41
VII. DAXIL OLAN BÜLLUR ŞÜŞƏ MƏMULATLARININ
KEYFIYYƏTININ EKSPERTIZASI
Bir qayda olaraq, mal göndərən təşkilatlardan daxil olan şüşə malları
keyfiyyət göstəricilərinə görə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə
cavab verməlidir. Bu baxımdan şüşə mallarının keyfiyyətini yoxlayarkən həm də
keyfiyyətin yoxlanması üçün metodik göstəricilərdən də istifadə edilməlidir.
Bir qayda olaraq ticarət müəssisələrində şüşə malları partiyalarla qəbul
edilir. Mal partiyası dedikdə, eyni növ materialdan, eyni növdə, fasonda, istehsal
üsulunda, eyni vaxtda hazırlanmış şüşə mallarının yığımı kimi başa düşülməlidir.
Şüşə mallarının keyfiyyətcə qəbulu 26821-86 saylı dövlət standartı əldə əsas kimi
qəbul edilir.
Daxil olan mal partiyasından məmulatın xarici görünüşünü yoxlayarkən 10
ədəddən az olmamaq şərtilə 1% həcmində, ölçülərini, kütləsini, dözümlülüyünü,
tutumunu, yol verilən kənarlaşmaları yoxlamaq üçün 10 ədəddən az olmamaq
şərtilə 0,5% həcmində, bişirilməsi keyfiyyətini yoxlayarkən yenə də 10 ədəddən az
olmamaq şərtilə 0,5% həcmində, istiliyə qarşı davamlılığını yoxlayarkən 10
ədəddən az olmamaq şərtilə 0,5% həcmində nümunə seçilir.
Seçilmiş hər bir məmulat növü bir və bir xarici görkəmcə diqqətlə yoxlanır,
onun tutumu, ölçüləri, hazırlanması keyfiyyəti diqqətlə nəzərdən keçirilir.
Məmulatlarda rast gələ biləcək nöqsanlar aşkar edilir.
Şüşə mallarında rast gələn nöqsanı mütəxəssislər belə qruplaşdırırlar: şüşə
kütləsinin nöqsanları, formaya salınma nöqsanları və bəzək emalı nöqsanları.
Şüşə kütləsində rast gələn nöqsanlar sırasına şəffaflaşdırılmanın tam başa
çatdırılmaması, boyağın qeyri-bərabərliyi, qaz və bərk cisim qalığının olması kimi
nöqsanlar aiddir. Məmulatda rast gələn şəffaflığın çatışmamazlığını təcrübəvi
olaraq məmulatın qalınlaşdırılmış yerini işığa tutmaqla aşkar edirlər. Bu nöqsan
məmulatın kütləsində şəffaflaşdırıcı maddənin azlığı və yaxud da çoxluğundan baş
verir. Şüşə kütləsində şəffaflaşdırıcı maddənin çox olması zamanı şüşədə çirkli
42
görünüş hiss edilir. Yaşıla, göyəbənzər, sarı-göyə çalan şüşəni alarkən, onun
tərkibinə istənilən miqdarda şəffaflaşdırıcı maddə əlavə edilmir.
Şüşə kütləsinin tərkibində şəffaflaşdırıcı maddələrin miqdarının çoxluğu
zamanı şüşə məmulatında qızıl gül və ya zəif bənövşəyi-çəhrayı rəngə çalan
görünüş hiss edilir.
Rəngsiz şüşə məmulatları istehsalında çox zəif hiss edilən belə nöqsana
icazə verilir. Bir şərtlə ki, bu nöqsan məmulatın keyfiyyətinə mənfi təsir
göstərməsin. Əgər şüşə məmulatı ikiqat təbəqədən hazırlanıbsa, onda onun
boyağında qeyri-bərabərlik olmamalıdır.
Şüşəvarilik kənar qarışığın şüşə mallarında daha çox rast gələn nöqsanlardır.
Bu qrup nöqsanlar sırasına damarabənzər sapşəkilli cizgi və daş qalığı
nöqsanlarıdır ki, məmulatın keyfiyyətinə daha pis təsir göstərir. Damarabənzərlik
məmulatın formaya salınmasında özünü daha açıq-aydın göstərir və burğuya da
oxşayır. Bu nöqsan şüşə kütləsinin tərkibinə çətin əriyən maddənin düşməsindən
baş verir ki, bu da şüşə kütləsinin bircinsli tərkibdə əriməsinə maneçilik göstərir.
Kristall nöqsanları dedikdə, buna bəzən daş nöqsanları da deyirlər ki, bu
nöqsan məmulatda ağ rəngdə hiss edilir. Bu nöqsan şüşə məmulatının mexaniki
xassələrini, optiki xassələrini pisləşdirir və xüsusilə məmulatın termiki
davamlılığını zəiflədir. Bu qarışıq şüşə kütləsinin tərkibinə daxil olmayan kənar
qarışıq olub, özünəməxsus quruluşu, xassələri, əridilmə rejimi və s. kimi
əlamətlərə malikdir. Özü də bu nöqsan öz ətrafına gərginlik sahələrini toplamaqla
məmulatın istismarı və daşınması prosesində zədələnmə hallarını sürətləndirə bilir.
Bu kənar qatışıq ən çox şamod kərpiclərinin qırıntılarından əmələ gəlir.
Çay stəkanlarında və nəlbəkilərdə daş hissəciklərinin olmasına qətiyyən yol
verilmir. qalan şüşə məmulatlarında onların istehsal üsullarından, məmulatın və
nöqsanın ölçüsündən asılı olaraq müəyyən normada rast gəlməsinə icazə verilir.
Formayasalma nöqsanları. Bu qrup nöqsanlara məmulatın bilavasitə
formalaşdırılması prosesində baş verən nöqsanlar aid edilir. Buraya misal olaraq
şüşə məmulatında kütlənin qeyri-bərabər paylanması, məmulatın əyriliyi, xal izləri,
43
səthinin qeyri-bərabərliyi, dəstəyinin birləşdirilməsində qeyri-simmetrikliyin baş
verməsi, boğazının, qapağının düzgün olmaması, cilalanmamış, pardaqlanmamış
yerlərin olması, formalaşdırıcı metal hissələrindən məmulatın üzərində izlərin
qalması və s. kimi nöqsanları göstərmək olar.
Adları çəkilən nöqsanlar həm üfürülmə və həm də presləmə, üfürmə-
presləmə üsulu ilə hazırlanmış şüşə mallarında rast gəlir. Bütün bu nöqsanların
ölçüləri, yol verilmə normaları şüşə mallarına aid normativ-texniki sənədlərdə
verilmişdir ki, məmulat keyfiyyətcə yoxlanarkən, bunlar əldə rəhbər kimi tutulur.
Emal nöqsanları. Bu qrup nöqsanlara kənarların əzilməsi, cilalanmayan
izlərin qalması, naxışların pozulması, naxışların qeyri-bərabər simmetrikliyi, naxış
elementlərinin axıradək vurulmaması, almaz naxışı künclərinin lazımınca
salınmaması, məmulatın qapağının yerində oynaması, kənarların əyriliyi, rəssamlıq
naxışlarının həddən artıq yandırılması və s. kimi xarakterik nöqsanlar aiddir.
Yadda saxlamaq lazımdır ki, bəzəndirilmə büllur məmulatlarının qiymətinə
həlledici təsir göstərir bu yuxarıda göstərilən nöqsanların heç birisinin məmulatda
rast gəlməsinə yol verilmir.
Şüşə
mallarında
təsadüfi
nöqsanların
daha
çox
baş
verməsini
məhdudlaşdırmaq üçün texniki normativ sənədlərdə rast gələcək nöqsanların
ümumi adları və normaları göstərilir. Məsələn, bir məmulatda rast gələn 3 ədəd
xırda, 4 ədəd orta və 5 ədəd iri nöqsanların adları çəkilir. Büllur məmulatların I
sortunda 3 ədəd, II sortunda 5 ədəd və III sortunda isə 8 ədəd xırda nöqsanların rast
gəlməsinə icazə verilir.
Ticarət
müəssisələrində
şüşə
mallarının
keyfiyyət
səviyyəsinin
qiymətləndirilməsində məmulatda rast gələn nöqsanlar diqqətlə izlənir və standart
normaları ilə tutuşdurulur.
Bir qayda olaraq ticarə müəssisələrində şüşə malları, yuxarıda deyildiyi
kimi, seçmə qaydasında nümunə götürülməklə keyfiyyətinə nəzarət edilir. Lakin
yeri gəldikdə şüşə mallarının istehlak xassələrinin qiymətləndirilməsində
laboratoriya tədqiqatı üsullarından da istifadə edilə bilər.
44
Çay stəkanlarının, su stəkanlarının, nəlbəki və boşqabların termiki
davamlılığını yoxlayarkən 100 ədəddən az olmamaq şərtilə nümunə seçilərək
xüsusi metodla yoxlanılıb qiymətləndirilir. Bunun üçün otaq temperaturlu
stəkanların içərisinə 95
0
C-yə malik olan qaynar su tökülür və onu 70
0
C-dək
soyutduqdan sonra boşaldıb həmin andaca içərisinə 20
0
C-li soyuq su tökülür. Bu
yoxlamanın nəticəsi o zaman bitmiş hesab edilir ki, yoxlanılan büllur məmulatının
99%-i istiyə qarşı davamlı olmuş olsun.
Adətən yoxlanılan hər hansı bir xassə üzrə qeyri-qənaətbəxş nəticə alınmış
olarsa, onda ikiqat nümunə seçib təkrar yoxlama aprılır. Ikinci yoxlamanın nəticəsi
isə bitmiş sayılır və yekun aktı tərtib edilir.
Məmulatda rast gələn nöqsanları aşkar etmək üçün ona işıqlı şəraitdə
diqqətlə baxmaqla onun hündürlüyünü, diametrini, gövdəsinin yarımdairəvi
olmasını, məmulatın ağzı ilə qapağın arasındakı boşluğu, dəst halında olan eyni
növ məmulatın hündürlüklərinin eyniliyini, rast gələn qabarcığın diametrini,
məmulatın qeyri-simmetrikliyini xətkeşlə, ştangen pərgarla ölçüb dəqiqləşdirirlər.
Məmulatın tutumunu onun içərisinə 20
0
C-li su töküb suyun həcminə görə
təyin edirlər, yaxud da ölçü silindrinin köməyi lə təyin etmək mümkündür.
Qiymətli metal məhlulundan olan boyağının, silikat və çil-çıraq xarakterli
boyağının davamlılığını təyin etmək üçün mahud parçası ilə 30 san ərzində güclə
silməklə qiymətləndirirlər.
Belə qayda da vardır ki, büllur məmulatlarının keyfiyyət səviyyəsini
yoxlayarkən 100 ədəd məmulat olan partiyadan 10%, 1000 ədəd olan partiyadan
3% nümunə götürülməli və yoxlanılmalıdır. Əgər məmulatın üzündə və içərisində
qabarcıq rast gələrsə, onun davamlılığını yoxlayarkən diametri 3 mm və uzunluğu
300-400 mm olan metal məftillə sıxmaqla sınıbz-sınmamasını müəyyənləşdirirlər.
Biz buraxılış işinin yerinə yetirilməsində təcrübəvi olaraq bu yuxarıda
göstərilən yoxlama qaydalarından necə istifadə edilməsi barədə məlumat
toplamağa çalışdıq.
45
Belə məlum oldu ki, son illər bazar iqtisadiyatına keçid şəraitində keçmiş
SSRI məkanında tətbiq olunan bəzi mal alışı qaydaları, demək olar ki, nadir
hallarda tətbiq edilir.
Əgər o dövrlərdə mal alışı mərkəzləşdirilmiş qaydada baza və anbarlara
qəbul edilib, keyfiyyəti yoxlandıqdan sonra ticarət mağazalarına göndərilirdisə,
hazırda bu proses tamamilə başqa formada, yəni ayrı-ayrı fiziki şəxslər tərəfindən
respublikaya gətirilir və keyfiyyətinin yoxlanılması qaydaları heç də lazımi
tələblərə cvab vermir. Lakin bununla belə, söylənilən fikirlərdən aydın oldu ki,
büllur şüşədən olan məmulatlarda da yuxarıda sadalanan nöqsanlara rast gəlinir.
46
NƏTICƏ VƏ TƏKLIFLƏR
Şüşə malları silikat tərkibli məmulatlar sırasına aid olmaqla məişətdə isifadə
olunan gündəlik tələbat mallarındandır. Bir vaxtlar respublikamız məişət təyinatlı
şüşə malları istehsalına görə özünəməxsus yerlərdən birini tuturdu. Bunu hətta bəzi
ədəbiyyat məlumatlarından da aydın görmək olar. Belə ki, respublikamızda bir
neçə şüşə malları istehsalı ilə məşğul olan iri və xırda istehsal müəssisələri
fəaliyyət göstərirdi. Indi bu müəssisələrin heç birisi öz gücü ilə işləmir və əhalinin
bu qrup mallara olan tələbatı Rusiyadan, Türkiyədən, Irandan, Çexiyadan,
Slovakiyadan, Ukrayna və digər ölkələrdən gətirilən mallar hesabına ödənilir.
Bütün bu yuxarıda deyilənləri nəzərə alaraq, buraxılış işinin mövzusu ilə
bağlı biz aşağıdakı əməli təklifləri irəli sürməyi məsləhət görürük.
1. Respublikamızın ərazisində şüşə mallarının istehsalı üçün kifayət
səviyyədə xammal növləri mövcuddur. Yəni kənar ölkələrdən xammal
gətirilməsi tələb olunmur. Bu sahədə geniş imkanları nəzərə alaraq şüşə
istehsalında bu xammaldan istifadə olunmanı qaydaya salmaq yaxşı
olardı.
2. Ötən illərin məlumatlarından göründüyü kimi, respublikamızda mövcud
olan şüşə zavodları əhalinin şüşə mallarına olan tələbatının
ödənilməsində xüsusi payı olmuşdur. Indi bu müəssisələr öz fəaliyyətini
dayandırmış və xırda istehsal işləri ilə məşğuldur. Yaxşı olardı ki, xarici
investorlardan istifadə etməklə bu müəssisələri işə salmaqla şüşə malları
istehsalını bərpa etmək mümkün olsun.
3. Şüşə malları istehsalı ilə məşğul olan bacarıqlı sənətkarlar indi müxtəlif
sahələrdə çalışırlar. Bizə belə gəlir ki, həmin sənətkarları yenidən
istehsalata cəlb etsələr daha səmərəli fayda əldə oluna bilər.
4. Məlumatlardan göründüyü kimi, həta adi şüşədən olan su və çay
stəkanları baha qiymətə satılır. Bunun səbəbini yerli istehsal
47
müəssisələrində belə malların istehsalı olmadığından, xaricdən gətirilən
mallar da baha qiymətə satılır. Bu isə alıcıları razı sala bilmir.
5. Keyfiyyətin yoxlanması prosesində məlum oldu ki, ən çox rast gələn
nöqsanlardan birisi məmulatın oturacağının, qapağının, ağız nahiyəsinin
simmetrikliyinin pozulmasıdır. Bu, ən çox yerli xırda istehsal sahələrində
hazırlanan armudu stəkanlara, nəlbəkilərə, boşqablara daha çox aiddir.
Odur ki, bu məsələlərə malların keyfiyyətcə qəbulu zamanı diqqət
artırılsın.
6. Büllur məmulatların üzərindəki naxış növləri mahiyyətcə müəyyən
mənanı izah etməli və alıcı zövqünü oxşamalıdır. Lakin bəzi şüşə
mallarında belə nöqsanlara da rast gəlinir. Yaxşı olardı ki, mal alan
ərəfədə ticarət müəssisəsinin cavabdehlik daşıyan şəxsləri bu məsələyə
ciddi yanaşsınlar.
48
ƏDƏBIYYAT
1. Həsənov Ə.P., Həsənov N.N. və Vəliməmmədov C.M. Qeyri-ərzaq
mallarının əmtəəşünaslığı. Bakı. Maarif. 1987.
2. Həsənov Ə.P. və b. Əmtəəşünaslığın nəzəri əsasları. Bakı, 2003.
3. Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizasının nəzəri əsasları.
AzDIU-nun dərslikləri. Bakı. 2010.
4. Həsənov Ə.P. və b. Qeyri-ərzaq mallarının ekspertizası. I hissə. Çaşıoğlu.
2006.
5. Həsənov Ə.P. və b. Şüşə və keramika mallarının əmtəəşünaslığı. Bakı.
Maarif. 1997.
6. Həsənov Ə.P. və b. Silikat mallarının əmtəəşünaslığı. Bakı. 2000.
7. Агбаш В.Л. и др. Товароведение непродовольственных товаров.
Экономика. М.: 1983.
8. Акимов И.У. Товароведение промышленного сырья и материалов.
Ташкент. УКИТУБЦИ. 1969.
9. Алексеев Н.С. Товароведение хозяйственных товаров. Т.1. М.:
Экономика. 1977.
10. Бродский М.С., Корек Г.Р. Основы товароведения. Ленинград.
ОТНЗ. Ленсоцэкгиз. 1993.
11. Брозовский Д.И. и др. Товароведение промышленных товаров. Т.2.
М.: Экономика. 1979.
12. Воронов Н.В., Дубова М.М. Алмазная грань. Л.: Лениздат. 1974.
13. ГОСТ 24315-80. Посуда и декоративные изделия из стекла.
14. ГОСТ 26822-86Е. Посуда и декораивные изделия из хрустальных
стекел. Общие технические условия.
15. ТУ 162-83. Изделия из хрусталя и из хрусталя с цветным накладом.
16. Казарина В.И. Товароведу о красоте и композиции. М.: Экономика.
1969.
49
17. Казакова Л.В. Творцы дятьковекого хрусталя. Стекло и керамика.
1974, № 5.
18. Николаева
М.А.
Товароведение
потребительских
товаров.
Теоретические основы. М.: Норма. 1997.
19. Протасов Н.И. Мои методы варки хрусталя и цветного стекла для
столовой посуды и декоративно-художественных изделий. М.:
Гизлегпром. 1941.
20. Радкечив М.М., Сидоров И.И. Методы оценки качества и
управления качеством промышленной продукции. М.: 2001.
21. Рачук Е. Советское цветное стекло. М.: Советский художник. 1982.
22. Справочник
товароведа
непродовольственных
товаров.
Т.3.
Экономика. М.: 1990.
23. Остановский Т.С. и др. Товароведение промышленных товаров. М.:
Экономика. 1981.
24. Уманцев Я.З. Посудо-хозяйственные товары. М.: Экономика. 1970.
25. Федоров М.В., Задесенец Е.Е. Оценка качества промышленных
товаров. М.: Экономика. 1977.
26. Шеглов
Л.М.,
Ливинц
Б.Х.
Товароведение
керамических,
стеклянных и металло-хозяйственных товаров. М.: Экономика. 1970.
Dostları ilə paylaş: |