Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə7/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#126405
1   2   3   4   5   6   7   8   9   10   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

 
Sosial-emosional inkişaf. 
Uşaq üçün erkən yaş dövrü davamlı olmayan emosional 
əhvali-ruhiyyə, emosiyaların yaranması, həssaslığı ilə səciyyələnir. Bütün bunlar uşaqlarla 
psixoloji işin əsas istiqamətlərini - uşağın həyatının emosionallığı və onun tənzimlənməsinə 
köməyi müəyyən edir. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional keyfiyyətlər vəhdətdə 
inkişaf edir. Uşaq özünün emosional əhvalını məhz yaşadığı sosial mühitin normaları əsasında 
tənzimləyir. Sosial-emosional inkişaf vasitəsilə uşaqlarda insanlara qarşı müsbət münasibət
xeyirxahlıq, qayğıkeşlik, qarşılıqlı yardım, başqasının dərdinə şərik olmaq, münaqişələrin həlli 
və s. kimi mənəvi keyfiyyətlər formalaşır. Uşaqlar oyun, əmək və əməli fəaliyyətə, kollektivdə 
davranma qaydalarına dair ilkin bacarıqlara yiyələnirlər. Bu dövrdə uşaqların böyüklərlə və 
yaşıdları ilə ilkin qarşılıqlı fəaliyyətinin müxtəlif formaları yaranır. Ünsiyyətin köməyilə birgə 
fəaliyyətin müxtəlif növlərində şəxsiyyətlərarası əlaqələr, böyüklərə hörmət, yaşıdlarına güzəşt, 
qarşılıqlı təsir və qarşılıqlı anlaşma təmin olunur. Beləliklə, ünsiyyət uşağın sosial şəxsiyyət 
kimi formalaşmasında əsas vasitəyə çevrilir.
 
1.2. 1-3 yaş dövrünün inkişaf xüsusiyyətləri 
Son 20 il ərzində antropologiya, inkişaf psixologiyası, tibb elmi, sosiologiya və təhsil 
sahəsində dünyada həyata keçirilmiş tədqiqatlar nəticəsində sübut olunub ki, erkən təlim- uşaq 
anadan olandan başlayır və uşağın intellektual inkişafı, şəxsiyyətinin formallaşması, ictimai 
davranışının əsasları birbaşa məhz bu dövrdə inkişafından, aldığı təhsildən asılıdır.
 
Erkən dövr 
(1-3 yaşadək dövr) uşaq şəxsiyyətinin fiziki, psixi və sosial inkişafının ilkin mərhələsidir. 



Erkən uşaqlıq dövründə uşağın boyu ildə orta hesabla 4-5 sm, çəkisi 1-2 kq artır. Erkən yaş 
dövrü (1-3) məktəbəqədər yaşlı uşağın fiziki və psixi inkişafında mühüm mərhələdir. Bu 
dövrdə baş beyin yarımkürələrinin funksiyalarının inkişafında keyfiyyətli dəyişikliklər baş 
verir, əsəb sisteminin işləmək qabiliyyəti böyüyür, təqlidetmə formalaşır, yerimə, nitq fəal 
inkişaf edir. 
 
Nitqin təşəkkülü və əyani-əməli təfəkkürün formalaşması bu yaş dövründən başlayır. 
Uşaqda ilk dəfə “mən”, “mən özüm” kimi şüurlu təzahürlər meydana çıxır. Uşaq daha hərəkətli 
və müstəqil olur. Bu da böyüklərdən onun təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət 
yetirilməsini tələb edir. Uşağın tanış böyüklər və yaşıdları hesabına ünsiyyət dairəsi genişlənir. 
Ünsiyyət, əşyavi-manipulyativ fəaliyyətlər uşağın dili fəal mənimsəməsinə aparır və onu oyuna 
hazırlayır. Əşyalarla fəaliyyətin təsiri altında ünsiyyət və oyun zamanı uşaqlarda təfəkkür, 
yaddaş, duyğu və digər idraki proseslər inkişaf edir. 
Erkən məktəbəqədər dövr inkişaf və təlim üçün böyük imkanlar vaxtıdır. Bu zaman
uşaqlar səmimi münasibətlər, müzakirələr, tədqiqat və oyunlar vasitəsilə öyrənirlər. Onlar dili, 
ondan necə və nə vaxt istifadə etməyi öyrənirlər; kiçik uşaqlar başqaları və ətraf mühit ilə 
qarşılıqlı fəaliyyətdə öyrənirlər. Onlar da böyük uşaqlar kimi özləri barədə qərarlar qəbul 
etmək, onlar haqqında yaradıcı və təşəbbüskar olmağı öyrənirlər. 
Həyatının ilkin illərində uşağın inkişafı ilə əlaqədar onun idrak fəallığı idraki fəaliyyətə 
getdikcə daha çox yaxınlaşır. Məktəbəqədər dövrdə uşaqlarda dünyanın bütün sonrakı həyatı 
boyunca təkmilləşdiriləcək ilkin elementar obrazı yaranır.
Məktəbəqədər yaşlı uşağın 
böyüklərin təsiri ilə şərtləndirilmiş inkişaf və özünü inkişaf etdirmə prosesi çox sıx qarşılıqlı 
əlaqəlidir. 
Erkən yaşlı uşağın həyatında hissi (sensor) təcrübənin əhəmiyyəti böyükdür. Sensor 
inkişaf uşaqlarda duyğu proseslərinin, ətraf aləmin əşya və hadisələri haqqında təsəvvürlərin 
inkişafıdır. Uşaq dünyaya hazır hiss orqanları ilə göz açır. Onun gözü, qulağı, dərisi həssasdır. 
Bu ətraf aləmin dərk edilməsi üçün zəmin yaradır. Erkən yaşlı uşaqların sensor inkişafı-onun 
qavramasının inkişafı və əşyaların xarici xüsusiyyətləri: onların forma, rəng, həcm, məkanda 
yerləşməsi, eyni zamanda qoxu, dad və s. barədə təsəvvürlərin formalaşdırılmasıdır. 
Sensor inkişafın tam aparılması üçün sensor tərbiyə işi məqsədyönlü təşkil olunmalıdır.
Hər yaş mərhələsində uşaq bu və ya digər təsirlərə qarşı həssas olur.
Bununla əlaqədar 
məktəbəqədər yaşlı uşağın hər yaş pilləsi sonrakı əsəb-psixoloji inkişafı və hərtərəfli tərbiyəsi 
üçün əlverişli olur.
Uşağın həyatında hissi təcrübənin əhəmiyyəti böyükdür. Erkən uşaqlıq 
mərhələsində əşyaların xüsusiyyətləri ilə tanışlığın əhəmiyyəti böyükdür. 
0-2 yaş insan həyatında beynin ən sürətli və intensiv inkişaf dövrüdür. Bu həlledici illər 
zamanı uşağa qarşı etinasiz münasibət onun sonrakı həyatına uzunmüddətli və mənfi təsir 
etmək gücündədir.
Erkən yaş dövründə (1-3 yaş) uşaq böyüklərin köməyi ilə əşyalardan istifadənin üsullarını 
öyrənirlər. Onda əşyalarla fəaliyyət fəal inkişaf etməyə başlayır. Bütün orqanizmin inkişafı 
davam edir və onların funksiyaları təkmilləşir. Erkən uşaqlıq dövrü 2 mərhələyə ayrılır: 
- çağalıq dövrü (anadan olandan 1 yaşadək); 
- körpəlik dövrü (1 yaşdan 3 yaşadək).

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə