Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Kulta inanc sisteminə aid leksemler



Yüklə 311,65 Kb.
səhifə7/40
tarix08.06.2023
ölçüsü311,65 Kb.
#116136
1   2   3   4   5   6   7   8   9   10   ...   40
oğuz qrupu türk dillərində maddi mədəniyyət leksikası

Kulta inanc sisteminə aid leksemler



Tenqrializm kimi adlanan qədim türk dininin digər tanrısı-personajı “ıduk yer-sub”, yəni “müqəddəs yer-su”dur. Türklər dağların, təpələrin, göllərin, suların, ağacların ruhu olduğuna inanırdılar. Əski türklərin təbiət kultuna olan inancları Orxon abidələrində “ıduk yer-sub”, uyğurlarda “yir-suv” və s. adlanırdı. Eyni ilə göydəki ulduzlar kimi dünyanın xüsusi qismi olan ıduk yer-sub tək və ya birlikdə təhlükəli anlarda, xalqı mübarizəyə çağıranda və ya ümumi birliyi gerçəkləşdirən zaman, abidələrdə göstərildiyi kimi, Tenqri ilə birlikdə hərəkətə keçir, lakin Tenqri olmadan heç bir zaman müdaxilə etmir. Qədim türklər “ıduk” saydığı hər bir yerin ruhu olduğuna inanırdılar. Onlar üçün yer də göy qədər müqəddəs, insanlara yardım edəndir: “Üzə Tenri, asra yer yarlıkaduk üçün” (Üstdə Tanrı, altda yer yar olduğu üçün) [BX, şimal,10]. Vətənin müqəddəsliyi kimi də qəbul edilən “yer-su”ların nə olduğu, nələri əhatə etdiyi barədə bir çox fikirlərə diqqət etsək ıduk/müqəddəs əlamətinə sahib olan yer-suların Türk vətənini qoruyan ruhlar olduğu qənaətinə gəlmək olur.
Bəzi tədqiqatçılar orta dünyanın hökmdarını–“ıduk yer-sub”un “himayəedici” və “cəzalandırıcı” funksiyalarının olduğunu qeyd edirlər [264, s.214]: “Tenri, Umay, Iduk yer-sub basa birti erinç”- Tanrı, Umay, müqəddəs yer-su qələbə verdi [Tonyukuk, II daş, qərb, 38]. Demək olar ki, qədim türk mənbələrində “ıduk yer-sub” həmişə ya Tanrı ilə, ya da Tanrı və Umay ilə birlikdə xatırlanır. Iduk yer-sub türkü qoruyur, günahkarları isə cəzalandırır. “Yer-su” yer üzündə yaşayan yaxşı ruhların sistemi, toplusudur. “Iduk yer-su” kultu öz daxilində meşə, dağ(daş) və su kultlarına bölünür. Qədim türklərdə “ıduk yer-sub” inancı “Vətən kultu”nun yaranmasını sürətləndirmişdi: “Eçümüz apamız tutmuş yer-sub”(atalarımızın idarə etdiyi yer-su). Abidələrdə sadəcə iki yerdə “ıduk yer-sub”un adı çəkilir: bunlardan biri xaqanlığın mərkəzi olan “Iduk Ötükən”, digəri isə müqəddəs Tamir çayı “Tamıg iduk baş”: “Tamağ ıduk başda sünüşdim”(Tamak ıduk başda döyüşdüm) [BX, şərq, 29]. Türk mədəniyyəti tarixində büt kimi sitayiş olunmayan “ıduk yer-sub”lar maddi deyil, “mənəvi güc”, “qüdrət” hesab olunmuşdur. Oğuz qrupu türk dillərində qədim türklərin astronomik, o cümlədən də mifik düşüncəsi ilə bağlı bir sıra tədqiqat əsərləri yazılmışdır: C.Beğenç “Anadolu mitolojisi” (1974), M.Uraz “Türk mitolojisi” (1994), B.Füzuli “Türk mitolojik sistemi” (2007), D.Karakurt “Türk mitoloji ansiklopedisi” (2012), B.Ögel “Türk mitolojisi” II cild (2001) (Türkiyə); A.Masanov “Некоторые пережитки культа предков у туркмен” (1968); “О происхождении туркмен-ата:(простонародные формы средниазиатского суфизма) (1975), “Змея в легендах и верованиях туркмен” (1997) (türkmən) və s. Türk dilçisi E.Emel “Türk kozmolojisine giriş” (1978) kitabında proto-türk hesab edilən Çuların ilk dəfə məkan və zaman içərisində kainatı əhatə edən bir sistemin varlığını aşkarladıqlarını, həmin sistemin yer və göydən ibarət iki qütbünün olduğunu və ona görə də bu sistemin ikili kainatçılıq dini-inancı adlandırıldığını qeyd edir. Tədqiqatçı əsərində qədim türklərin Günəş, Ay, xaqanlıq, yer-su (yer-sub), göy, dağ-daş, yas (yoğ) kultları ilə bağlı böyük ayinlər keçirdiklərini, həmin ayinlərin dövr və türk tarixi və boyları baxımından müxtəlifliyini vurğulayır. S.M. Demidov araşdırmalarını, əsasən, su kultu və türkəçarə (bitkilərlə müalicə üsulları) ilə bağlı leksik vahidlər üzərində aparmışdır [235; 100]. H.Tanyu “Türklerde taşla ilgili inançlar” (1968) adlı kitabında qədim türklərdən bu günə qədər gəlib çatan, müqəddəs hesab edilərək ziyarət obyektinə, məkanına çevrilən “dağ-daş” kultu iləbağlı məsələlərətoxunmuş, Türkiyənin hər bir bölgəsində yerləşən daşla bağlı ziyarətgahların xüsusiyyətlərini, o cümlədən iudizm, buddizm, taoizm, sintoizm, xristian və İslam dini kimi böyük dinlərdə bu kultun izlərini göstərməyə çalışmışdır. Alim qeyd edir ki, qədim “dağ-daş” kultu yalnız türk inanc sistemində deyil, digər qədim xalqların inanc sistemində də aparıcı mövqedə olmuşdur.




      1. Yüklə 311,65 Kb.

        Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə