Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   7   8   9   10   11   12   13   14   15

32 

 

Yuxarı  sinif  şagirdlərindən  ibarət  oxucular  səhnəyə  çıxırlar.Səhnədə  Azərbaycan 



gəncliyindən,Narkomaniyaya  qarşı  mübarizə  mövzusundan    bəhs  edən  sərgilər 

təşkil olunur. Bu mövzuda slayd göstərilir.   

I Aparıcı:             Azərbaycan gəncliyi müstəqil respublikamız üçün böyük  

                              nailiyyətlər qazanmaq iqtidarına malikdir. Bəs bu məqsədlərə 

                              çatmaq üçün biz gənclər nə etməliyik?                  

II Aparıcı:           Bildiyimiz kimi inkişafa gedən yol ilk növbədə təhsildən keçir. 

                             Elə bu səbəbdən də hamınız təhsilinizə, savadınızı artırmağa 

                             xüsusi diqqətlə yanaşmalısınız. Dostlar, çalışın daima 

                             intellektual səviyyənizi, savadınızı inkişaf etdirin, pis 

                             vərdişlərdən kənar olun.  Çünki vətənimizə laiqli bir vətəndaş 

                             kimi yetişmək üçün təhsil önəmli şərtlərdən biridir.  



I Aparıcı:           Dostlar, unutmayın ki, siz artıq cəmiyyətin yetkin üzvüsünüz.  

                             Hər addımı atmazdan öncə hərtərəfli düşünün, ziyanlı 

                             vərdişlərdən uzaq olmağa  çalışın. Heç bilirsinizmi ki, bu kimi 

                             vərdişlər insanın gələcək həyatında necə dərin yaralar aça bilər? 

                             Elə bu səbəbdən də popiros çəkmək, içki içmək, narkotikdən 

                             istifadə etmək kimi pis vərdişlərdən uzaq olun. Buna nail olmaq 

                             üçünsə ilk növbədə ətrafınıza yaxşı dostlar toplayın.  

   II Aparıcı:       Unutmayın ki, dostluq bütün hisslərin, bütün münasibətlərin ən 

                             ülvisi, ən əvəzolunmazı və ən önəmlisidir. Dostluq olmadan 

                             sevgi olmaz, dostluq olmadan heç bir münasibət baş  tutmaz, 

                             dostluq olmadan inam, dəyər və  səmimiyyət olmaz. Atalarımız 

                             əbəs yerə deməyiblər ki, “Dostunu mənə göstər sənə kim  

                             olduğunu deyim.” Odur ki, özünüzə yaxşı dostlar qazanın və 

                             özünüz də yaxşı dost olmağa çalışın! Gəlin unutmayaq ki,  

                             dostluq təkcə insanların şəxsi münasibəti olmaqla qalmır, bu 

                             zamanla cəmiyyətdə münasibətlərin yaxşılaşmasına, qonşu 

                             dövlətlərlə əlaqələrin möhkəmləndirilməsinə gətirib çıxarır.   

                              (Oxucu: Elmir Gəncəlinin “Dostluq” şeirini söyləyir. )

 

 Bir gecə qələmi əlimə aldım 

                       Düşündüm dostluqda səhv etmişəm mən ? 

        Ilk öncə yadıma mən səni saldım 

                         Gördüm xoş xatirələri məhv etmişəm mən ! 

 

      Yadimda qalmisan pis fikirlərlə 



           Hər zaman dostuna demisən yalan  

          Dar gündə sən məni vermisən ələ  

           Əsl dost dostuna can verər qurban  



33 

 

 



             Heç kimə dost sözün demirəm indi  

           O qədər yalançı dostlar görmüşəm  

                     Dost dedim çevrildim bir də gördüm ki,  

        Artıq üzü üstə yerə düşmüşəm... 



I  Aparıcı:            Gənclər, siz hər zaman vətənimizin xidmətində durmalı, onun 

                               gələcək inkişafında yaxından iştirak etməlisiniz. Unutmayaq ki,  

                               vətənimizi yadellilərdən qorumaq kimi mühüm bir vəzifə də biz  

                               gənclərin üzərinə düşür. Belə ki, hər bir oğlan hərbi xidmətini 

                               yerinə yetirməklə vətən qarşısında öz borcunu yerinə 

                               yetirməlidir. Vətənə məhəbbət, anaya, xalqa, ailəyə olan 

                               məhəbbət deməkdir.Bunun üçün sağlam olmaq, sağlam ruhda 

                               böyümək lazımdır.  



 

       (Oxucu Mirvarid Dilbazinin “Vətən oğulsuz olmasın” şeirini söyləyir. ) 

 

 

          

 

 

 



İgid oğul istəyir 

 

 



         

 

 



 

Vətən hər dar günündə 

 

 

      



 

 

 



 

Şücaətlə dayansın  

 

 

          



 

 

 



Mərdim düşmən önündə 

 

 



    

 

 



 

 

Igid oğul, ər oğul 



 

 

          



 

 

 



Vətənin şöhrətidir 

 

 



          

 

 



 

Tədbirli rəhbər oğul 

 

 

          



 

 

 



Xalqın səadətidir.  

 

 



          

 

 



 

Gül üstə gül bitirir 

 

 

         



 

 

 



Övladın fərliləri 

 

 



          

 

 



 

Vətən tarixi olur 

 

                    



 

 

 



Elin hünərliləri. 

 

 



          

 

 



 

Sizə uğurlu yollar 

          

 

 



 

 

           Şücaətli oğular 



          

 

 



 

 

          Vətənin qartalları! 



          

 

 



 

                     Qədirbilən xalqımız 

          

 

 



 

 

           Bəzəyərək güllərlə 



                    

 

 



 

           Keçdiymiz bu çətin

         

 

 



 

                     Bu əzablı yolları!   

       

II Aparıcı:            Hər bir şəxs gələcəyini düşünərək yaşayır, çünki hər bir 

                              günün sabahı var. Müasir gənclərimiz həm öz, həm də  

                              ümumilikdə Azərbaycanımızın gələcəyi üçün daim  

                              çalışmalı, pis vərdişlərdən kənar durmalıdı. Gəlin vətənimizi 

                              göz bəbəyimiz kimi qoruyub onun keşiyinə duraq. Ulu 

                              öndərimiz Heydər Əliyevin və hörmətli prezidentimiz İlham 




34 

 

                              Əliyevin bizə olan etimadını doğruldaq. Azərbaycanımızı  



                              gündən-günə inkişaf etdirək. 

I Aparıcı:   

Bu  gün  vətənimizin  keşiyində  duran  bir  çox  gənclərimiz  var. 

Hal-hazırda  onların  sayəsində  torpaq  üzərində  rahat  gəzirik. 

Bunun  üçün  onlara  borcluyuq.  Onlar  ən  müqəddəs  borclarını 

yerinə  yetirirlər.  Vətənə  olan  borclarını!  Biz  hamımız  pis 

vərdişlərdən  əl  çəkməli,  Vətənimizin,  xalqımızın  etimadını 

doğrultmalıyıq.  Məhz  bu  gənclər  haqda  Heydər  Əliyev 

demişdir:    “Orduda  xidmət  edən  gənclər  bizim  dəyərli 

vətəndaşlarımızdır. Onların  əksəriyyəti gənclərdir. Onlar vətəni 

qoruyurlar, 

düşmənlə 

üzbəüz 


mövqedə 

dayanırlar, 

Azərbaycanın  müstəqilliyini  qoruyur  və  möhkəmləndirirlər. 

Lazım  gələn  anda  məhz  onlar  doğma  torpaqlarının  azad 

olunması üçün ilk addımı atacaqlar”.  

 

 



II Aparıcı:          Vətənpərvərlik Vətənə, doğma torpağa, xalqa, onun dilinə, adət- 

                            ənənələrinə, mədəniyyətinə məhəbbət deməkdir. Əsl vətəndaş isə 

                            Vətənin içində gəzən yox, Vətənin özünü öz içində gəzdirəndir. 

                            Əsl Vətəndaş Vətəni ana qədər sevən, əzizləyən, qoruyandır. 

                            Gəlin, biz də əsl vətəndaş olmaq üçün Vətənimizi göz-bəbəyimiz  

                            kimi qoruyaq. Çünki, Vətən hər şeydən ucadır! Bunu hər bir kəs 

                            dərk etməli, zamanını səmərəli işlərə sərf etməli, pis vərdişlərdən 

                            kənar gəzməlidir.  Onda yenilməz olarıq! 

Aparıcı:  Əziz  oxucular.  Bildiyimiz  kimi  “Xaş-xaşın  göz  yaşı”  tamaşası  Avropa 

Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal 

iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk 

üçlüyə düşüb. Bu AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici 

teatr  tamaşasıdır.  Tamaşa  Beynəlxalq  Qızıl  Xaç  Komitəsinin  Azərbaycandakı 

nümayəndəliyinin sifarişi ilə hazırlanıb. Maarifləndirmə funksiyasını yerinə yetirən 

tamaşa  gənclərdə  narkomaniyanın  doğurduğu  faciələr,  AIDS  və  bir  sıra  başqa 

qorxunc  xəstəliklərin  yayılması  yolları  haqqında  aydın  təsəvvür  yaradır.Çətin 

vəziyyətə düşmüş gənclərə cəmiyyətin yanlış münasibəti, ailə-məişət problemləri, 

yeniyetmələrin  başa  düşülmə  və  özünü  təsdiq  ehtiyacının  ödənməməsi  onları 

uçuruma  yuvarladan  amillər  kimi  nəzərdən  keçrilir.  Səhnə  əsərində  qoyulan 

problemlər  bir  qrup  tələbə  gəncin  timsalında  tamaşaçıya  çatdırılır.  Qarşılaşdıqları 

irili-xırdalı  çətinliklərə  tab  gətirməyən  gənclər  asanlıqla  “dərdlər  unutduran” 

vasitəyə  qurşanırlar.  Valideynlərin  yanlış  münasibəti  isə  buna  təkan  verir. 

Narkomanlığın  tarixi  çox  qədimdir,  narkomaniya  sərhəd  tanımayan  beynəlxalq 

problemə  çevrilir.  Avropa  və  Asiya  qitələrində  məskunlaşmış  xalqların 




35 

 

mifalogiyasında, insanların ağrı və əzablarının qənimidir.İndi isə gəlin bəşəriyyəti 



düşündürən və narahat edən ən ağrılı problemlərdən biri, cəmiyyətin ciddi bəlasına 

xalqın,  millətin  təhlükə  mənbəyinə  çevrilən  narkomaniyaya  həsr  edilmiş  Arzu 

Soltanın  qələmə  aldığı,  İntiqam  Soltanın  quruluş  verdiyi  “Xaş-xaşın  göz  yaşları” 

adlı tamaşaya yuxarı sinif şagirdlərinin ifasında  tamaşa edək. 

                                             Nəticə  

“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  onların  prekursorlarının  qanunsuz 

dövriyyəsinə  və  narkomanlığa  qarşı  mübarizəyə  dair  2013-2018-ci  illər  üçün 

Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlətimizin bütün siyasətini dəstəkləyən 

aparıcı  dövlət  təşkilatı  kimi  kitabxanaların  ölkəmizdə  milli  təhlükəsizliyin  təmin 

olunmasında narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin 

qanunsuz dövriyyəsinin qarşısının alınması və belə təzahürlərin aradan qaldırılması 

sahəsinda həyata keçirdiyi tədbirlər mühüm  yer tutur. F.Köçərli adına Respublika 

