51
dəfə). Pirazinamid alan hiperurikemiya və podaqraya səciyyəvi olan artritli xəstələrdə
allopurinolun istifadəsi az təsirli olduğu üçün tövsiyə olunmur. Tərkibində purin
əsaslarının səviyyəsi yüksək olan qida məhsullarının qəbulunun azaldılması
profilaktik tədbir sayılır.
Sinir sisteminin zədələnməsi. Spesifik dərmanlarla müalicə zamanı sinir
sisteminin zədələnməsi tez-tez baş verir. Onların bir qismi yüngül keçir, digəriləri isə
tədricən əmələ gəlir və müalicə olunmur. Belə zədələnmələrə eşitmənin itməsi,
periferik sinirlerin zədələnməsi, qıcolmalar depressiya və digər psixi pozğunluqlar,
baş ağrıları, psixoz aid edilir.
Eşitmənin zədələnməsi - əsasən streptomisin, kanamisin, amikasin,
kapreomisin qəbulundan sonra baş verir. Bu VIII cüt kəllə-beyin sinirin zədələnməsi
ilə əlaqədardır. Bu eşitmənin pozulmasına və qulaqlarda küyün yaranmasına səbəb
olur. Yüksək tezlikli küy adətən eşitmənin itirilməsi ilə nəticələnir. Bununla yanaşı
nistaqm, ataksiya, tarazlığın itirilməsi kimi vestibulyar simptomlar da müşahidə oluna
bilər. Bu adətən toplam böyük doza aminoqlikozidlər və ya kapreomisin alan
xəstələrdə müşahidə olunur. Klaritromisin də ototoksik təsirə malikdir. Böyrək
çatmamazlığı olan xəstələrdə furosemidın qəbulu aminoqlikozidlərin ototoksik
təsirini gücləndirə bilər. Eşitmə pozğunluğu geridönməzdir. Lakin eşitmə
pozğunluğuna səbəb olan dərmanın qəbulunun dayandırılması ilə qarşısını almaq
mümkündür. Mikobakteriyaların spesifik dərmanlara yüksək davamlılığı zamanı ağır
vərəm xəstələrində eşitmənin pozulmasına baxmayaraq inyeksion terapiyanın davam
etdirilməsi əsas ola bilər. Belə hallarda aminoqlikozidlərdən kapreomisinin istifadəsi
məqsədə uyğundur (MBT-nın ona qarşı həssaslığı saxlanıldığı halda). Eləcə də,
inyeksion preparatların həftədə üç dəfə və ya daha aşağı dozada verilməsi
məqsədyönlüdür. Ototoksiki reaksiyalarının korreksiyasında qeyri-spesifik ototrop
sitoprotektor, suksinat tərkibli antihipoksant sitoflavin müsbət rol oynayır.
Zədələnmiş orqan və toxumalarda maddələr mübadiləsinin yaxşılaşması üçün
anabolik təsirli preparatların istifadəsi mümkündür. Vitamin B
5
-in təyini vərəm
əleyhinə preparatların ototoksiki fəsadlarının qarşısını alır.
Periferik sinirlərin zədələnməsi. Periferik sinir sisteminin zədələnməsi ən çox
aminoqlikozidlər, izoniazid, tiamidlər, ftorxinolonlar, sikloserin, etambutol,
delemanid, bedaqulin və linolazidin qəbulu zamanı baş verir. Şəkərli diabet, İİV,
alkoqolizm, hipotireoz, digər dərman vasitələrinin qəbulu (difenin, amiadaron,
dapson, bəzi xərçəng əleyhinə dərmanlar), həmçinin B qrup vitaminlərin və fol
turşusunun çatışmazlığı periferik neyropatiyalara səbəbi ola bilər. Sinir keçiriciliyinin
pozulması nəticəsində baş vermiş neyropatiyaları klinik əlamətlər əsasında müəyyən
etmək olar. Neyropatiyanın simptomlarına aşağı ətraflarda müşahidə olunan
52
hissiyatın pozulması (keyimə, iynə batma, yanma, ağrı hissi, isti-soyuq hissiyyatının
itirilməsi) eləcə də, yerimənin pozulması, zəifləmə, vətər reflekslərinin zəifləməsi və
ya olmaması aiddir. Bəzən yuxarı ətraflarda və bədənin digər hissələrində də
həssaslıq pozğunluqları müşahidə oluna bilər.
Vərəm dərmanları ilə müalicə zamanı piridoksinin biotransformasiyası
pozulur. Odur ki, vərəm əleyhinə dərmanlardan izioniazid mərkəzi və periferik sinir
sistemində bir sıra pozğunluqlar əmələ gəlir. Bunun qarşısını almaq üçün müalicə
zamanı vitamin B
6
- piridoksin istifadə olunmalıdır. İzoniazidin yaratdığı
neyrotoksiki təsirinin korreksiyası göstərilən sxem üzrə aparılır: - vena daxilinə 4,0
qr piridoksin hidroxlorid yeridilir, ardınca per os 30 dəq fasilələrlə 1,0 qr təyin edilir.
Piridoksin hidroxloridin daxilə qəbul edilən dozası izoniazidin sutkalıq dozasına
çatdırılmalıdır. Vitaminoterapiyanın aparılması xroniki alkoqolizm və şəkərli
diabetdən əziyyət çəkən xəstələrdə xüsusilə vacibdir. Vitamin B
6
izoniazid
pirazinamid, PAST, etionamidin neqativ təsirinin qarşısını alır.
Piridoksinin profilaktik təyinindən başqa, xəstələrdə vitamin çatışmazlığının
qarşısını almaq məqsədilə vitaminlərlə zəngin qidalanma da təmin edilməlidir.
Periferik neyropatiya diaqnozu qoyulduqda onun mümkün olan digər səbəblərini
yadda saxlamaq lazımdır.
Neyropatiyanın simptomatik müalicəsinə fızioterapiya və triqliserid
antidepressantlar (əks göstəriş olmadığı halda) aiddir. Antidepressantların qəbulu
kiçik dozalardan başlayır, məsələn, 25 mq amitriptilin yatmazdan əvvəl, müalicənin
nəticəsini ən azı bir həftə gözləmək lazımdır. Effekt olmadığı halda dozanı
yatmazdan əvvəl 75 mq-a qədər artırmaq lazımdır. Trisiklik antidepressantların təsiri
olmadığı halda qabapentin təsirli ola bilər (400 - 1200 mq gündə üç dəfə). Spesifik
dərmanların parenteral qəbulu zamanı trisiklik antidepressantların təyinindən əvvəl
elektrolitlərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır. Müalicə zamanı MBT-nin
kapreomisinə qarşı həssaslığı qorunduğu halda bu preparatın işlədilməsi önəmlidir.
Kimyəvi terapiya rejimi əhəmiyyətli dərəcədə pozulmadıqda səbəbkar dərmanın
sxemadan çıxarılması məsləhətdir.
Qıcolmalar – mərkəzi sinir sisteminin vərəmlə zədələnmələri zamanı və eləcə
də, spesifik dərmanlardan sikloserinin, izoniazidin, ftorxinolonların və imipenin
qəbulu nəticəsində baş verə bilər. Hipokaliemiya, elektrolit tarazlığının pozulması,
hipoksemiya, alkoqol abstinensiyası sindromu, bəzi dərmanların istifadəsi (penisillin,
triqliserid preparatlar), uremiya və qaraciyər funksiyasının pozulması və s.
qıcolmaya səbəb ola bilər. Qıcolma baş beyinin patoloji elektrik aktivliyinin
təzahürüdür. Diaqnoz klinik göstəricilər əsasında elektroensefaloqrafıya aparılmadan
qoyulur. Klinik simptomlara huşun itirilməsi, əzələlərin zəifliyi və ya qeyri-iradi
53
qıcolmalar, sidiyin və nəcisin saxlanılmaması, tutmadan sonra huşun pozulması və ya
yuxululuq aiddir. Diaqnoz qoyulduqdan sonra qıcolmaların səbəblərini müəyyən
etmək lazımdır.
Epilepsiyaya qarşı dərman vasitələrini qəbul edən xəstələrdə tutmaların
profılaktikası məqsədi ilə müalicədən əvvəl - piridoksinin təyini (150-200 mq/gündə)
və eləcə də, bütün müalicə kursu boyu qan zərdabında preparatın konsentrasiyasına
nəzarət lazımdır. Bəzi tutmalar vərəm əleyhinə dərmanların (izoniazid, sikloserin
və ftorxinolonlar) qarşılıqlı təsir yaratması ilə əlaqədardır.
Qıcolmanın digər səbəblər istisna edildikdə tutmalar baş verdikdə epilepsiyaya
qarşı terapiyanı başlamaq lazımdır. Şübhə edilən spesifik dərmanlar müalicə
rejiminin əsas komponenti deyilsə, onun qəbulunun dayandırılması və digər
preparatın təyini tələb olunur. Şübhə edilən spesifik dərmanların qəbulunun
dayandırılması qeyri mümkün olduğu halda, onun istifadəsini xəstənin epilepsiyaya
qarşı preparatların qəbulu fonunda vəziyyət sabitləşdikdən sonra bərpa etmək olar.
Terapiyaya adətən qıcolmalara qarşı prepartlardan biri ilə aparılır: məsələn
benzobarbital (benzonal) - 0,1-0,2 q gündə 3 dəfə yeməkdən sonra; bariant - valproy
turşusu, yemək zamanı və ya dərhal sonra 0,3-0,6 q gündə, sonra 1-2 həftə ərzində
dozanın 0,9 - 1,5 q-dək artırılması ilə. Qıcolmalara qarşı belə müalicə vərəmin
müalicəsinin bütün kursu zamanı davam etdirilməlidir. Müalicə kursu başa çatdıqdan
sonra epilepsiayaya qarşı terapiyanı dayandırmaq olar. Qıcolmalar davam etdikdə
səbəbkar dərmanın qəbulu dayandırılmalıdır. Piridoksinin gündəlik dozasının
maksimuma çatdırılması (200 mq) lazımdır. Qıcolmaya səbəb olan dərman
kombinasiyada əsas sayıldığı halda onun aşağı dozada qəbulu mümkündür.
Anamnezində qıcolma tutmaları olan xəstələr vərəmin müalicəsi zamanı yüksək risk
qrupu sayılırlar.
Qıcolma əleyhinə aparılan terapiyaya baş beyni, dili və tənəffüs yollarını
travmadan qoruyan əsas vasitədir. Yaranan bu əlavə təsiri təcili aradan qaldırmaq
üçün oksigen terapiyası, qıcolma əleyhinə preparatların vena daxili və ya əzələ daxili
yeridilməsi lazımdır. Qıcolma zamanı bu əlavə təsiri yaradan kimyəvi preparatın
qəbulu təcili dayandırılmalıdır.
Depressiya və digər psixi pozğunluqlar. Depressiya - fərdin normal fizioloji
və funksionlar fəaliyyətini məhdudlaşdıran müxtəlif simptomlarla səciyyələnir ki, bu
simptomlara kefsizlik, ətrafa marağın itməsi, gücsüzlük, nitq, düşünmə, hərəkət kimi
psixomotor reaksiyaların zəifləməsi, yuxunun və iştahanın pozulması, günahkarlıq,
əlacsızlıq və ümüdsizlik hissinin yaranması, fikrin cəmləşdirilməsi qabiliyyətinin
itirilməsi aiddir. Psixotik simptomlar və özünə qəst fikirləri də mümkündür. Xəstəlik
adətən, iki və daha çox həftə qalan simptomlara diqqəti cəlb edir.
54
Sikloserin,
izoniazid,
ftorxinolon,
etionamid,
imipenen
və
amoksisillin/klavulan turşusunun qəbulu zamanı xəstələrin əhval-ruhiyyəsi dəyişə
bilər, lakin depressiya ilk növbədə sikloserinin qəbulu ilə əlaqələndirilir. Sosial-
iqtisadi şərait (yoxsulluq, sosial təcrid olunrna, ailədə zorakılıq və s.) və xroniki
xəstəliklər də depresiyaya səbəb ola bilər. Psixososial amillər hipotireoz, alkohol və
narkotik asılılıq (o cümlədən benzodiazepinlərin qəbulu) da depressiyaya səbəb ola
bilər. Ona görə də, depressiya zamanı xəstənin müalicə yollarının müəyyən edilməsi
zamanı depressiyaya təkan verən digər amillər, o cümlədən, psixososial amillərin
müəyyən edilməsi vacibdir. Ənənəvi psixoterapiya üsullarından istifadə etmək
lazımdır, o cümlədən, dəstək qrupları, tibb işçilərinin intensiv müşahidəsi və xəstənin
ailə üzvlərinin dəstək zamanı əsas rol oynayır. Hallusinasiya və aqressiya yarandıqda
təcili olaraq əzələ və ya venadaxili halloperidol yeridilməli, göstəriş olduqda, bu
terapiyanı hər saat təkrarlamaq lazımdır. Həyəcan yarandıqda benzodiazepin təyin
edilir. Belə əlavə təsirlər olan xəstələrin psixoterapiyası bütün vərəm əleyhinə
aparılan müalicə kursunda vacibdir. Bu simptomlar, adətən ötüb keçən xarakter
daşıyır.
Xəstədə kəskin aqressivliklə və ətrafdakıların təhlükəsizliyinə təhlükə
yarandıqda, suisid meylləri əmələ gəldikdə, xəstənin müşahidəsinə psixiatr cəlb
olunmalı və xəstənin psixiatrik stasionara yerləşdirilməsi məsələsi nəzərdən
keçirilməlidir. Davamlı depressiya səbəbindən vərəm əleyhinə dərman vasitələrinin
qəbulunun dayandırılması nadir halda gündəmə gəlir. Müalicə önü depresiyanın
olmasına şübhə yarandığı halda spesifik dərmanların təyini haqqında düşünmək
lazımdır. Psixiki pozğunluqlar psixoz şəkilində müşahidə olunur.
Spesifik dərmanlardan sikloserin izoniazid, ftorxinolonlar və tiamidlər psixoza
da səbəb ola bilər. Psixozlar psixi proseslərin pozulmasını və ya ətraf reallıqla
əlaqənin itirilməsini əks etdirən simptomlarla təzahür edir. Eşitmə və görmə
halusinasiyaları, paranoya, katatoniya, sayıqlama və davranış pozuntuları psixozların
əsas simptomlarındandır. Tibb işçiləri psixotik vəziyyətləri müəyyən etməyə qadir
olmalıdır, çünki ilkin mərhələlərdə psixozlar daha rahat müalicə olunur.
Psixotik əlamətlərə sosial və psixoloji problemlər, hipotireoz eləcə də digər
preparatların (benzodiazepin bəzi antidepressantlar) yanaşı təsiri, narkotiklərin
istifadəsi və alkoqoldan sui istifadə səbəb ola bilər.
Piridoksinin profilaktik qəbulu spesifik dərmanların yanaşı təsirlərindən olan
nevrotik və psixotik əlamətlər riskini azaldır. Sikloserin qəbul edənlər üçün
piridoksinin adi dozası gündə 150 mq təşkil edir.
Psixoz diaqnozu müəyyən edildikdən sonra spesifik dərmanların təsirindən
başqa ona səbəb olan digər amilləri də aydınlaşdırmaq lazımdır. Psixiatrın məsləhəti
55
və gündəlik, daimi nəzarət, suisid əhval-ruhiyyəsi və ətrafdakılara qarşı zorakılıq
meylləri kimi qabarıq simptomları olan xəstələrin isə xəstəxanaya yerləşdirmə
məsələsini həll etmək lazımdır. Psixozun müalicəsinə ən ilk simptomlar əmələ
gələndə başlamaq lazımdır. Bu zaman ilkin olaraq vena daxili 1-5 mq haloperidol
sonra daxilə yeməkdən yarım saat əvvəl və ya parenteral verilir. İlkin gündəlik doza-
0,5-5 mq 2-3 dəfəyə, sonra tələb olunan terapevtik təsirin əldə edilməsi üçün dozanın
tədricən 0,5-2 mq artırmaqla (davamlı formalarda 2-4 mq artırılması), maksimal
gündəlik doza - 100 mq, orta gündəlik doza - 10-15 mq olmaqla təyin edilir. Müalicə
zamanı neyroleptiklərdən istifadə olunmalıdır. Psixoz əleyhinə dərmanlara klozapin,
tioridazin (sonapaks), aminazin də aiddir. Psixoza şübhə olduqda səbəbkar dərmanın
dozasının azaldılması və ya dayandırılması mümkündür.
İlkin sabitləşmə dövründə sikloserin qəbulu dayandırılmalı və psixoz
əlamətləri itəndən sonra aşağı dozalarla bərpa edilməlidir. Bəzi xəstələr pisxozu pis
keçirdiklərinə görə sikloserini təkrar qəbulu mümkün olmur. Belə hallarda müalicə
sxeminə digər spesifik dərmanların daxilməsi lazımdır. Simptomlar kəsildikdən sonra
psixozun müalicəsini dayandırmaq olar. Sikloserinin qəbulu davam etdiriləcəkdirsə,
bəzi xəstələrə vərəmin müalicə kursu boyu antipsixotik preparatların verilməsi tələb
olunacaq. Belə hallarda psixozun müalicəsi vərəmin müalicəsi başa çatdıqdan sonra
dayandırıla bilər.
Baş ağrıları. Lokal və yayılmış baş ağrıları spesifik dərmanlarla terapiyanın
ilk ayları zamanı baş verir. Psixi və sosial problemlər baş ağrılarının əmələ gəlməsinə
təkan verir. Tərkibində sikloserin olan sxemilərin istifadəsi zamanı, terapiyanın
əvvəlində əmələ gələn baş ağrısının, yuxu pozğunluqlarının qarşısının alınması üçün,
ilkin olaraq dərmanlar aşağı dozalarda (250-500 mq) təyin olunur, sonra tədricən bir-
iki həftə ərzində tam terapevtik dozaya qədər artırılır.
Adi baş ağrıları qeyri-steroid iltihab əleyhinə dərman vasitələri ilə müalicə
olunur. Onların qeyri-effektivliyi zamanı isə trisiklik antidepressantlar və ya kombinə
edilmiş dərman vasitələrindən kodein əlavələri ilə iltihab əleyhinə dərmanlar təyin
olunur.
Dəridə qaşınma. Spesifik dərmanlarla müalicə zamanı dəri qaşınmalarına
kifayət qədər tez-tez rast gəlinir. Onlar əsasən təhlükəli deyil, yüngül keçirilir, lakin
xəstələk hərdən əziyyətli və hətta təhlükəli də ola bilər. Elektrolit tarazlığının
pozulması və periferik sinirlərin zədələnməsi dəri qaşınmaları şəkilində özünü biruzə
verir. Ona görə də dəri qaşınmaları zamanı bunu nəzərə almaq lazımdır. Dəri
qaşınmaları şəkilində baş verən əlavə təsirlərin yüngünlləşdirilməsinin əsas yolu ona
səbəb olan preparatın dozasının azaldılması və sonralar dozanın tədricən bərpa
edilməsidir.
56
QİÇS-ə assosiasiya olunmuş vərəmli xəstələrində vərəmin proqrevsivləşməsi
ilə əlaqədar əlavə reaksiyaların yaranması problemi daha qabarıq şəkildə müşahidə
olunur. Vərəm və QİÇS olan xəstələrdə bir qayda olaraq, əlverişli olmayan virus
hepatiti (əasasən hepatit C və ya hepatit B+C), visseral kandidoz və digər
xəstəliklərlə səciyyələnən komorbid fona təsadüf edilir. Bu isə antiretrovirus və
vərəm əleyhinə terapiya yanaşı aparıldıqda xüsusən vərəm preparatlarının yaratdığı
əlavə təsirlərin daha sürətlə inkişafına səbəb olur. Vərəm və QİÇS olan xəstələrin
38.9 % hissəsində vərəm əleyhinə preparatların yaratdığı əlavə təsirlərin arasında
ototoksiki ağırlaşma müşahidə olunur. Müasir tədqiqatlar göstərirk ki, bu zaman
aparılan antivirus terapiyası erkən dövrlərdə immunitetin bərpasına və vərəm
infeksiyasının gedişini zəiflətsə də yanaşı toksiki reaksiyaların inkişaf riskini
artırır.
57
Mündəricat
Vərəm əleyhinə dərmanların qısa xarakteristikası......................................................
3-32
Birinci sıra dərmanlar.....................................................................................................
5-15
izoniazid.........................................................................................................................
5
rifampisin........................................................................................................................
8
Rifabutin............................................................................................................................
11
etambutol........................................................................................................................
12
pirazinamid.....................................................................................................................
13
İnyeksion vərəm əleyhinə dərmanlar............................................................................
15-19
Streptomisin......................................................................................................................
15
Kanamisin sulfat………………………………………………………...........................
17
Kapreomisin……………………………………………………………………………
18
Ftorxinolonlar…….………………………………………………………………….
19-25
Ofloksasin………………………………………………………………......................
20
Siprofloksasin…………………………………………………………………………
21
Lelvofloksasin…………………………………………………………………………
22
Moksifloksasin………………………………………………………….......................
23
Ikinci sıra vərəm əleyhinə dərmanlar........................................................................
25-28
Etionamid……………………………………………………………….......................
25
Protionamid……………………………………………………………………………
26
Sikloserin……………………………………………………………………………...
26
PAST………………………………………………………………………………….
27
Dərmana davamlı vərəmin müalicəsində istifadə olunan yeni preparatlar..........
28-32
Revomisin……………………………………………………………………………..
29
Linezolid………………………………………………………………………………
29
Klofazemin……………………………………………………………………………
29
Amoksisillin/Klavulanat………………………………………………………………
29
İmipenem/Cilastin və Meropenem…………………………………………………….
30
Klaritromisin..................................................................................................................
30
Bedaquilin......................................................................................................................
31
Delamanid......................................................................................................................
32
Vərəm əleyhinə dərmanların əlavə təsirlərinin aradan qaldırılması........................
32-56
Dərman vasitələrinin əlavə təsirinin formaları..............................................................
32-39
Elektrolid mübadiləsinin pozulması..............................................................................
40
Hipotireoz......................................................................................................................
44
Qastrit və ya mədə-bağırsaq sisteminin çatmamazlıqları..............................................
44
Qaraciyər zədələnmələri................................................................................................
46
Böyrəklərin zədələnməsi...............................................................................................
49
Sümük-əzələ sistemi tərəfindən simptomlar..................................................................
50
Sinir sisteminin zədələnməsi.........................................................................................
51
Eşitmənin zədələnməsi..................................................................................................
51
Periferik sinirlərin zədələnməsi.....................................................................................
51
58
Qıcolmalar.....................................................................................................................
52
Depressiya və digər psixi pozğunluqlar.........................................................................
53
Baş ağrıları.....................................................................................................................
55
Dəridə qaşınma..............................................................................................................
55
Mündəricat.....................................................................................................................
57-58
Dostları ilə paylaş: |