7
daxilinə qısa təsirli barbituratlar və yaxud piridoksin (1 ml 5% məhlul əzələ daxilinə),
və tiamin (1 ml 5% əzələ daxilinə), az-az hallarda isə qlütamin turşusu, seduksen
təyin olunur.
Qanda şəkərin və elektrolitlərin miqdarı və turş-qələvi vəziyyəti öyrənilməlidir.
Yumaqcıq filtrasiyası hemodializin aparılması üçün öyrənilməlidir. Həblərlə
zəhərlənmə baş veribsə, preparatın qəbuIundan sonra yaxın saatlarda mədənin
yuyulması müsbət nəticə verir.
Bəzi hallarda hepatit baş verə bilər. İzoniazid, eksofolliativ və makulopopulyoz
dermatitin, trombositopeniyanın, aqranulositozun, dərman qızdırmasının, vaskulitin
yaranmasına səbəb ola bilir. Vərəm xəstələrində izoniazid ağ ciyər kapilyarlarının
rezistentliyini azaldaraq qanhayxırma və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara da
səbəb olur.
Tək-tək hallarda izoniazidlə kimyəvi profılaktika zamanı ağır hərarət
reaksiyaları müşahidə olunmuşdur. Metabolik asidozun aşkar olunması zamanı təcili
bikarbonat natriumun birdəfəlik və yaxud da təkrarı, pH və natriumun
konsentrasiyasına nəzarət etməklə yeridilməsi məsləhətdir. Əvvəlcə astmatik
diuretiklərin verilməsi bir neçə saat davam edir və sonra qəbul və xaric olunan
mayeyə nəzarət olunur.
HİNT preparatları 10 mq/kq-dan artıq hamilə qadınlarda, ürəyin işemiyası
zamanı, hipertoniya xəstəliyinin II-III mərhələlərində, ağciyər-ürək çatışmazlığının
III dərəcəsində, bronxial astmada, psoriaz və ekzemanın kəskinləşmə mərhələsində,
xroniki böyrək çatışmamazlığında, kəskin hepatitdə və qaraciyərin sirrozunda əks
göstərişdir. Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin vərəm xəstələrinin
müalicəsi üzrə 1998-ci il tarixli dövlət standartlarına uyğun olaraq izoniazid alan
xəstələrə piridoksin (vitamin B
6
) sutka ərzində 60-100 mq mütləq şəkildə təyin
olunur. Beynəlxalq tövsiyyələrə əsasən sutkada 0.3 mq Izoniazid qəbul edən
xəstələrdə hipovitaminoz, disproteinemiya yoxdursa, spirtli içki qəbul etmirsə B6
vitamini təyin olunmur, lakin fasiləli terapiyada sutkada izoniazidin 15 mq/kq qəbulu
zamanı vitamin B
6
10 mq təyin olunur. Izoniazidin PASK –la birgə qəbulu
izoniazidə
rezistentliyi ləngidir, qanda konsentrasiyasını yüksəldir. Streptomisinlə
birgə qəbulu isə hər ikisinin sidiklə ixracını zəiflədir, qanda konsentrasiyasını
yüksəldir, neyrotoksiki təsiri artırır. Glükokortikokosteriodlər izoniazidin qanda
konsentrasiyasını zəiflədir, terapevtik effekti azaldır. Izoniazid antidepresantların və
barbituratların təsirini yüksəldir. Izoniazidlə birgə spirtli içkilərin qəbulu hepatitlərin
yaranma riskini yüksəldir. İzoniazidin sulfonilamidlərlə birgə qəbulu birincinin
mənfi təsirini yüksəldir. Ona görə də izoniazidin qəbul dozası azaldılmalıdır.
Izoniazidin hipoqlikemik preparatlarla birgə qəbulu onun effektliyini azaldır.
8
Metazid, ftivazid, solüzid, lorusan da HİNT preparatlarına aiddir.
Ftivazid – izonikatinoil –hidrozon- vanilin- suda həll olunmayıb, mədə-
bağırsaq traktından ləng sorulur. Onun aktiv maddəsinin bakteriositatik
konsentrasiyası qanda nisbətən az müşahidə olunur. Dərmanın molekulunun yarısını
bakteriostatik təsirə malik olmayan vanilin təşkil edir.
Ftivazidin bir hissəsinin bağırsaqda sorulmadığını nəzərə alsaq, 1 qr ftivazid
0.3qr izoniazidə ekvivalent olur. Ftivazidin sutkalıq dozası 1-1.5 qr olub, 2-3 dəfəyə
qəbul edilir. Qanda onun yüksək konsentrasiyası qəbuldan 2 - 6 saat sonra müşahidə
olunur. Lakin bu, izoniazidin müvafiq konsentrasiyasından 2 dəfə az olur. Ona görə
də, güclü inoaktivator kimi izoniaziddən istifadə məqsədyönlüdür.
Metazid- molekulunda –hidrozid –izonikatin turşusunu 2 molekulu metil
qrupu ilə birləşmişdir. Başqa sözlə, Ftivaziddən fərqli olaraq qeyri-aktiv
bakteriostatik hissə yoxdur. O Ftivazidə nisbətən aktivdir. Suda həll olunur və əksər
hallarda mədə-bağırsaq sistemindən çox pis sorulur. Ona görə də o, izoniazidə
nisbətən artıq dozada sutkada 1.0 qr təyin edilir (0.5x2). Sutkalıq dozanı bir dəfəyə
qəbul etmək olar.
Solyuzid - həll olan izonikotinoil –hidrazonun dietil ammonium duzu. Suda
həll olan iznoiazidlə müqayisədə üstünlüyə malik deyil. Ampulalarda steril şəkildə
istehsal edildiyi üçün dərmandan izoniazidin yeridilməsinə ehtiyyac duyulduqda
istifadə edilə bilər. Preparat 0.5% məhlul şəkildə 1 ml və 2 ml-lik ampulalarda
istifadəyə verilir. Solyuziddən funksiya edici fistulaların yuyulmasında, uşaqlıq
boynuna yeridilməsində, kazeoz-limfa vəzilərinə yeridilməsində, sidik axarlarının
yuyulmasında, onurğa-beyin kanalına yeridilməsində, irinli serozid və peritanitlərdə
və s. istifadə edilir. Xüsusən solyuziddən spesifik endobronxitlərdə aerozol şəkildə
istifadə olunur (3-4 ml 5 %-li məhlul). Endobronxial və introtraxeal şəkildə 2-3 ml
5%-li məhlul işlədilir. Eyniylə yuxarıda göstərilən proseslərdə izoniazidin 5 % li və
10 %-li məhlulundan da istifadə etmək olar.
Lorusan –izonikotinoil –hidrozonun analoqu olub, ftivaziddən az fərqlənir.
Lorusan sutkada 0.3qr-dan gündə 3 dəfəyə qəbul edilir. Bu preparat izoniazid
qəbuluna çətinlik olduqda, fəsadlar baş verdikdə çox effektli təsir göstərir. Izoniazid
və onun analoqlarının bir-biri ilə kombinasiya edilməsi yol verilməzdir. Çünki, onda
əks reaksiyaların baş vermə ehtimalı artır. Bu qrup dərmanlar residiv əleyhinə yalnız
tabletka şəkilində çəki və sutkalıq doza nəzərə alınaraq təyin edilir.
Rifampisin (R) – vərəm əleyhinə güclü bakteriosid preparat sayılır. Rifampisin
kapsulalarda 150 və 300 mq, tabletlərdə 450·600 mq və vena daxili yeritmək üçün
300 mq ampulalarda quru maddə kimi buraxılır. Uşaqlar üçün flakonlarda 2%·li 50
ml (20 mq/ml) sirop buraxılır. Vərəm xəstəliyinin müalicəsi zamanı sutkada 9-10