29
vasitələrinə qarşı davamlılıq müşahidə olunduqda adekvat müalicə sxemasının
tətbiqi zamanı istifadə olunur. Bu dərmanlara Makrolidlər - Rovomisin, Linezolid,
Klofazemin, Amoksisillin / Klavulanat, İmipenem, Klaritromisin, Bedaquilin,
Delamanid və s. aiddir.
Makrolidlər müxtəlif növ mikobakteriyalarda antibakterial aktivliyə malik
preparatlardır. Makrolidlərin təsirinin effektliyi toxumanın pH –dan asılıdır. Belə ki
, preparatlar neytral və qələvi mühitdə effektli təsir göstərirlər. Bu isə preparatın
makrofaqların daxilində mikobakteriyalara təsir etdiyini göstərir.
Rovomisin - makrolidlər içərisində təhlükəsiz preparat sayılır. Sübut
olunmuşdur ki, bu preparat vərəmin müalicəsi zamanı yanaşı infeksiyanın qarşısının
alınmasına xidmət edir. Sutkalıq dozası 3.0 ml olmaqla gündə 2-3 dəfə 5-10 gün
ərzində müalicə aparılır. Yeganə makrolid preparatdır ki, hamiləlik zamanı istifadə
etmək mümkündür.
Linezolid (Lzd) – mikobakteriyaya bakteriosid təsir göstərir. Çox hallarda çox
dərmana davamlı vərəmin müalicəsində əsas preparat kimi istifadə olunur.
Preparatın qəbulu zamanı əlavə təsirlərinə mielosupresiya (anemiya, leykopeniya,
trombositopeniya), periferik neyropatiya və laktoasidoz aiddir. Ədəbiyyatdan
məlumdur ki, linezolid qəbulu zamanı periferik neyropatiya və görmə sinirinin
zədələnməsi halları müşahidə oluna bilir. Hətta multirezistent və polirezistent vərəm
xəstələrinin bu preparatla müalicəsi zamanı görmənin tam itməsi hallarına da təsadüf
edilməsi mümkündür. Hemoqlobinin səviyyəsi 8 q/l-dən az, trombositlərin səviyyəsi
50000 mm
3
–dan az olduqda preparatın qəbulu məsləhət olunmur. Preparat 10
yaşından aşağı uşaqlara 10 mq/kq dozada sutkada iki dəfə olmaq şərti ilə, 10 yaşdan
böyük uşaqlara sutkada 300 mq (600 mq –dan çox olmamaq şərti ilə) təyin oluna
bilər. Yaşlı xəstələrə gündəlik doza 600 mq təşkil edir. Ciddi əks təsir əlamətləri baş
verdikdə doza 300 mq-a qədər azaldılır.
Klofazemin (Cfz) – təsir mexanizması tam tədqiq edilməsə də bəzi ölkələrdə
vərəmin müalicəsində tətbiq olunur. Preparatın qəbulu zamanı əlavə təsirlərə - işığa
həssaslıq,
dəri
piqmentasiyasının
pozulması,
mədə-bağırsaq
sisteminin
pozğunluğuna dair əlamətlər, elektrokardiqrafiyada QT dişinin uzanması müşahidə
olunur. Klofamizinin tətbiqi zamanı dermatit şəklində yaranan allergik reaksiyalara
daha çox təsadüf edilir. Gündəlik doza 2-3 mq/kq bir dəfəyə qəbul olunur.
Amoksisillin/Klavulanat (Amx/Clv) Beynəlxalq adı amoxicillin clavulanik
acid adlanır. Hər bir tabletkanın tərkibində trihidrat şəklində 875 mq amoksisillin və
125 mq kalium duzu şəkilində klavula turşusu (7:1 nisbətində) vardır. Preparat
əsasən vərəm zamanı prosesə qoşulmuş ikincili infeksiyanın ləğv edilməsinə
köməklik göstərir. Amoksiklavın təyininə uşaqlarda və böyüklərdə aşağıdakı
30
infeksiyaların olması göstərişdir: təyin olunmuş kəskin bakterial sinusit; kəskin
orta otit; düzgün təyin olunmuş xroniki bronxitin kəskinləşməsi; xəstəxanadan kənar
pnevmoniya; sistit; pielonefrit; dəri və yumşaq toxumaların infeksiyaları, o
cümlədən dərialtı toxumanın iltihabı, heyvanların dişləməsi nəticəsində yaraların
əmələ gəlməsi; dişin yayılmış fleqmona ilə müşayiət olunan ağır absesi; sümük və
oynaq infeksiyaları, o cümlədən osteomielit.
Hamiləlik zamanı və qara ciyər çatmamazlığı əlamətləri müşahidə olunarkən
preparatın istifadə edilməsi arzu edilməzdir.
Çəkisi 40 kq –dan yüksək olan uşaqlara və yaşlılara sutkada 2 dəfə qəbulu
zamanı 1750 mq amok
sisillin və 250 mq klavulan turşusu, 3 dəfəyə qəbulda isə
2625 mq amoksisillin və 375 mq klavulan turşusu verilir. Bədən çəkisi 40 kq-dan
aşağı olan uşaqlara sutkada amoksisillin 1000-2800 mq, klavulan isə 145-400 mq
səviyyəsində təyin olunur.
Preparatın qəbulu zamanı tez-tez rast gəlinən arzu olunmaz reaksiyalara:-
diareya, ürəkbulanma və qusma, dəri və selikli qişaların kandidozu, qan və limfa
sistemində
pozğunluqlar
(leykopeniya,
neytropeniya,
trombositopeniya,
aqranulositoz, hemolitik anemiya, qanaxma müddətinin və protrombin müddətinin
uzanması), immun sistemdə pozğunluqlar (angionevrotik ödem, anafilaksiya, allergik
vaskulit), sinir sistemində pozğunluqlar (baş gicəllənmə, baş ağrısı, hiperreaktivlik,
qıcolmalar), qara ciyər və ödcıxarıcı yollarda pozğunluqlar (hepatit, xolestatik
sarılıq), allergik reaksiyalar və s. aiddir.
İmipenem/Cilastin və Meropenem. Karpopenemlər (imipenem və
meropenem) vərəm əleyhinə aktivliyə malik olan və cuzi kliniki effektlik yarada
bilən dərman vasitəsidir. Mərkəzi sinir sisteminin xəstəlikləri olan uşaq və
yeniyetmələrdə meropenemdən istifadəyə üstünlük verilir. Belə ki, bu preparatın
qəbulu zamanı qıcolma tutmaları az müşahidə olunur. Imipenem proksimal böyrək
yumaqcıqlarında dipeptidazanın təsirindən tez parçalandığından o dipeptidaza
inqibitoru olan silastinlə birgə istehsal olunur. Meropenem böyrək dipeptidazasının
təsirinə davamlı olduğundan çialistin ilə birgə istifadə olunmur. Hər iki preparata
tablet şəklində istehsal olunan cilastin əlavə olunduqda effektlik yüksəlir. Böyüklər
üçün normal doza gündə 875/125 mq 2 dəfəyə və ya 500/125 mq gündə 3 dəfəyə
təyin olunur.
Klaritromisin (Clr) (dromilid, klasid). Bu preparat bakteremiya zamanı
tətbiq olunur. Mikobakterium aviumla və QİÇS xəstələrdə sutkada 1 qr olmaqla 2
dəfəyə 6 və daha çox ay tətbiq olunur. Hətta klaritromisin monoterapiya şəklində
tətbiq olunarkən mikobakteriya ifrazının dayanmasına səbəb olur.