9
mq/kq təyin olunur. Adətən, sutkada 450-600 mq birdəfəlik, yeməkdən 30-60 dəqiqə
əvvəl (yaxud da 2 saat səhər yeməyindən sonra) qəbul olunur. Böyrək çatışmazlığı
zamanı 600 mq-a qədər olan dozada korreksiyaya ehtiyac yoxdur. Rifampisin vena
daxilinə yeridilərkən inyeksiya olunan gün hazırlanır. Preparat 10 ml steril suda həll
olunur, inyeksiya üçün əldə olunmuş məhlul 1 ml-də 60 mq olur və 24 saata qədər
otaq temperaturunda saxlanıla bilər. İnfuziyadan dərhal əvvəl onu 100 ml 0,9%- li
Natri xlorda həll edirlər, infuziyanın köçürülmə müddəti 30 dəqiqə olur. Göstərilən
doza (0,3- 0,45- 0,6 mq) 5 %-li qlükoza məhlulunda həll edilərək vena daxilinə
yeridilə bilər. Həledicinin miqdarı 500 ml olduqda isə infuziyanın müddəti 3 saatdır.
Bu məhlullar qəbul olunmaq üçün 4 saat ərzində yararlıdır. Bundan sonrakı dövrdə
antibiotikin çökməsi (presipitasiya) başlaya bilər. Yağlı yemək rifampisinin qanda
konsentrasiyasını aşağı salır. Rifampisin hər gün və yaxud da həftədə 3 dəfə qəbul
oluna bilər. Preparat ancaq izoniazid və digər vərəm əleyhinə tuberkulostatiklərlə
birlikdə istifadə olunur. Qəbul olunma müddəti məhdudlaşmır - 6-9 ay ola bilər.
Daxilə ac qarına qəbul etdikdən sonra dərman mədə - bağırsaq sistemindən sorularaq
toxumaarası mayelərdə həll olub toxumalara yayılır. Yeməklə birlikdə qəbul
olunarkən isə, əksinə, zəif sorulur. Əgər preparat ac qarına qəbul olunursa,
konsentrasiyası 2 saat sonra, yeməkdən sonra qəbul olunursa 4 saat sonra
maksimuma çatır. Absorbsiyadan sonra rifampisin sürətlə öddə yığılır və 6 saat sonra
bütün qəbul olunmuş doza toplanır, asetilləşmiş formada öddə yığılır. Metabolit
rifampisin antibakterial aktivliyini saxlayır.
Rifampisin 60-90% halda zülalla birləşir. Lipidlərdə həll olunur. Birləşməmiş
preparatın böyük bir hissəsi ionizasiyaya uğramır, ona görə də toxumalarda bərabər
formada çox rahat yayılır, xeyli hissəsi haram iliyinin mayesinə daxil olur.
Rifampisin ağciyər toxumalarında yığılma qabiliyyətinə malikdir və uzun müddət
kavernalarda konsentrasiyanı saxlaya bilir (0,45 qr preparatın qəbulundan 12 saat
sonra kaverna divarında miqdarı 1,8 mkq/ml-ə çatır). İntensiv şəkildə preparatın
seliyə, sidiyə, göz yaşına keçməsi onların rəngini qırmızı rəngə çevirir, rəngləyir (göz
kontakt linzalarını keçib getməyən qırmızı rəngə boyaya bilər). Vena daxilinə
yeridərkən (300-600 mq 30 dəqiqə ərzində) onun konsentrasiyası plazmada 9-17
mkq/ml-ə çatır. Təkrar qəbul olunarkən rifampisinin xaric olma sürəti artır (yarım
xaric olma dövrü 2,5 saata qədər azalır). Preparatın bakteriostatik aktivliyi 0,1-1,0
mkq/ml-dir. Preparat 15%-ə qədər dəyişi1məmiş formada sidiklə xaric olur.
Preparatın qəbulu dayandırıldıqdan sonra öddə və sidikdə 60 saata qədər onu aşkar
etmək olar. Preparatın qəbuluna 15 gün fasilə verildikdə dərmana davamlıq tez baş
verir.
10
Preparat yaxşı qəbul olunur. Bəzən bağırsaq pozğunluqları müşahidə olunur.
Qanda bilirubinin, transaminazanın miqdarı yüksəlir. Bəzən xəstələrdə toksiki
hepatit inkişaf edə bilər. Preparatın qaraciyərdə və öddə konsentrasiyası toksiki
hepatitin yaranma ehtimalını artırır. Odur ki, mütəmadi olaraq qanın biokimyəvi
analizlərinə nəzarət etmək lazımdır, yəni qaraciyərin funksiyası yoxlanılmalıdır.
Transaminazalann səviyyəsi və öd piqmentləri mübadiləsi zamanı, qaraciyər tərəfdən
azacıq reaksiyanın olması rifampisinin müalicəsinin dayandırılmasına əsas vermir.
Məlumdur ki, antibiotik qaraciyər tərəfindən bilirubinin tutub saxlanmasına imkan
yaradır və onun xaric olmasını pozur. Ona görə də müalicənin başlanğıcının 2-3-cü
həftəsində plazmada birləşmiş və sərbəst bilirubinin konsentrasiyasının artmasına
səbəb ola bilər. Ədəbiyyatda cəmi bir neçə halda ölümlə nəticələnən medikamentoz
hepatitin yaranması məlumdur. Hipoalbuminemiya birləşməmiş rifampisinin
miqdarının artması hesabına qaraciyərin zədələnməsi riskini artırır. Son illər
rifampisinin törətdiyi immunoallergik fəsadlar haqqında daha çox məlumat əldə
edilmişdir. Bu zaman yaranan allergiyanın klinikası daha müxtəlif olur. Xəstələrdə
hərarətin yüksəlməsi, zökəm, oynaqlarda ağrılar, psevdoqrippoz hal, mədə-bağırsaq
sistemində və ağ ciyərlərdə baş verən patoloji dəyişikliklər müşahidə olunur. Yuxarı
tənəffüs yollarının iltihabının və qripin müalicəsi effektsiz olur. Eyni zamanda,
göstərilən hallar rifampisin qəbulunu kəsdikdən 4-6 saat sonra ötüb keçir.
Rifampisinin törətdiyi allergik reaksiyalara nadir hallarda rast gəlinən
trombositopenik purpura və ya eritrositlərin immunoallergik hemolizini də göstərmək
olar. Belə ağır fəsadın yaranmasını qanda antirifampisin antitellərinin yaranması
ilə əlaqələndirirlər. Vərəm əleyhinə preparatlar tənəffüs orqanlarında da toksiki
zədələnmələr törədə bilərlər. Əksər hallarda əlavə təsiri spesifik prosesin
fəallaşmasından fərqləndirmək mümkün olmur. Antibakterial preparatlar alveolyar
makrofoqların aktivliyini 28 dəfə, interstisial makrofaqların aktivliyini 4 dəfə azaldır.
Həmçinin, rifampisinin ağ ciyər hüceyrələrinə toksiki təsiri haqqında məlumat vardır.
Bu preparat limfosit və alveolyar makrofoqlar arasında təması pozur. Vərəm
xəstələrində rifampisin ağ ciyər kapillyarlarının rezistentliyini azaldaraq qanhayxırma
və ya ağ ciyər qanaxması kimi ağırlaşmalara səbəb olur.
Rifampisin böyrəklərdə və qismən öddə metabolizmə uğrayır və orqanizmdən
xaric edilir. Öddə toplanaraq ödü qatılaşdıra bilir. Bu da öd çıxarıcı yolların
obturasiyası və xolestatik sarılığın inkişafı ilə nəticələn xolestatik pozğunluqlara
gətirib çıxarır. Preparat qara ciyərdəki fermentativ prosesləri sürətləndirir və
qlukokortikoidlərin, esterogenlərin, antikoaqulyantların, vena daxilinə yeridilən
kontrast maddələrin və bir sıra antiretrovirus preparatların inaktivləşməsini