Uşaq kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi kitabxanada bu vəzifənin həyata 

keçirilməsinə  kömək  məqsədilə  “Narkomaniya  –  Bəşəriyyətin  faciəsi”  adlı 

ədəbiyyat  siyahısı  hazırlamışdır.  Ədəbiyyat  siyahısında  dövlət  sənədləri,  kitablar, 

bədii ədəbiyyat və dövri mətbuatda dərc olunan məqalələrin annotasiyalı təsvirləri 

verilmişdir.  Şöbənin  hazırladığı  bu  vəsait  narkomanlığa  qarşı  mübarizəyə  həsr 

olunmuş tədbirlərdə nümayiş etdirilmiş və oxuculara paylanmışdır. Bundan başqa 

şöbədə  narkomaniyaya  dair  nəşr  olunan  dövlət  sərəncamları  paket  şəklində 

toplanaraq  qovluqda  saxlanılır.  Eyni  zamanda  bu  siyahılar  kitabxanada  və  

məktəblərdə keçirilən tədbirlərin hazırlanıb həyata keçirilməsində  kitabxanaçılara 

kömək  etmək  məqsədilə  bütün    Mərkəzi  Kitabxana  sistemlərinin  uşaq  şöbələrinə 

göndərilir.  “Narkomaniya  ilə  mübarizə”  mövzusu  həmişə  diqqət  mərkəzində 

olmuşdur.  Elmi  metodika  şöbəsi  tərəfindən  hazırlanmış  “Gəlin,  gələcəyimizi 

qoruyaq!”  adlı metodik vəsaitdə yeniyetmələrin maariflənməsi məqsədilə müxtəlif 

tədbir  formaları  verilmiş,  vəsaitin  sonunda  oxucular  arasında  keçirilən  rəy 

sorğusunun  sualları  diqqətə  çatdırılmışdır.  Narkomaniya  və  narkobiznesə  qarşı 

mübarizə  mövzusunda  yeniyetmə  və  gənc  oxucular  arasında  (Bakı  Modern 

məktəbi,  23  saylı  orta  məktəb  və  Uşaq  və  Gənclərin  Sülh  Şəbəkəsi  Təşkilatı) 

treninq-mühazirələrin  və  interiaktiv  oyunların  keçirilməsi  yeniyetmələrin 

maariflənməsində əsas rol oynamışdır. Xidmət şöbəsinin əməkdaşları kitabxananın 

oxu  zalında  yuxarı  sinif  şagirdləri  ilə    Çingiz  Abdullayevin  “Göy  mələklər”, 

“Qisasın  ölçüsü”,  Elxan  Elatlının  “Görünməyən  izlər”,  Elxan  Xanəlizadənin 

“Zəncir”, İsmayıl Qarayevin “ Məni tanıdınmı?” kitablarının icmalını keçirmişdir. 

Tədbirdə  oxucularda  maraq  oyatmaq  məqsədilə    “Zərərli  vərdişlər  və  ondan 

törənən  fəsadlar”,  “Bəşəriyyətin  düçar  olduğu  bəla“,  “Narkomaniyanın 

genofondumuza  gətirdiyi  fəsadlar”,  “Narkomaniya  və  acınacaqlı  həyat”  



36 

 

mövzusunda  video  çarxlar,  elektron  nəşrlər,  fotolardan  da  istifadə  edilmişdir.  



Mühazirədə  yuxarı  sinif  şagirdləri,  məktəbin  müəllim  və  valideynləri  iştirak 

etmişdir.  Kütləvi  işlər  şöbəsi  tərəfindən  “Narkomaniyaya  yox  deyək!”  adlı  çarxlı 

slaydlar  hazırlanmış,  tədbirlərdə  nümayiş  olunmuşdur.  Həmçinin  Bakı  Uşaq 

Teatrının  repertuarında  qoyulmuş  “Həyatla  oyun”  tamaşasının  video  lentinə 

kitabxanada  baxılmış  və  tamaşa-müzakirə  edilmişdir.   Tamaşada  real  həyatdan 

götürülmüş  hadisələr  əks olunub.  Narkotik  aludəsi  olan bir qrup  tələbənin  faciəli 

həyatından  bəhs  edən  tamaşada  faciənin  əsas  səbəbi  kimi  gənc  oğlanların 

uşaqlıqdan  valideynləri  tərəfindən  düzgün  başa  düşülməməsi,  bu  haqda 

maarifləndirilməməsidir. Müzakirədə Bakı Uşaq Teatrının direktoru – bədii rəhbəri 

İntiqam Soltan çıxış edərək bildirdi ki, tamaşanın nümayişi gəncləri narkomaniya 

haqqında  məlumatlandırmaq  və  eləcə  də  maarifləndirmək  funksiyasını 

daşıyır.   Gələcəyin valideynləri olan bu  gənclərin narkomaniya  və onun  fəsadları 

haqqında maariflənməsi müasir dövrün ən vacib tələblərindəndir. 

  

                                      Ədəbiyyat siyahısı 



 

1.

 



Abdullayev Ç. Göy mələklər. – B.:  Çinar, 2009. – 328 s. 

2.

 



Abdullayev Ç. Qisasın ölçüsü. – B.: Çıraq, 2008. – 320 s. 

3.

 



Elatlı E. Görünməyən izlər : roman. – B.: İdeal-Print, 2010. – 320 s. 

4.

 



Xanəlizadə E. Zəncir : roman. – B.: Apostrof, 2013. – 264 s. 

5.

 



Qarayev İ. Məni tanıdınmı?: roman. – B.: Çinar-Çap, 2003. – 260 s. 

 

DÖVRİ MƏTBUATDA 

1.

 

Abbasov S. Bütün bəşəriyyəti düşündürən ən ciddi problemlərdən biri də 



narkomaniyadır / S. Abbasov // İki sahil. - 2014. - 8 noyabr. - № 203. - S. 

30.  


2.

 

Abdullayeva F. Narkomaniya tibbi və sosial bəladır  // Mədəniyyət. - 



2008. - 24 iyul. - S.10. 

3.

 



Abdullayev Y. Narkomaniya əleyhinə  mübarizə aparmaq başqa növ 

cinayətlərin qarşısını almaq deməkdir // İki sahil. - 2014. - 8 fevral. - № 

23. - S. 15.  

4.

 



Abdullayev  Z. Narkomaniya dünyəvi problemdir  // Respublika. - 2009. 

- 7 avqust. - N 172. - S.4. 

5.

 

Abıyev S.  Narkomaniyaya qarşı ümumxalq mübarizəsi aparılmalıdır  // 



İki sahil. - 2013. - 14 sentyabr. - № 168. - S. 23.  

6.

 



Abiyev N.  

Narkomaniya - ümumbəşəri problem  // İki sahil. - 2014. - 

20 dekabr. - № 233. - S. 30.  

7.

 



Abıyev S. Narkotikaya qarşı mübarizəyə sən də qoşul! // İki sahil. - 2014. 


37 

 

- 13 sentyabr. - № 166. - S. 29.  



8.

 

Ağayev  Y.  



Yeniyetmələr siqaret çəkirsə... :  Narkomaniyaya yox 

deyək  // Azərbaycan müəllimi. - 2006. - 23 iyun. - S.5. 

9.

 

Abıoğlu Ə.  



Narkomaniyaya qarşı mübarizə gücləndirilir // Palitra. - 

2014. - 11 aprel. - № 61. - S. 12.  

10.

 

İkramqızı F. "Ağ ölümə" "YOX" deyək... : narkomaniya // İki sahil. - 



2014. - 26 aprel. - № 72. - S. 27.  

 

Redaktor: F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru   



                  Şəhla Qəmbərova 

 

Tərtib edənlər:   F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər  

                            üzrə direktor müavini Zahirə Dadaşova, Elmi-metodika 

                            şöbəsinin müdiri Məmmədli Ruhiyyə  

 

 

 



 

 

 



 

 

  



 

 

 



 

 

 



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə