Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 371,01 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix15.05.2018
ölçüsü371,01 Kb.
#44352
1   ...   7   8   9   10   11   12   13   14   15

22 

 

teatr  zallarında  uşaqlarla  teatr  tamaşalarına  kütləvi  baxış  keçirilməsi  məsləhətdir. 



Məlumdur  ki,  kitab  müzakirələri  və  oxucu  konfransları  uşaq  kitabxanaları  üçün 

kitab  təbliğində  böyük  əhəmiyyətə  malikdir.  Bunlar  məktəbli  oxucuların 

formalaşmasına,  əxlaq  tərbiyəsinə  böyük  təsir  göstərir.  Məhz  buna  görə  də 

kitabxanalarda  narkomaniyaya  qarşı  mübarizə  mövzusunda,    hüquqi  mövzuda, 

cinayətkarlıqla  mübarizə  mövzularında  bu  kimi  tədbirlərin  keçirilməsinə  xüsusi 

diqqət yetirilir. 

Kitabxanada  ekskursiya  təşkil  edib,oxucuları  Arzu  Soltanın  qələmə  aldığı 

İntiqam  Soltanın  səhnələşdirdiyi 





Xaşxaşın  göz  yaşı”  tamaşasına  aparmaqla 

Narkomaniya  mövzusunda  səmərəli  təbliğat  işi  aparmış  olarıq.  Bildiyimiz  kimi 

Bakı  Uşaq  Teatrının  repertuarında  olan  narkomaniya  və  QİÇS  mövzusuna  həsr 

olunmuş  “Xaşxaşın  göz  yaşı”  tamaşası  QİÇS-lə  mübarizədə  ən  yaxşı  fəaliyyət 

kimi Sağlamlıq Hüquqları Klinikasının keçirdiyi müsabiqənin qalibi olub.   

Düzgün  tərbiyə,  yaşlıların  yaxşı  nümunəsi  yeniyetməni  güclü,  mənəvi 

cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik və yaxud  pis tərbiyə, yaşlıların pis 

nümunəsi  yetkinlik  yaşına  çatmayanlarda  mənfi  hislərin  yaranmasına  səbəb 

olur.Yetkinlik  yaşına  çatmayanların  tərbiyəsi  cəmiyyətin  əsas  vəzifələrindəndir. 

Müasir  dövrdə  bu  işdə  kitabxançı  əməyini  də  qeyd  etmək  yerinə 

düşər.Ümumiyyətlə  yetkinlik  yaşına  çatmayanlar  arasında  cinayətkarlığa  qarşı 

mübarizə  məqsədi  ilə  keçirilən  tədbirlərdə  N.  Tusinin  “Əxlaqi-Nasir”  kitabı 

əsasında  söhbətlərin,  oxucu  konfranslarının,  müzakirələrin  keçirilməsi  yerinə 

düşərdi.  Oxucularla  kitab  müzakirələri  zamanı  kitabxanaçı  əməyi  əsas  yer  tutur. 

Bədii  ədəbiyyatda  sözün  kəsərinin  nəzərə  alınması  kitabxana  işçisinin  işində  əsas 

meyar  olmalıldır.  Oxucular  arasında  “Azərbaycan  ədəbiyyatında  sərxoşluq  



əleyhinə mübarizə motivləri”, “Azərbaycan dedektiv ədəbiyyatı”, Ç. Abdullayevin 

Göy  mələklər”,  E.  Elatlının  “Görünməyən  izlər,  X.  Əlizadənin  “Zəncir”,  A. 

Əliyevin  “Cəhənnəmə  gedən  yol”,  İ.  Qarayevin  “Məni  tanıdınmı”  “  Cəmşid  

Əmirovun romanları ” və s. əsərlərin müzakirəsini keçirmək məqsədəuyğundur.  

Bədii ədəbiyyat ictimai fikrə təsir göstərmək imkanına malikdir.Kitabxanamızın   

 son illərdə Elmi Metodika və Məlumat biblioqrafiya şöbəsi Narkomaniya ilə 

mübarizə sahəsində gəncliyimizin sağlamlığı üçün səmərəli maarifləndirmə işi 

aparır. Bu məqsədlə kitabxanamız  “Sağlam həyat tərzi keçirək” başlığı altında 

buklet hazırlamışdır. Bu bukletdə Azərbaycan 

Respublikasının “ Gənclər siyasəti ” və “ Narkoloji xidmət və 

nəzarət haqqında ” qanunlarının maddələri öz əksini tapmış 

və yeniyetmələr arasında təbliğat işi aparmaq üçün ədəbiyyat 

siyahısı verilmişdir. Burada müvafiq narkomaniya ilə bağlı 

dövlət tərəfindən qəbul edilmiş sənədlər verilmişdir.  

 



23 

 

 



Müxtəlif tədbirlərdə əyani vəsait kimi Narkomaniya ilə 

bağlı hazırlanmış slaydlar isə tədbiri, mövzunu daha 

canlı edir.    Bu vəsaitlər kitabxanaçılara narkomaniya ilə 

bağlı metodik köməklik etmək məqsədilə  kitabxananın 

clb.az 

saytında yerləşdirilmişdir. Hazırlanmış ədəbiyyat 



siyahısında  narkomaniya ilə bağlı müvafiq dovlət 

sənədləri göstərilmişdir. Bu gün kitabxanamız 

narkomaniyaya qarşı mübarizədə mübarizə tədbirlərini 

gücləndirməkdədir. Uşaq cinayətinə qarşı mübarizənin 

təbliğ edilməsi üçün kitabxanamızda uşaqların hüquqi 

biliklərə dərindən yiyələnməsi üçün kitabxanaçılarımızın  

gündəlik qəzet və jurnallarda dərc edilmiş qanunlarla oxucuları yaxından tanış 

edilməsi böyük əhəmiyyət daşıyır. Məktəbli oxucular arsında isə bu bilikləri bu 

sahədə müxtəlif  kitab təbliği formaları ilə həyata keçirilir.Narkomaniyaya qarşı 

aparılan təbliğat işləri zamanı onları başa salmaq lazımdır ki, hər bir yeniyetmə 

bilməlidir ki, əgər narkotik maddə qəbul edirsə, dəhşətli ağrılar tapacaq və bu 

bəlada heç zaman qurtara bilməyəcək. Təəsüflə qeyd etmək lazımdır ki, azyaşlılar 

və yeniyetmələr arasında bu bəladan daha çox əziyyət çəkir. Və onlar daha sürətlə 

yayılır. Oxucularla söhbət zamanı onlara narkomaniyanın gətirdiyi bəlalar şərh 

olunmalıdır. Narkomaniya  hamı üçün həm narkomanın özü həmdə, ətraf mühit –

ailə, kollektiv cəmiyyət  üçün də zərərlidir. Sirr deyil ki, mövcud cinayətlərin çoxu 

elə narkomaniyanın təsiri altında törədilir. 

Kitabxanalarla  yanaşı  mətbuat,  radio  və  televiziyalar  da,  yetkinlik  yaşına 

çatmayan uşaqlarla cinayətkarlığa qarşı və narkomaniyaya qarşı mübarizədə güclü 

təbliğat  işləri  ilə  məşğul  olmalıdır.  Çünki  bu  problem  elə  bir  dəhşətli  problemdir 

ki, ona qarşı mübarizədə bütün vasitələrdən istifadə etməliyik. Xüsusən azyaşlıları 

və  yetkinlik  yaşına  çatmayan  uşaqlarla  mübarizədə  bu  işi  daha  da 

gücləndirməliyik. Sağlam zəkaya, fiziki qüvvəyə malik olan Azərbaycan xalqı bu 

ölkənin yeganə varisidir. Azərbaycan Respublikasının Beynəlxalq aləmə çıxması, 

onun  nüfuzlu  Beynəlxalq  məclislərdə  təmsil  olunması  xalqımızda  soy  kökünə 

qayıdış,  milli  qürur  və  milli  şüurun  formalaşmasına,  milli  ləyaqətin  tərbiyə 

edilməsinə  ciddi  zəmin  və  şərait  yaratmışdır.  Azərbaycan  xalqı,  onun  ziyalısı, 

fəhləsi,  kəndlisi,  məktəblisi  milli  kökü,  tarixi,  ədəbiyyatı  haqqında,  özünün  tarixi 

köklərini dərindən dərk etməyə çalışır. Hər bir məktəblidə milli mənlik şüurunun 

formalaşdırılması  onun  cəmiyyətdə,  ictimai  münasibətlərin  bütün  sistemində 

tutduğu  və  oynadığı  rolu  müəyyənləşdirir,  onun  mənəvi  keyfiyyətlərinin  qabarıq 

ifadəsinə  çevirir.  Maddi  və  mənəvi  zəmində  tərbiyə  olunan  məktəbli  özünün, 

xalqının  varlığını  dərk  edir,  torpaq,  Vətən,  xalq,  millət  kimi  böyük  arzular  və 



Yüklə 371,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə