Azərbaycan respublikasi təHSİl naz



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix02.04.2018
ölçüsü0,69 Mb.
#35787
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

70 

 

Tvinninq  layihəsinin  cəlb  olunması  üzrə  işlər  həyata  keçirilmişdir.  Belə  ki, 



“Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarı  üzrə  qanunvericiliyinin 

Avropa  Birliyinin  qanunvericiliyinə  uyğunlaşdırılması  və  institusional  inkişaf” 

Tvinninq  layihəsinin  2012-ci  ilin  ortalarından  etibarən  başlanması  və  2014-cü  ildə 

tamamlanması planlaşdırılmışdır. Sözügedən layihənin məqsədi Azərbaycanın 

Qiymətli  kağızlar  bazarı  üzrə  qanunvericiliyinin  nəzarət  və  tənzimləmə  çərçivəsinin 

Avropa  Birliynin  qabaqcıl  standartlarına  uyğunlaşdırılması  və  qiymətli  kağızlar 

bazarı  iştirakçılarının  məlumatlılığının  artırılmasına  dəstək  göstərilməsindən 

ibarətdir.  2012-ci  il  ərzində  qiymətli  kağızlar  bazarının  infrastrukturunun 

təkmilləşdirilməsi  və  xidmətlərin  effektivliyinin  artırılması  üzrə  də  bir  sıra  təşəbbüs 

həyata  keçirilmişdir.  Belə  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  “Dövlət 

orqanlarının  elektron  xidmətlərin  göstərməsinin  təşkili  sahəsində  bəzi  tədbirlər 

haqqında”  23  may  2011-ci  il  tarixli  429  nömrəli  Fərmanın  icrasını  təmin  etmək 

məqsədilə  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  internet  səhifəsində  elektron 

xidmətlər  bölməsi  istifadəyə  verilmişdir.  Bu  xidmət  vasitəsilə  qiymətli  kağızlar 

bazarının  istirakçıları  məsafədən  öz  platformalarına  daxil  ola  bilər  və  istənilən 

əməliyyatı həyata keçirə bilərlər. 

Bakı  Fond  Birjası  ilə  Milli  Depozit  Mərkəzi  arasında  fasiləsiz  ticarəti  təmin 

edən elektron əlaqə sistemi istismara verilmişdir. Nəticə etibarilə, birja əqdlərinin 

operativliyi yeni səviyyəyə qaldırılmış, Milli Depozit Mərkəzində saxlanmaya cəlb 

edilən  aktivlər  əhəmiyyətli  dərəcədə  artmış  və  xidmət  sahələri  üçün  artım  potensialı 

yaranmışdır.  Mütəşəkkil  bazarda  ədalətli  qiymətlərin 

və  şəffaf  bazarın 

formalaşdırılması  məqsədilə  Bakı  Fond  Birjasında  ticarət-əməliyyat  sistemi 

təkmilləşdirilmiş, 

qiymətli 

kağızlarla 

əqdlərin 

ədalətli 

bazar 

dəyərinin 



formalaşdırılması üçün zəruri mexanizmlərin tətbiqinə başlanılmışdır. Bakı Fond 

Birjası  və  Milli  Depozit  Mərkəzində  idarəetmə  proseslərinin  təkmilləşdirilməsi  ilə 

əlaqədar  hər  iki  qurumun  idarəetmə  orqanları  qabaqcıl  korporativ  idarəetmə 

standartlarına  uyğun  olaraq  funksionallıq  bölgüsü  prinsipi  ilə  yenidən  təşkil 

edilmişdir. 



71 

 

Son illər Qiymətli kağızlar bazarına dair normativ-hüquqi bazanın qabaqcıl 



Beynəlxalq 

təcrübəyə 

uyğunlaşdırılması 

təşəbbüsləri 

davam 

etdirilmişdir. 



Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiyası  üzrə  Dövlət  Komissiyasının 

2009-cu  il  20  oktyabr  tarixli  qərarı  ilə  təsdiq  edilmiş  “2010-2012-ci  illər  ərzində 

Azərbaycan  qanunvericiliyinin  Avropa  İttifaqı  qanunvericiliyinə  uyğunlaşdırılması 

üzrə  Tədbirlər  Planı”  ilə  əlaqəli  tədbirlər  icra  olunmuşdur.  Belə  ki,  səhmdar 

cəmiyyətlərində mühüm iştirak payının əldə edilməsi, yenidən təşkil edilməsi zamanı 

səhmdarların  hüquqlarının  müdafiəsi,  təsis  edilməsi  və  kapitallarının  dəyişilməsi, 

emissiya  prospektinin  dərc  edilməsi,  həmçinin  emitentlərin  insayder  siyahılarının 

tərtib  və  təqdim  edilməsi  ilə  əlaqədar  tənzimləyicinin  səlahiyyətlərinin  tətbiqi  üzrə 

Avropa  Parlamentinin  və  Şurasının  Direktivlərinin  müddəalarını  özündə  əks  etdirən 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  əlavə  və  dəyişikliklərin  edilməsi 

barədə Qanun layihəsi hazırlanmışdır. Maliyyə şəffaflığı prinsiplərinin  və korporativ 

idarəetmənin  tətbiqinin  qabaqcıl  beynəlxalq  korporativ  idarəetmə  prinsiplərinə 

uyğunlaşdırılması  məqsədilə  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  4-cü 

Fəslinin  səhmdar  cəmiyyətlərinin  tənzimlənməsinə  dair  maddələrinə  əlavə  və 

dəyişikliklərin  edilməsi  haqqında  Qanun  layihəsi  hazırlanmışdır.  Həmçinin, 

korporativ  idarəetmənin  tətbiqi  ilə  əlaqədar  səhmdar  cəmiyyətlərinin  məsuliyyətinin 

artırılması  və  təsir  tədbirlərinin  gücləndirilməsi  məqsədilə  inzibati  Xətalar 

Məcəlləsinə  də  əlavə  və  dəyişikliklərin  edilməsi  haqqında  Qanun  layihəsi 

hazırlanmışdır.  Kollektiv  investisiya  sxemlərinin  fəaliyyətinin  təşkili  ilə  əlaqədar 

“investisiya  fondları  haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqini təmin 

etmək məqsədilə Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə və “Cinayət yolu ilə 

əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa  əlavə  və  dəyişikliklərin  edilməsi  haqqında  Qanun 

layihələri  hazırlanmış  və  15  noyabr  2011-ci  il  tarixdə  qəbul  edilmişdir.  Həmçinin, 

“Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası”, 

“investisiya  fondlarının  kənar  auditorlarına  dair  tələblər  haqqında”,  “investisiya 



72 

 

fondlarının  və  idarəçinin  hesabatlarına  dair  tələblər,  habelə  onların  təqdim  edilməsi 



və açıqlanması” 

və “investisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, 

strukturu  və  idarə  olunmasına  tələblər  haqqında”  Qaydalar  təsdiq  edilmiş  və 

Azərbaycan  Respublikasının  hüquqi  aktlarının  dövlət  Reyestrinə  daxil  edilmişdir. 

Qeyd  olunan  sənədlər  hazırlanarkən  Avropa  İttifaqının  müvafiq  sahəni  tənzimləyən 

Direktivlərinin  müddəaları  nəzərə  alınmışdır.  Həmçinin,  Azərbaycan  Respublikası 

Prezidentinin  2011-ci  il  26  oktyabr  tarixli  513  nömrəli  Fərmanı  ilə  “Azərbaycan 

Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  haqqında  Əsasnamə”də 

müvafiq  dəyişiklik  edilmiş,  bununla  da  investisiya  fondları  ilə  əlaqədar  tənzimləyici 

orqanın  nəzarət  səlahiyyətləri  müəyyən  olunmuşdur.  2011-ci  ildə  gələcək  inkişaf 

perspektivləri əsasında habelə, “Azərbaycan Respublikası ərazisində  Fond  Birjasının 

təşkili,  fəaliyyəti  və  fond  birjasının  daxili  qaydalarına  dair”  Standartlar  və 

“İnvestisiya qiymətli kağızları ilə Repo əməliyyatlarının aparılması” Qaydaları dövlət 

qeydiyyatına  alınmışdır.  Yeni  “Depozitar  fəaliyyətinin  həyata  keçirilməsi 

Standartları”,  “Adlı  investisiya  qiymətli  kağızlarla  alqı-satqı  əqdlərinin  bağlanması 

Qaydaları"  və  “Mənzil  sertifikatlarının  buraxılışı,  tədavülü  və  ödənilməsi  haqqında” 

Qaydalar  Azərbaycan  Respublikasının  hüquqi  aktlarının  dövlət  Reyestrinə  daxil 

edilmişdir.  “Azərbaycan  Respublikasının  emitentlərinin  qiymətli  kağızlarının 

Azərbaycan  Respublikasının  ərazisindən  kənarda  yerləşdirilməsi  haqqında” 

Qaydaların  layihəsi  hazırlanaraq  dövlətdaxili  prosedurlara  ötürülmüşdür.  Qiymətli 

kağızlar bazarında qeyri-qanuni yolla əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması 

və  terrorizmin  maliyyələşdirilməsinə  qarşı  preventiv  tədbirlərin  tətbiq  olunması 

məqsədilə  monitorinq  istirakçılarının  risk  kateqoriyalarını  əks  edən  matris  layihəsi 

hazırlanmış  və  “Monitorinq  istirakçısının  risk  profilinin  müəyyənləşdirilməsi  üçün 

Sorğu  Vərəqəsi”  hazırlanaraq  monitorinq  iştirakçılarına  göndərilmişdir.  İnvestisiya 

qiymətli  kağızlarının  buraxılışlarına  beynəlxalq  eyniləşdirmə  kodlarının  (ISIN  code) 

verilməsini  təmin  etmək  məqsədilə  “Qiymətli  kağızların  beynəlxalq  nömrələnmə 

sisteminin tətbiqi üçün Tədbirlər Planı” təsdiq edilmişdir. Həmçinin xarici dövlətlərin 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə