76
və ya sahələrinin vahid bir səhmdar cəmiyyətində birləşməsi imkanı deməkdir. Əgər
bu proses bir ölkənin hüdudlarında baş verirsə, onda buna “inhisarlaşma” deyilir,
amma əgər bu bir neçə ölkəyə aiddirsə (kapitalın birləşməsi bir ölkənin hüdudlardan
kənara çıxırsa), onda buna “beynəlmiləlləşdirilmə” deyilir. Beləliklə, səhmdar
cəmiyyətlərin inkişafında iki əsas tendensiyasını seçmək olar:
-kapitalların inhisarlaşmasına doğru;
-kapitalların beynəlmiləlləşdirilməsinə doğru.
Səhmdar cəmiyyəti və inhisarlaşmasının tendensiyası bir-biri ilə qarşılıqlı
əlaqədədir. Bir təşkilat kimi səhmdar cəmiyyəti ayrı-ayrı kapitalların hüdudsuz
birləşməsinin təşkilati-hüquqi formasıdır. Kapitalların hüdudsuz birləşməsinin son
nəticəsi kimi inhisar olur, yəni eyni malı istehsal edən ayrı-ayrı müstəqil kapitallar
bazarda qalmayanda, bazara lazım olan bütün mallarını yeganə bir səhmdar
cəmiyyəti istehsal edir. İnhisar anlayışı isə vahidlik, ikincisinin, basqasının mövcud
olmaması deməkdir. İnhisar məcburi və təbii ola bilər. Məcburi inhisar – bazar
istirakçısına dövlət tərəfindən müvafiq bazar fəaliyyətini həyata keçirməyə istisna
hüququn verilməsi deməkdir. Məsələn, pulların, markaların, blankların, qiymətli
kağızların çap edilməsinə. Təbii inhisar - əqli fəaliyyəti nəticəsində (məsələn, müəllif
hüquqları), təbiət prosesləri (faydalı qazıntılar) nəticəsində, coğrafi vəziyyətinə
(nəqliyyat şəbəkəsi) görə yaranan inhisardır. Məcburi və təbii inhisarlar adətən
dövlətin nəzarəti altında olur. Bazar inhisarı – satıcının (kreditorun) maraqlarının
alıcının (borcalanın) maraqlarını üstələməsidir, və əksinə; bu bazarda onun
istirakçıları arasında rəqabətin tam və ya qismən olmamasını səciyyələndirən
vəziyyətdir; bu bazarın onun bir istirakçısı və ya bütöv şəkildə fəaliyyət göstərən
iştirakçılar qrupunun nəzarət etməsidir. Əgər hər hansı bir səhmdar cəmiyyətinə
“inhisar” deyilməyə başlanırsa, onda bu səhmdar cəmiyyətinə yaxşı heç nə vəd etmir.
Ehtimal edilir ki, onun bir neçə kompaniyaya bölünməsi gözlənilir.
İctimai kapitalın artması və mərkəzləşməsi prosesi, yəni onun səhmdar
cəmiyyətlərinin məhdud sayında və kapitalın birləşməsinin başqa formalarında
toplanması, obyektiv bir prosesdir. Bu proses nəzəri bir həddə malikdir – bir hüquqi
77
şəxsdə (ya da bir fiziki şəxsdə) bütün ictimai kapitalın birləşməsi. Bir tərəfdən,
kapitalların birləşməsi səhmdar cəmiyytələrinin inkişafının bilavasitə təzahürüdür,
yəni bazar rəqabətinin yaranmasıdır, rəqabətin nəticəsidir. Digər tərəfdən, səhmdar
cəmiyyətlərinin inkişafı inhisarların yaranmasına gətirir, yəni rəqabəti mümkünsüz
edən bazar təsərrüfatının formalarını yaradır. Bu ziddiyyət dövlətin bazar proseslərinə
qarışması ilə, iqtisadiyyatın dövlət tənzimlənməsilə həll olunur. Dövlətin müvafiq
tənzimləyici orqanları qeyd olunan prosesəri nəzarətdə saxlayır və vaxtında bazar
rəqabətini boğan kapitalın təmərküzləşməsinə və mərkəzləşməsinə qadağa qoyur.
Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi səhmdar cəmiyyətləri kapitallarının
birləşməsinin
bütün
yuxarıda
sadalanmış
tendensiyalarının
(proseslərinin)
əsasındadır.
