25
Şüşə məmulatlarında daxili gərginliyin götürülməsi. Formaya salma
zamanı sürətlə soyuma nəticəsində məmulatın xarici və daxili təbəqəsində daxili
gərginlik artır və qeyri-bərabər paylanır. Bu da şüşənin istilik dəyişməsinə və
mexaniki təsirlərə davamlılığını kəskin surətdə aşağı salır. Buna görə də şüşədə
daxili gərginliyi azaltmaq və onun bərabər paylanmasını təmin etmək üçün şüşə
məmulatını tədricən qızdırır və tədricən soyudurlar.
Bu əməliyyat şüşənin və məmulatın növündən asılı olaraq xüsusi rejim üzrə
həyata keçirilir. Bu zaman şüşə hissəcikləri yumşalaraq qismən sərbəstləşir və öz
yerlərini tuturlar.
Beləliklə, şüşənin daxili gərginliyi (sərtliyi) götürülür, onun mexaniki və
termiki davamlılığı xeyli yaxşılaşır.
Şüşə məmulatın emalı. Şüşə məmulatın emalına qalpağın kəsilməsi,
kənarının cilalanması, pardaqlanma və naxışlama aiddir. Üfürmə şüşə məmulatları
formaya salındıqdan sonra qalpaqlı olur ki, bu da kənar edilməlidir. Bu, alovun,
yaxud xüsusi avtomatlarda lazer şüalarının vasitəsilə kənar edilir. Qalpaq kənar
edildikdən sonra məmulatın iti kənarı ütməklə əridilib kütləşdirilir. Sonra məmulat
mexaniki, yaxud kimyəvi üsullarla pardaqlanır.
Naxışlama əməliyyatı çox zəhmət və onların yerinə yetirilməsi böyük
ustalıq tələb edir. Əks təqdirdə məmulatın xarici görünüşünü pisləşdirən, mexaniki
və termiki möhkəmliyini aşağı salan nöqsanlar əmələ gəlir.
Şüşə məmulatlarının bədii-dekorativ dəyərini artırmaq üçün müxtəlif naxış
üsulları tətbiq edilir. Şüşə məmulatlarında tətbiq edilən naxışlar 2 qrupa bölünür:
1. Isti emal prosesində əmələ gətirilən naxışlar.
2. Soyuq emal prosesində əmələ gətirilən naxışlar.
Isti emal prosesində əmələ gətirilən naxışlar.
Rəngli şüşə naxışı. Məmulatın alınması üçün şixtanın tərkibinə müxtəlif
boyaqlar əlavə edilir. Bu məqsəd üçün nadir metal elementləri geniş tətbiq edilir.
Məmulatın rəngi gözəl və bərabər olmalıdır. Məmulatın ayağı, bir qayda olaraq
26
rəngsiz şüşə kütləsindən hazırlanır. Boyağın intensivliyi onun konsentrasiyasından,
termiki emaldan, şüşənin qalınlığından və mühitin işıqlanmasından asılıdır.
Əlvan qatlı şüşə naxışı. Əlvan qatlı şüşə məmulat iki, yaxud daha çox qat
şüşədən olur. Bu qatlar ağ və digər müəyyən rənglərə boyanmış olur. Belə
məmulat hazırlamaq üçün əvvəlgə rəngsiz şüşə kütləsindən məmulatın bankası
üfürülür və sonra bu bankanın üstünə nazik rəngli şüşə kütləsi əlavə edilib, hamısı
birlikdə qəlibə üfürülür.
Bu şüşələrin termiki genişlənmə əmsalları eyni olmalıdır. Bir qayda olaraq
əlvan qatlı şüşə məmulat əlavə almaz, nəqqaşlıq və s. naxışları ilə naxışlandıqda
daha yaxşı bədii-estetik təsirli olurlar. Əlvan rəngli şüşə isə müxtəlif rəngli eyni
xassəli şüşə kütlələrinin qarışığından əmələ gətirilir.
Sink sulfidli şüşə naxışı. Bu şüşədən olan məmulat xarici görünüşcə zəif
tutqunluğu olan şüşəni xatırladır, lakin kontrast ağ və sarı, açıq qırmızı zolaqlarının
növbələşməsilə fərqlənir.
Krakle. Rəngli, yaxud rəngsiz şüşə kütləsindən olan banka soyuq suya
salınır. Bunun nəticəsində onun səthi çat toru ilə örtülür. Bu fabrikat yenidən peçə
yerləşdirilir. Burada qızdırılaraq xarici çatlar əridilir, sonra ondan məmulat
üfürülür, daxili çatlar isə şüşə məmulatda naxış əmələ gətirir.
Şaxta naxışı. Bu naxışı almaq üçün isti şüşə kütləsi üzərində 0,1-0,5 mm
şüşə qırıntıları olan stol üzərinə yaxılır. Qırıntılar şüşə kütləsinə yapışır
vəqızdırılma zamanı məmulatda şaxta naxışını yaradır.
Daxili spiral naxışı. Bu naxış məmulatda çox mürəkkəb üsulla hazırlanır.
Burada nazik şüşə çöpləri (rəngli) xüsusi qəlibin divarlarına düzülür və sonra
həmin qəlibə rəngsiz şüşədən qab daxil edilərək üfürülür və ya sıxılır.
Qəlibin divarlarına düzülmüş rəngli şüşə çöpləri əriyib məmulata yapışandan
sonra həmin qab qəlibdən isti halda çıxarılır və maşa ilə tutulub öz oxu ətrafında
burulur. Bunun nəticəsində şüşə çöpləri spiral şəklini alır. Belə naxış məmulata
ajürlü, iki, yaxud üç rəngli spirala oxşar sap görünüşü verir.
27
Mərmər naxışı. Bu naxış iki qatdan (ağ süd rəngli və rəngsiz şəffaf) ibarət
olur. Mərmər naxışlı məmulat əldə etmək üçün süd rəngli bankanın üstünə
döyülmüş şüşə qırıntıları səpilir və sonra üzərinə peçdən rəngsiz şüşə kütləsi
bulaşdırılıb qəlibdə üfürülür. Şüşədə rəngli zolaq əmələ gəlir ki, bu da mərmərdəki
damarcığı xatırladır.
Rəngli səpmə naxışı. Kiçik xırdalanmış müxtəlfi rəngli şüşə metal üzərinə
səliqəsiz, yaxud müəyyən naxış halında səpilir. Sonra qab üçün şüşə kütləsi onun
üzərindən diyirləndirilir, nəticədə xırdalanmış rəngli şüşə onun səthində əriyib
yapışır. Sonra kütlə qızdırılır və qab formaya salınır. Bu zaman xırda rəngli şüşə
qırıntıları tam əriyərək rəngsiz, yaxud rəngli şüşə fonunda müxtəlif rənglilik əmələ
gətirir.
Bərk naxışı. Bunun nəticəsində məmulatın səthində göy qurşağının bütün
rənglərinə çalan nazik bərk təbəqəsi əmələ gəlir. Bərq naxışını almaq üçün
məmulat xlorlu qalay, azot turşulu stronsium və xlorlu barium duzlarının buxarı
olan mufel peçində qızdırılır. Bu duzların buxarı məmulatın üzərinə çəkərək,
onunla möhkəm birləşərək nazik örtük və ona müxtəlif çalarlıq verir.
Dolaşıq, yaxud sarılmış sap. Bu naxış məmulatın gövdəsindəki qabarıq
torlardan, yaxud da rəngli şüşənin sirallarından ibarətdir. Bundan ötrü rəngsiz şüşə
kütləsi borucuqla birlikdə dayağın üzərinə yerləşdirilir, dayaq hərəkətə gətirilərək
fırlanır və şüşəyə qızdırılmış rəngli şüşə çöpləri isti halda yapışdırılır. Rəngli sap
bankanın səthinə sarınır və s.
Lüstr. Məmulatın səthinə metal üzvi birləşmələrin üzvi həlledicilərdə
məhlulu çəkilir və peçdə yandırılır. Bu zaman həlledicilər yanır, metalların, yaxud
onların oksidlərinin örtüyü məmulatın səthində möhkəmlənir.
Soyuq emal prosesində əmələ gətirilən naxışlar.
Mexaniki üsulla naxışlama. Mexaniki üsulla naxış əmələ gətirməyə tutqun
lenta, sadə cilalama, mürəkkəb cilalama, almaz naxışı enli til, həkk naxışları
daxildir.
Dostları ilə paylaş: |