlənmişdir.
Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. 
Məktəbəqədər dövrdə sağlamlığın, hərtərəfli 
hərəki hazırlığın və ahəngdar fiziki inkişafın əsası qoyulur. Bu dövrdə düzgün təşkil edilmiş 
fiziki tərbiyə yaxşı bədən quruluşunun formalaşmasına, orqanizmin möhkəmlənməsinə, daxili 
orqanların və uşaq orqanizminin fəaliyyətinin yaxşılaşmasına imkan yaradır. Uşaqların 
sağlamlığının qorunması və möhkəmləndirilməsi sanitar-gigiyenik qulluğun təminatı, 
sağlamlaşdırıcı tədbirlərin keçirilməsi – hava, günəş və sudan geniş istifadə olunması, rasional 
qidalanma, gimnastikanın, düzgün gün rejiminin təşkili (yuxu, asudə vaxt, təlim prosesi) və
hərəkət aktivliyinin təmin olunması uşaqların sağlam həyat tərzi keçirmələrini təmin edir. Fiziki 
inkişafa böyük, kiçik və hissi (sensor) motor hərəkətlərinin inkişafı daxildir. Uşaqların hərtərəfli 
inkişafı üçün daha səmərəli vasitələrin müəyyən edilməsi, gigiyenik tələblərə cavab verən 
şəraitin yaradılması, bunların qarşılıqlı əlaqədə olması, düzgün qamət, hərəkət texnikası, eləcə 
də, hərəkət vərdişləri ilə yanaşı, onlarda uşaqlarda fiziki keyfiyyətlərin inkişaf etdirilməsi təmin 
olunur. Təhlükə və çətinliklərə hazırlıq, yol-hərəkəti qaydaları, ekstremal vəziyyətlərdə və 
təhlükəli situasiyalarda necə hərəkət etmək haqqında ilkin təsəvvürlərin formalaşdırılmasına, 
məişətdə ehtiyatlı, küçədə mədəni davranmaq, təbii hadisələr və yanğın zamanı vəziyyətdən 
çıxmaq qaydalarının mənimsənilməsinə, ekoloji mədəniyyətin formalaşdırılmasına imkan 
yaranır.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə