Azərbaycan respublikasi təhsil nazirliyi azərbaycan döVLƏt iqtisad universiteti fakultə : «Əmtəəşünaslıq»



Yüklə 337,24 Kb.
Pdf görüntüsü
səhifə12/13
tarix07.04.2018
ölçüsü337,24 Kb.
#36240
1   ...   5   6   7   8   9   10   11   12   13

38 

 

Ölçülərinə  görə  məişət  şüşə  malları  xırda,  orta  və  iri  ölçülü  olurlar.  Dayaz 



şüşə məmulatlarının ölçüləri diametrinin mm-lə ölçüsü ilə xarakterizə olunur. lakin 

tutumlu  şüşə  mallarının  ölçüsü  sm

3

-lə  hesablanır.  Hündür  olanlar  isə 



hündürlüyünün mm-lə ölçüsü ilə xarakterizə olunur. adətən, şüşə mallarının ölçüsü 

məmulatın təyinatı ilə bağlıdır. Məsələn, xırda şüşə məmulatlarının ölçüsü 100 mm 

diametrədək, tutumlu məmulatlar isə 100 sm

3

-dək, hündür olanlar isə 100 mm-dək 



olanlar  nəzərdə  tutulur.  Iri  şüşə  məmulatları,  xüsusilə  üzərində  yapışdırma  boyaq 

naxışlı şüşə  məmulatlarının  diametri 150  mm-dək  və tutumu  isə 500 sm

3

-dən çox 



olanlar hesab edilir. 

Bəzəndirilməsinin  mürəkkəblik  dərəcəsi  növünə  görə  məişət  şüşə  malları 

çox  rəngarəngdir.  Bütün  naxışlar  müəyyən  qrup  daxilində  cəmləşdirilmişdir  və 

nömrələrlə  qeyd  edilir.  Məsələn,  adi  şüşə  məmulatının  üzərinə  salınan  naxışlar  7 

qrupa,  yəni  1-dən  7-dək,  lakin  büllur  məmulatlarının  üzərinə  salınmış  almaz 

naxışları  4-dən  10-cu  qrupa  qədər  ola  bilər.  Hər  bir  qrup  üçün  yüzlərlə  naxış 

növləri mövcuddur.  

Məmulatların  üzərinə  salınmış  naxış  qrupu  öz  növbəsində  sərf  olunan 

zəhmətə,  onun  xarakterinə,  habelə  məmulatın  üzərini  örtmə  sahəsinə  görə 

xarakterizə  edilir.  Məsələn,  əgər  məmulatın  üzərinə  salınmış  naxış  onun  səthinin 

20%-ə qədərini əhatə edirsə, onda belə naxış birinci qrupa, 80%-ə qədərini örtürsə 

6-cı  qrupa  aid  edilir.  Belə  ki,  3-cü  qrup  naxışına  qabın  üzərinə  salınan  həndəsi 

xarakterli və gül, yarpaq və digər naxış növlərinin, 4-cü qrupa aid olanlar isə bina, 

mənzərə və s. xarakterli naxışlar hesab olunur.  

Bundan  əlavə  göstərilən  qrup  nömrələrindən  kənara  çıxan  şüşə  mallarının 

qrup nömrələri yuxarı olur. Məsələn, 1206, 1411, 2100 və s. yuxarı nömrəlidir. Bu 

növ  məmulatların qiyməti  müəyyən edilərkən 20, 40, 50 və nisbətən yuxarı faizdə 

qiymət əlavəsi verili rvə 7-ci qrup mürəkkəbliyinə aid edilir.  

Naxışın  mürəkkəbliyini  nəinki  onun  xarici  görkəminə,  eyni  zamanda  onun 

qiymətinə  də  əsaslı  təsir  göstərir.  Əgər  saya  görkəmli  məmulatın  qiyməti  100% 




39 

 

həcmində  qəbul  edilibsə,  onda  həmin  növ  məmulatın  naxışının  mürəkkəblik 



dərəcəsi 7-ci qrupa aiddirsə, onda onun qiyməti 8-9 dəfə yüksək olacaqdır. 

Təyinatına  görə  şüşə  malları  məişət  şüşə  qablarına,  bədii-dekorativ  şüşə 

məmulatlarına və lampa mallarına ayrılır. 

Buraxılış  işinin  təcrübəvi  suallarının  yazılması  üçün  biz  Bakı  şəhərinin  bir 

neçə  ticaət  müəssisələrinə  daxil  olan  büllur  məmulatlarının  bir  neçə  növlərinin 

aşağıda xarakteristikasını verməyə çalışmışıq. 

Alınan məlumatlardan göründüyü kimi, Bakı şəhərinin ticarət müəssisələrinə 

şüşə  malları,  o  cümlədən  büllurdan  olanlar  ən  çox  Çexiya  və  Slovakiya 

respublikalarından,  Polşadan,  Türkiyədən    və  ən  çoxu  isə  Rusiyadan  daxil  olur. 

Özü də əvvəlki illərdən fərqli olaraq büllur şüşə malları mərkəzləşdirilmiş qaydada 

deyil, ayrı-ayrı fiziki şəxslər və barter yolu ilə gətirilir. Bu qrup mallar sırasında ən 

çox rəngsiz və rəngli büllur şüşədən olan məmulatlar üstünlük təşkil edir. Çeşidinə 

gəldikdə  isə,  əsas  yeri  vazalar,  çay  stəkanları,  mürəbbə  qabları,  salat  qabları,  dəst 

halında şirniyyat üçün olanlar, nəlbəkilər, armudu stəkanlar üstünlük təşkil edir. 



Nəlbəkilər  11011  artikulda,  diametri  130-140  mm,  qrup  nömrəsi  9,  tək-tək 

və dəst halında ticarətə daxil olur. 

Stolun üstünü bəzəmək üçün olan vazalar. Bunlar 11154r artikulda olmaqla, 

dairəvi  formalıdır,  qıraqları  saya,  hündürlüyü  60-70  mm,  diametri  250-270  mm, 

naxışının qrupu 10-dur. 

112111r artikulu  vazalar  yan tərəfində 6 künclü almaz  naxışlı, oturacağında 

isə  xırda  torşəkilli  naxışı  vardır.  Hündürlüyü  35  mm,  diametri  77x77,  naxışının 

qrupu  7,  naxışının  nömrəsi  isə  799x391-dir.  Bu  növ  vazalar  eyni  zamanda 

112113r,  112310r,  112312r,  112314r  və  digər  artikullarda  da,  müxtəlif 

hündürlükdə  və  diametrlərdə  istehsal  edilir.  Naxış  nömrəsi  1099/35,  1099/H9  və 

1096 və s., naxışının qrupu isə 8-10 arasındadır. 

Gül üçün vazalar orta ölçülü, qıraqları saya və yaxud da kəsikli, ovalşəkilli, 

silindrik  formalı,  naxışları  yarpaq,  peyzaj,  romb,  üzərindəki  naxışlar  ya  bütöv 

məmulatı əhatə edən və yaxud da az örtülən halda bəzədilmiş, artikulları 113310r-



40 

 

dən  114311r-ə  qədər,  hündürlüyü  80-100  mm-dən  400-430  mm-dək,  diametri  70-



80  mm-dən  340-360  mm-dək  ola  bilər.  Naxışının  qrup  nömrəsi  7,  8,  9,  10  və 

nömrəsi  müxtəlifdir.  Bunların  bəzilərinin  üzərində  qızıl  suyu  ilə  işlənmiş  naxışlar 

da  vardır.  Bəzilərində  isə  bütöv  qızıl  suyu  ilə  örtüldükdən  sonra  almaz  naxışı  ilə 

bəzəndirilmiş olanları da vardır. 

Ümumiyyətlə Rusiyanın şüşə zavodları  tərəfindən  «qutej» bəzədilmə  naxışı 

ilə  çoxlu  sayda  stolun  bəzəndirilməsi  üçün,  gül  üçün  vazalar,  fincanlar,  kül 

qabıları, mürəbbə qabları da daxil olur. 

Çay  stəkanları  ya  tək  və  yaxud  da  6  ədəd  dəst  halında,  müxtəlif  

bəzəndirilmə  növündə  istehsal  edilməklə  6-9-cu  bəzəndirilmə  qrupunda  istehsal 

edilir.  Bununla  yanaşı,  büllur  şüşədən  qədəhlər,  fincanlar,  müxtəlif  rəngli  şərab 

bokalları da ticarət müəssisələrinə daxil olur. 



Şirə  üçün  qab  dəsti  15  əşyadan  ibarətdir.  12  ədəd  stəkanı,  məcməyisi, 

çömçəsi və qabın qapağı vardır. Ovalşəkillidir, qabın qapağı künbəzəoxşardır, dəst 

qabın  üzərindəki  naxış  mürəkkəb  qrupa  daxildir,  artikulu  18941r-dir,  Saratov 

şəhərinin şüşə zavodu tərəfindən istehsal edilir. Buna bənzər rəngli şüşədən Çexiya 

respublikası tərəfindən istehsal edilmiş «lepka» naxışlı şirə üçün qablar da ticarətə 

daxil olur. 

Ukraynanın şüşə zavodları tərəfindən tort üçün boşqablar, kuboklar, vazalar, 

su  üçün  dəstlər,  qrafinlər,  şirniyyat  dəstləri,  mürəbbə  qabları,  şam  üçün  dayaqlar, 

kül qabıları və s. kimi büllur məmulatları da daxil olur. 

 

 




Yüklə 337,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə