39
yüksək kredit itkiləri, xalis açıq valyuta mövqeyindən yaranan zərər və xarici borca
bağlı olan bankların maliyyələşmə problemlərinin yaranması amilləridir. (11, 21)
Aşağıdakı diaqram 1-də ÜDM-in 2010-2014-ci illərdə artım sürəti göstərilmişdir.
Göstəricilərə əsasən 2014-ci ildə ÜDM-in artım sürəti aşağı düşmüşdür. Lakin
“Standard & Poor`s” (S&P) beynəlxalq retytinq agentliyi 2016-2018-ci illərdə
Azərbaycanda iqtisadi inkişaf tempi sürətlənəcəyini proqnozlaşdırır. Qurumun
verdiyi məlumata əsasən, bu il Azərbaycanda ÜDM-in artımı 2014-cü ildəki 2,8%
artıma qarşı 1,9% səviyyəsində proqnozlaşdırılır. Gələn il respublikada ÜDM 2,6%,
2017-ci ildə 2,9%, 2018-ci ildə 3,5% artacaq.
1.
(Mənbə
www.stat.gov
.az )
2015-ci ildə ÜDM-in nominal həcmi $64 mlrd, 2016-cı ildə $71 mlrd, 2017-ci ildə
$80 mlrd, 2018-ci ildə $85 mlrd səviyyəsində proqnozlaşdırılır. İnflyasiya 2015-ci
ildə 1%, 2016-cı ildə 2%, 2017-ci ildə 2,5%, 2018-ci ildə 3% təşkil edəcək.
Tədiyə balansının profisiti 2015-ci ildə ÜDM-in 1,1%-i, 2016-cı ildə 3,2%-i, 2017-ci
ildə 5,3%-i, 2018-ci ildə 2,5%-i səviyyəsində gözlənilir.
105
100,1
102,2
105,8
102,8
97
98
99
100
101
102
103
104
105
106
107
2010-ci il
2011-ci il
2012-ci il
2013-ci il
2014-ci il
diaqram 1. ÜDM-in əvvəlki ilin eyni dövrünə
nisbətən artım sürəti (%)
40
Rəsmi məlumata görə, ötən il Azərbaycanda ÜDM 2,8% artıb, orta illik inflyasiya
1,4% təşkil edib.
Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini
investisiya “BBB-” səviyyəsində saxladığını təsdiq etmiş, proqnozunu isə əvvəlki
qiymətləndirmədəki kimi “mənfi” saxlayıb. Agentlik bildirir ki, ölkənin reytinqi onun
güclü xarici mövqeyi ilə dəstələnir. Hesabatda hesabatda reytinqin təsdiq edilməsi
enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq
Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc
səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır. Karbohidrogen ticarətindən asılı
olan iqtisadiyyat neftin ucuzlaşmasından ziyan çəkir. İldə neft hasilatı 1-2% azalacaq
və ixrac həcmi də azalacaq. S&P hesab edir ki, kiçik və orta sahibkarlığa dəstək
aktual olacaq. Uçot dərəcəsinin 3,5-dən 3%-ə azaldılması kredit artımına ciddi təsir
etməyəcək.
Dövlət büdcəsinin kəsiri ÜDM-in 8,9%-i olacaq. 2015-ci ildə dövlət xərcləri
planlaşdırılan xərclərin 90%-i qədər təşkil edəcək. ARDNF-nin aktivləri $37 mlrd-
dan $33 mlrd-a düşəcək. 2016-cı ildən vəziyyət düzəlməyə başlayacaq. Əgər qiymət
azalması proqnozdan yüksək olsa və ya hökumətin fiskal səyləri nəticə verməsə,
2016-cı ildə Azərbaycanın proqnozu endirilə bilər. Eyni zamanda agentlik bildirir ki,
Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da
sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.
Korporativ idarəetmənin monitorinq sisteminin prinsipial fərqi odur ki,
monitorinq kompaniyaları korporativ idarəetmə səviyyələrinə və onların kütləvi
differensiasiyasına görə sıralamaq məqsədi güdmür. Monitorinq hər kompaniyada
tətbiq olunan korporativ idarəetmə standartlarına riayət olunması və yerinə
yetirilməsinin müşahidəsini nəzərdə tutur. Hal-hazırda məşhur monitorinq sistemləri
2 orqanla həyata keçirilir: informasiya və maliyyə analitikləri gildiyası (İMAG) və
Rusiya istehsalçıları və sahibkarları şurası (RİSŞ)
41
Hər iki sistem German Corporate Govermance Score Card metodikasına
əsaslanır. Bu sistem Almaniya və digər ölkələrdə geniş istifadə olunur. Ancaq
korporativ idarəetmə təcrübəsinin qiymətləndirilməsi üzrə anketlər bir qədər
fərqlənir. İMAG korporativ idarəetmə monitorinq sistemi İMAG ekspert qrupu
tərəfindən korporativ davranış kodeksi əsasında Scorecad Alman metodikasından
istifadə olunması əsasında işlənib hazırlanmışdır.
Monitorinqin verilən sistemi kompaniya tərəfindən korporativ idarəetmə
standartlarına əməl olunmasına nəzarət edir. Qiymətləndirmə nəticəsi ayrıca
kriteriyalar məbləğidir. Müvafiq olaraq, hər kriteriyanın əhəmiyyəti və ümumi
məbləği nə qədər maksimal olsa, korporativ idarəetmə standartlara daha adekvat
hesab olunur. Təsdiq olunmuş qrup və kriteriyalara müvafiq tərtib olunmuş anket
komapniyalara göndərilir ya da kompaniyalar özləri anketi komitənin (RİSŞ) internet
saytından yükləyirlər. Daha sonra anketlər kompaniyanın məsuliyyətli şəxsləri
tərəfindən doldurulur. Doldurulmuş anketlər korporativ idarəetmə üzrə RİSŞ
komitəsinin koordinasiya mərkəzi tərəfindən işlənir və RİSŞ komitəsinin və RİSŞ-in
internet saytında ümumi əldə olunmuş nəticələri yerləşdirir, individual nəticələr isə
kompaniyaya birbaşa göndərilir.
Xarici praktikada hər hansı bir müəssisənin, o cümlədən maliyyə təşkilatının
fəaliyyətini heç bir analiz etmədən, onun nə dərəcədə maliyyə dayanıqlı olması
haqqında məlumat əldə etmək üçün həmin təşkilatın reytinq göstəricilərinə diqqət
edirlər. Reytinqlər müəssisə haqqında kifayət qədər tutumlu məlumat verə bilir. Siz
investisiya etmək istədikdə, kredit verdikdə, əmanət yerləşdirdikdə, səhm aldıqda,
partnyorluq qurduqda təşkilatın beynəlxalq reytinqlərinə diqqət edirsiniz. Dünyada
“Böyük üçlük” adı ilə tanınan üç əsas beynəlxalq reytinq agentliyi vardır ki, onların
adları Fitch, Moody’s və Standard and Poor’s agentlikləridir.
Bu təşkilatların reytinq göstəricilərini isə aşağıda işləyə bilərsiniz.( cədvəl 1)
Dostları ilə paylaş: |