21
ilə olan məmulatların uzunmüddətli işləyə bilməsini təyin edir. Termiki davamlılıq
şüşənin bir çox digər xassələri ilə əlaqədardır: istilikkeçirmə, istilikdən xətti
genişlənmə əmsalı, genişlənmə zamanı möhkəmlik həddi.
Lakin şüşənin termiki davamlılığına xətti genişlənmə əmsalı güclü təsir edir.
Xətti genişlənmə əmsalı nə qədər az olsa, şüşənin termiki davamlılığı bir o qədər
yüksək olar. Kvars şüşəsi ən az xətti genişlənmə əmsalına malik olduğuna görə
termiki cəhətdən davamlıdır. 20-900
0
C temperatur dəyişikliyinə davam gətirir. Adi
şüşə qabların termiki davamlılığı 20-150
0
C arasındadır.
Şüşənin şəffaflığı onu texnikada və gündəlik həyatda daha çox tətbiq etməyə
imkan verir. Şüşənin şəffaflığı ilə onun optik xassələri (keçirmə, udma, sındırma,
işığı əks etdirmə) bir-birilə əlaqədardır. Spektrin görünən (1400-740nm) işıq
şüaları keçirmə qabiliyyəti şüşənin şəffaılığını təyin edir. Ən şəffaf şüşə optik
şüşədir ki, düşən işıq selinin 91%-ni keçirir. Adi şüşənin işıq keçirmə qabiliyyəti
isə daha aşağıdır.
Şüşənin işıq udması onun çatışmayan cəhətidir. Pəncərə şüşəsi ondan keçən
işıq selinin 2%-ni, hər şeydən əvvəl, orqanizmin həyat fəaliyyəti üçün lazım olan
ultrabənövşəyi şüaların isə əksəriyyət hissəsini udur. Ən çox işıq keçirən kvars, bor
anhidridli şüşələrdir. Ultrabənövşəyi şüaları keçirən şüşənin tərkibində Fe
2
O
3
və
TiO
3
, BaO, CaO vardır. Şüşənin tərkibində dəmir oksidinin artması şüşəyə
yaşımtıl-sarı çalarlıq verir ki, bu da işıq keçirməni kəskin surətdə aşağı salır.
Kimyəvi xassələri. Şüşənin kimyəvi xassələrinə, başlıca olaraq onun
kimyəvi davamlılığı (turşuya, qələviyə və s.) suyun, havanın tərkibində olan
karbon turşusunun, qələvilərin və s. təsirinə müqavimət göstərməsi daxildir.
Atmosfer agentlərinin və başqa maddələrin təsiri nəticəsində şüşənin səthində
nazik təbəqə şəklində ləkə əmələ gəlir. Şüşə məmulatlarının, yeməkxana qablarının
saxlanması və istismarı zamanı, bəzən də onların səthi kələ-kötür olur. Parlaqlıq və
şəffaflığını itirir.
Şüşələr kimyəvi davamlılığına görə 5 sinfə bölünür:
1. Sudan dəyişməyən şüşə;
22
2. Davamlı şüşə;
3. Apparat üçün bərk şüşə;
4. Apparat üçün yumşaq şüşə;
5. Yarıtmaz şüşə.
Birinci sinif şüşələrə xüsusi davamlı kimyəvi aparatlar daxildir. Ikinci sinfə
tibb ampulları, istiyə davamlı mətbəx qabları, kimyəvi qablar, üçüncü sinfə sənaye
şüşə məmulatları, pəncərə, butulka, konserv taraları, yemək qabları daxildir.
Şüşənin kimyəvt davamlılığını alüminium oksidi və bor oksidi artırır.
Şüşənin kimyəvi davamlılığına saxlanma şəraiti, qablaşdırma və daşınma da
təsir göstərir, xüsusilə onun keyfiyyətini qablaşdırıcı materiallar, yaş və ya quru
samanlı yeşiklər, yüksək hiqroskopikliyi və yavaş quruması ilə fərqlənən bəzi sort
kağızlar aşağı salır.
23
IV. ŞÜŞƏ MƏMULATLARININ ALINMASINDA FORMAYA
SALINMA ÜSULLARI
Qaz, hava qabarcıqları və başqa zərərli qatışığı olmayan, lazımi qatılığı və
səthi gərginliyi olan şüşə kütləsindən məmulat formaya salınır.
Növündən,
ölçüsündən,
kütləsindən,
təyinatından,
formasının
mürəkkəbliyindən və kimyəvi tərkibindən asılı olaraq məmulatlar əl və maşın
üsulları ilə formaya salınırlar.
Əl üsulu ilə mürəkkəb formalı və yüksək bədii məmulatlar hazırlanır. Sadə
formalı məmulatlar, o cümlədən məişət şüşə qablarının bəziləri yüksək məhsuldar
avtomat və yarımavtomatda istehsal edilir.
Məmulatların formaya salınmasında presləmə, üfurmə, press-üfürmə,
dartma,
yayma,
tökmə,
həmçinin
kombinələşdirilmiş
(birləşdirmə)
mərkəzdənqaçma (fırlanma) üsulları tətbiq edilir.
Bir tip məmulatlara sabit sabit forma vermək üçün çuqun, yaxud polad
press-formalardan istifadə edilir. Bu formaların daxili istiyə davamlı, paslanmayan
ərinti ilə örtülür.
Üfürmə üsulu. Həm əl vasitəsilə, həm də mexaniki üsullarla yerinə yetirilir.
Əl vasitəsilə icra edilən üfürmə üsulu çox əmək aparan olmasına baxmayaraq, çox
yayılmışdır. Bu zaman xüsusi çuqun qəliblərdən istifadə olunur. qəliblərin daxili
tərəfi müəyyən bir məmulatın (stəkan, qrafin, qənd qabı və s.), yaxud onun
hissəsinin formasını təmsil etdiyi üçün borucuğun ucundakı banka üfürüləndə
həmin məmulatın şəklini alır.
Şüşə kütləsi qəlibin divarlarına yapışmasın deyə, onlara karbon maddəsinə
malik materiallar, məsələn, qrafit, ağac ovuntusu ilə yağ sürtülür. Üfürülən
məmulatın mürəkkəbliyindən asılı olaraq çuqun qəliblər bütöv, yəni açılmayan
(stəkan, nəlbəki və s.) və çıxan konstruksiyalı (qrafin, dolça) olurlar.
Uca ayaqlı məmulat hissə-hissə hazırlanır və hələ şüşə yumşaqkən asanlıqla
birləşdirilir. Qrafin, dolça və s. məmulatın qulpu, gövdəsi üfürüldükdən sonra
24
yapışdırılır. Üfürüldükdən sonra məmulatı borucuqdan ayırmaq üçün isti
məmulatın borucuğunun ucuna yapışdığı yerə soyuq metal plastinkası sürtülür.
Birdən-birə soyuduğu üçün şüşədə çatlar əmələ gəlir və məmulat asanlıqla
borucuqdan ayrılır.
Üfürmə üsulu ilə mürəkkəb formalı müxtəlif məmulatların, ən çoxu isə içi
boş məmulatın hazırlanmasında tətbiq edilir. Əl üsulunun maşınla əvəz edilməsi
əmək məhsuldarlığının kəskin artmasına və məhsulun maya dəyərinin aşağı
düşməsinə səbəb olur.
Presləmə üsulu. Presləmə üsulu ilə məmulatın formaya salınması yüksək
məhsuldar və geniş yayılmış üsuldur. Bu üsulda şüşə məmulatlar xüsusi avtomat
və yarımavtomatlarla, az halda isə əl ilə istehsal edilir.
Preslənmənin böyük üstünlüyü onun yüksək məhsuldarlığıdır. Çatışmayan
cəhəti isə ondan ibarətdir ki, bu üsulda yuxarısı dar, tutumlu, orta qabarıqlı və çox
uca məmulat istehsal edilə bilmir.
Üfürmə üsulu ilə istehsal edilən qablara nisbətən preslənmiş qabların termiki
davamlılığı aşağıdır. Bunun səbəbi presləmə üsulu ilə istehsal edilən qabların qalın
divarlı olması, qızıb-soyuması zamanı genişlənməsinin və sıxılmasının bir
bərabərlikdə getməsidir. Ona görə də kəskin temperatur tərəddüdündə bunlar
üfürmə qablara nisbətən daha tez çatlayırlar.
Press-üfürmə üsulu. Bu üsulda məhdud çeşidli məmulatların (su və şərab
üçün qrafin, ədva dəsti, yağ qabı, nazik divarlı stəkan və s.) istehsalında tətbiq
edilir. Qrafin, stəkan, ədva dəsti iki mərhələdə hazırlanır: əvvəl qaralma
zaqatovkası preslənir və qabın yuxarı kənarı müəyyən şəklə salınır, təmiz formaya
yerləşdirilərək sıxılmış hava ilə üfürülür.
Mərkəzdənqaçma üsulu. Bu üsulla tutumlu, iri qabaritli və ağır məmulatlar
hazırlanır. Mərkəzdənqaçma ilə formaya salmanın üstünlüyü məhsulunun yüksək
keyfiyyətli və digər üsullara nisbətən bu üsulun yüksək əmək məhsuldarlığına
malik olmasıdır. Bu üsulla iri ölçülü gül vazaları, naxışlı büllur məmulatlar
hazırlanır.
Dostları ilə paylaş: |