İqtisadiyyatda tərəqqi müxtəlif formalarda kapitalların daha sıx birləşməsi
olmadan mümkün deyil, çünki bir tərəfdən, fəaliyyətin bir çox sahələrində kapitallar
daha böyük həcmdə olmalıdır, başqa tərəfdən isə - hətta kiçik müstəqil şəkildə
fəaliyyət göstərən kapitallar cəmiyyətdə əməyin bölünməsi prosesinin davam
etdirilməsilə bağlı ictimai kapitalın hissəciklərinə çevrilir. Nəticədə qeyd etmək olar
ki, səhmdar cəmiyyətləri inkişafın yalnız bir istiqamətinə malikdir – kapitalın daha
böyük hissəsinin səhmdar cəmiyyətlərinin kiçik sayında cəmləşməsidir.
Hal-hazırda ölkənin fond bazarının inkişafında daha çox dövlət qiymətli
kağızların üstün mövqeyi nəzərə çarpmaqdadır. Xüsusilə bazarın dövriyyəsində
Mərkəzi Bankın qiymətli kağızlarının xüsusi cəkisi öz yüksəkliyi ilə nəzərə carpır.
Korporativ qiymətli kağızların satışında və dövriyyəsində artım baş versə də, lakin
səhmlərin təkrar bazarının inkişafına ehtiyac vardır. Səhm təkrar bazarının mövcud
inkişaf səviyyəsi daha çox müəssisə və təsərrüfatların, əsasəndə özəl sektorun, qeyri-
neft sənaye müəssisələrinin burada kifayət qədər fəallıq göstərməməsi ilə bağlıdır.
Təsnifləşdirilmiş qiymətli kağızlar bazarı kateqoriyasına keçidin təmin edilməsi
ölkənin fond bazarının inkişafı baxımından zəruridir. Bu keçid eyni zamanda səhm
bazarının kapitallaşma səviyyəsinin artımı ilə sıx bağlıdır. Ölkənin fond bazarının
kapitallaşma səviyyəsinin artımı baş versə də, lakin bu müəssisə və təsərrüfat
78
subyektlərinin kapital-investisiya ehtiyaclarının qarşılanması da yetərli sayıla
bilməz. Belə ki, əsas kapitala investisiya qoyuluşlarının həcmi, həmin subyektlərin
digər mənbələrdən maliyyə resurslarının cəlbi bazarın kapitallaşma səviyyəsindən
hələ ki, üstündür. Fond bazarında müəssisə və təsərrüfat subyektlərinin iştirak
səviyyəsi və onların bazardan investisiya cəlbi, imkanları kifayət qədər yüksək
deyildir. Bu amil, xüsusilə də özəl sektorun, qeyri-neft sənaye müəssisələrinin
fəaliyyətində özünü göstərir. Sənaye sektorunda aparıcı rol oynayan mədən çıxarma
sahəsinin texniki imkanlarının yüksək olması və fond tutumluğu onun əsas istehsal
fondlarının həcminin böyüklüyünü zəruriləşdirir. Lakin bir önəmli cəhəti də nəzərə
almaq lazımdır ki, mədənçıxarma sənaye müəssisələrinin əksər hissəsi təbii inhisar
subyekti olmaqla, dövlət mülkiyyətindədir. Bu baxımdan onların maddi-texniki
təchizatının və investisiya-kapital qoyuluşları tələbatının qarşılanmasında əsas rol da
dövlətə məxsusdur.
Qeyri-neft, əsasən də emal sənaye müəssisələri özəl sektora aid olunduğu üçün
onların bütün maddi-texniki və maliyyə ehtiyacları öz fəaliyyətinin nəticələrinə görə
qarşılanır. Məhz bu növ milli müəssisələrin kapital-investisiya tələblərinin
qarşılanmasında dünya təcrübəsində olduğu kimi ölkənin də fond bazarının rolu daim
yüksək qiymətləndirilməlidir. Azərbaycanda fond bazarının inkişafı ilə bağlı yerli
müəssisə və təsərrufat subyektlərinin ticarət markalarının bir brend kimi
formalaşmasına ehtiyac vardır. Belə ki, fond bazarında öz səhmlərini yerləşdirən
müəssisə və subyektlərin brendinə inam investorların bu istiqamətdə investisiya-
kapital qoyuluşlarının artırılmasında əhəmiyyətli rol oynamaqla, fond bazarının
ticarət dövriyyəsinin artmasına, səhm bazarının kifayət qədər kapitallaşmasına
müsbət təsir göstərir. Beynəlxalq təcrübədə fond bazarında satışa çıxarılan qiymətli
kağızların, səhmlərin bazar qiymətini müəyyən edən müxtəlif indekslərdən istifadə
edilir. Azərbaycan bazarında belə qiymətləndirici indekslərdən, səhmlərin bazar
qiymətini daha aydın müəyyən edən vasitələrdən istifadəsi sahəsində işlər
gecikməkdədir.
Belə
indekslər
ölkə
iqtisadiyyatının
inkişafının
başlıca
qiymətləndirici göstəricisinə çevrilməklə, əsasən də təkrar səhm bazarının inkişafında
Dostları ilə paylaş: |