Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

17 

 

illər)”ın  tələblərindən  irəli  gələn  vəzifələri  yerinə  yetirmək  və  Azərbaycan 



Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı 

Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin 

icrasını  təmin  etmək  məqsədi  ilə  "Narkomaniyaya  yox  deyək!"  devizi  altında 

tədbirlər  planına  uyğun  olaraq  məktəblərdə,  internat  və  uşaq  evlərində  tədbirlər 

keçirmişdir. Gəlin, gördüyümüz bu səmərəli fəaliyyətimizə qısa nəzər salaq.  

2011-ci  il  aprelin  26-da  F.Köçərli  adına 

Respublika 

Uşaq 


Kitabxanasında 

“Narkomaniyaya  yox  deyək!”  mövzusunda 

treninq-mühazirə 

keçirildi. 

Tədbirdə 

kitabxananın 

əməkdaşları, 

Nəsimi 

rayonundakı  42  saylı  məktəbin  müəllim  və 



şagirdləri  iştirak  etdilər.  Kitabxanaçılarımız 

uşaqlarla 

treninq-mühazirə 

keçirib, 

narkomaniyanın  dəhşətli  fəsadları,  ona  qarşı  mübarizə  tədbirləri  haqqında  geniş 

məlumat  verdilər.  Tədbir  iştirakçılarına  bu  bəladan  törəyən  QİÇS  xəstəliyi 

(Qazanılmış  İmmun  Çatışmazlığı  Sindromu)  haqqında  geniş  məlumat  verildi, 

narkomaniyaya aludə olmuş yeniyetmələrdən alınan müsahibələri onların diqqətinə 

çatdırıldı. Tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən “Narkomaniya 

nədir?”  adlı  çarxlı  təqdimat  slaydları  nümayiş  etdirildi.  Tədbirdə  iştirak  edən 

Bakı Şəhər Narkoloji Dispanserin həkimi Təriqə Quliyeva şagirdləri maraqlandıran 

bütün  sualları  cavablandırdı.  Məktəblilərin  narkomaniya  ilə  bağlı  bilgiləri 

komandalar  şəklində  interaktiv  oyun  əsasında  yoxlanıldı,  daha  yaxşı  plakat 

hazırlayaraq  təqdim  edən  komanda  mükafatlandırıldı.  Digər  tədbir  iştirakçılarına 

kitabxananın  təsis  etdiyi  “Göy  qurşağı”  jurnalı  verildi.2011-ci  ildə  Yasamal 

rayonundakı  60  nömrəli    orta  məktəbdə  “Narkomaniya-  Ağ  ölüm   mövzusunda 

tədbir  keçirildi.  Tədbiri  giriş  sözü  ilə  açan  məktəbin  direktoru    bildirdi  ki,  son 

illərdə  dünyada  narkotiklərə   nəzarət,  narkomaniya  ilə  mübarizə  istiqamətində  bir 



18 

 

sıra  ciddi  tədbirlər  görülür.   Ümumbəşəri  bir  problemə  çevrilən  narkomaniyanın 



fəsadlarından  söz  açıldı.  Qeyd  edildi  ki,  narkomaniyaya  qurşananlar  təhsilə,  işə, 

ailəyə, dostlarına maraqlarını itirir və  özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə 

də  insan  həyatı  zəhərlənir.  Buna  görə   də   ümumbəşəri  problemin  profilaktikası 

sahəsində  Azərbaycanda  da   bu  cür  məqsədyönlü  proqramlar  həyata 

keçirilir.Tədbirdə  "Resurs"  Gənclərin  İnkişafı  İctimai  Birliyinin  sədri  Samir 

Mehdizadə   qeyd  etdi   ki,  ilk  öncə  ailə   tərbiyə  ocağıdır.  Ona  görə  də   ailədə  və 

ailədaxili  münasibətlərdə  sağlam  psixopedaqoji  mühitin  olması  çox  zəruridir. 

Psixoloq Səidə Musayeva və başqaları   çıxış edərək narkomaniyaya qarşı  aparılan 

maarifləndirmə işlərinin əhəmiyyətindən danışdılar. 

2012-ci  ildə    Məlumat  biblioqrafiya 

şöbəsi 

Narkomaniya 



ilə 

mübarizə 

sahəsində  maarifləndirmə  işi  aparmaq 

məqsədilə  “Sağlam  həyat  tərzi  keçirək” 

başlığı  altında  buklet  hazırlamışdır.  Bu 

bukletdə 

Azərbaycan 

Respublikasının 

“Gənclər  siyasəti  ”  və  “Narkoloji  xidmət 

və  nəzarət  haqqında  ”  qanunlarının 

maddələri  öz  əksini  tapmış  və  yeniyetmələr  arasında  təbliğat  işi  aparmaq  üçün 

ədəbiyyat siyahısı verilmişdir. Həmin buklet kitabxanada və kitabxananın məktəb 

və  məktəbdənkənar  tərbiyə  müəssisələrində  təşkil  etdiyi  tədbirlərdə  uşaqlara 

paylanmışdır. 

Bundan  başqa    Məlumat-biblioqrafiya  şöbəsi  2  saylı  texniki-humanitar  liseyində, 

164,  152  saylı  məktəblərdə  yuxarı  sinif  şagirdləri  üçün  “Sağlam  həyat  tərzi 



keçirək”  başlığı  altında  sərgi  icmallar  da  təşkil  etmişdir.  Bu  sərgilərdə 

kitabxanaçılar  hər  şeydən  əvvəl  bu  mövzuya  aid  olan  dövlət  sənədləri  haqqında 

yeniyetmələrə  məlumat  vermiş,  narkomaniyanın  fəsadları  haqqında  açıq  söhbət 

aparmışlar.    Sərgidə  nümayiş  etdirilən  İ.  Qarayevin  “Məni  tanıdınmı?”,    Ç. 



Abdullayevin “Mavi mələklər” və “Qisasın ölçüsü”,  E.Elatlının “Görünməyən 

izlər”,  N.  Əfəndiyevanın  “Gəlin  söhbət  edək”,  S.Xəyalın  “Təbiət,  təbabət  və 

insan:  tibbi-bioloji  yazılar”  kitabları  uşaqların  diqqətini  cəlb  etmişdir. 

Kitabxanaçılar  həmin  kitablar  haqqında  oxuculara  geniş  məlumat  vermişdir.  Bu 

tədbirlər  uşaqların  bu  mövzuda  olan  ədəbiyyata  marağını    artırmış  və  oxucu 

sorğularının çoxalmasına səbəb olmuşdur. 

2013-cü  il  27  may  tarixində  2  saylı  filial  SOS  uşaq  kəndində  “Gələcəyə  sağlam 

addımlarla”  mövzusunda  tədbir  keçirdi.  Tədbiri  giriş  sözü  ilə  açan  kitabxananın 

filial müdiri Gülarə xanım tədbirə dəvət  olunmuş şəxsləri təqdim etdikdən sonra 

tədbirin  keçirilməsinin  məqsədi  və  mahiyyətindən  danışaraq  narkomanlığa  qarşı 



19 

 

kütləvi  surətdə  mübarizə  aparmaq  məqsədilə  Azərbaycan  Respublikasının 



Prezidenti cənab İlham Əliyevin 2271 saylı sərəncamı ilə  təsdiq edilmiş "Narkotik 

vasitələrin,  psiхotrop   maddələrin  və  prekursorların  qanunsuz  dövriyyəsi  və 

narkomanlığın  yayılmasına  qarşı  mübarizə  üzrə  dövlət  proqramı"nın  əhəmiyyəti 

haqqında dinləyiciləri ətraflı məlumatlandırdı. Daha sonra  Xətai rayon  Gənclər və 

İdman  İdarəsinin  əməkdaşı  çıxış  edərək  narkotik  maddələrə  aludəçiliyin  ən  çoх 

yeniyetmə  və  gənclər  arasında  təsadüf  olunduğunu  vurğuladı,  bunun  da  ağır 

nəticələri  ailə  münaqişələri,  qeyri  -  normal  həyat  tərzi,  хəstə  uşaqların  həyata 

gəlməsi  və  s.  problemlərlə  müşayiət  edildiyini  söylədi.  Çıxışlardan  sonra 

yeniyetmələr  arasında  narkomanlığa  alüdəçiıiyin  ilkin  mərhələlərdəcə  aradan 

qaldırılması  yollarının  təhlili  haqda  fikir  mübadilələri  aparıldı,  məsləhət  və 

tövsiyyələr  dinlənildi,  şagirdləri  maraqlandıran  suallar  cavablandırıldı.  Tədbirin 

sonunda SOS uşaq kəndinin sakinlərinin çəkdikləri rəsmlərə baxış keçirildi. Sərgi 

iştirakçılarına hədiyyələr verildi. 

 3  iyun  2013-cü  ildə  kitabxananın  oxu  zalında    “Narkomaniyaya  qarşı 



mübarizə və sağlam həyat tərzi” mövzusunda tədbir keçirildi. Tədbirdə oxucular 

arasında rəy sorğusu aparıldı, slaydlara baxıldı, maarifləndirici məlumatlar verildi. 

Azərbaycan  Uşaq  Birliyinin  nümayəndəsi  Dadaş  Əhmədzadə  bildirdi  ki, 

narkomaniya bəşəriyyətin bəlalarından biridir. BMT-nin 1987-ci il Konvensiyasına 

daxil  olan  ölkələrin  “Narkotik  vasitələrin  və  psixotrop  maddələrin  qanunsuz 

dövriyyəsinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26  iyun  “ 

Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı  Ümumdünya 

mübarizə  günü  ”  kimi  qeyd  olunur.  Ayrı-ayrı  dövlətlər  ildən-ilə  narkotiklərin 

qanunsuz  dövriyyəsi  ilə  səmərəli  mübarizə  üsullarını  və  narkomanlığın  müalicə 

metodlarını  təkmilləşdirmək  və  bu  sahədə  yeni  mübarizə  üsullarını  kəşf  etmək 

istiqamətində  səylərini  artırırlar.  Fərdi  şəkildə  və  ya  beynəlxalq  əməkdaşlıq 

çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına  baxmayaraq,  dünya 

üzrə  narkomaniyaya  düçar  olanların  sayı  ildən-ilə  artmaqdadır.  Müxtəlif  adamlar 

tərəfindən  eyni  iynədən  venadaxili  narkotik  maddə  qəbul  etməyə  görə  90  faiz 

narkoman  QİÇS  xəstəliyinə  yoluxmuşdur.  Son  illər  Respublikamızda  narkotik 

vasitələrə  və  bihuşedici  maddələrə  qarşı  mübarizə  xeyli  güclənmiş,  bu  sahəyə 

cavabdeh  olan  dövlət  orqanları  ilə  yanaşı,  QHT-lər,  ictimai  təşkilatlar  da  fəallığı 

xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narkomaniyaya qarşı mübarizə 

üzrə maarifləndirmə işlərinin səviyyəsi də artırılmalıdır. Narkotiklərdən istifadənin 

təhlükəli nəticələri üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə 

narkomaniya “ cavanlaşır ”. Bu istiqamətdə maarifləndirmə nəinki Bakıda, həm də 

ölkənin  bütün  regionlarında  aparılmalıdır.  Onun  sözlərinə  görə,  narkomaniyaya 

qurşanan şəxsləri sonradan müalicə etmək çox çətin olur. Belə ki, narkotik vasitə 

qəbul  edən  şəxslər  oğurluğa  da  meylli  olurlar.Tədbirin  sonunda  orta  məktəb 




Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə