Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

35 

 

reaksiyaları, sideroblastik anemiya,  mədə-bağırsaq pozuntuları, diabetin ağırlaşması, 



böyrəklərin  zədələnməsi və mioqlobinuriya ilə rabdomioliz  və s. aiddir. 

Etambutolun  təyini  zamanı  eritrositlərin  hemolizi,  dəridə  səpkilər  kimi  əlavə 

təsirlərlə  yanaşı  artralgiyalar,  mədə-bağırsaq  pozuntuları,  nadir  rast  gələn  periferik 

nevropatiya, hepatit, retrobulbar nevrit və s. kimi  yanaşı təsirlər baş verə bilər.   

Streptomisin  qəbulu  zamanı  tez-tez  baş  verən  yanaşı  təsirlərə  vestibulyar 

pozuntular,  oto  və  nefrotoksik  təsirlər,  dərinin  hiperhəssaslığı,    nadir  rast  gəlinən 

yanaşı  təsirlərə  isə  ineksiya  yerində  ağrı  və    bərkimə,  dəridə  səpki  və  batma  hissi, 

ağız ətrafında hissiyyatın itməsi  və s. aiddir. 

Kanamisin,  amikasin,  kapreomisin,  viomisin  qəbulu  zamanı  tez-tez  baş  verən 

yanaşı təsirlərə vestibulyar pozuntular, eşitmə sinirinin zədələnməsi, nefrotoksik təsir, 

elektrolit pozuntular, yeridilmə yerinin ağrılığı,  nadir rast gəlinən yanaşı təsirlərə isə  

dərinin hiperhəssaslığı,  kliniki qabarıq böyrək çatışmamazlığı, periferik neyropatiya, 

ototoksik təsir  və s. aiddir. 

Etionamid  və  protionamidin  tez-tez  baş  verən  yanaşı  təsirlərinə  qastroenterit 

(anoreksiya,  ürək  bulanma,  qarın  ağrıları,  ishal),  hepatit,  nadir  rast  gələn 

ağırlaşmalarına  isə    pellaqrayabənzər  hal,  konvulsiyalar,  psixi  pozğunluqlar, 

impotensiya, hipotireoz,  ginekomastiya və s. aiddir.    

Ftorxinolonların  qəbulu zamanı tez-tez baş verən yanaşı təsirlərə  qastroenterit 

(anoreksiya,  ürək  bulanma,  qusma),    baş  ağrıları,  yuxusuzluq,    dərinin  işığa 

həssaslığının  artması,  dəridə  səpki,  vaginit,      nadir  rast  gəlinən  yanaşı  təsirlərə  isə   

artralgiya,  həyəcan,  baş  fırlanma,  baş  ağrıları,  konvulsiyalar,  axil  vətərin  cırılması, 

nefrit, qıcolma tutmaları  və s. aiddir. 

Sikloserin qəbulu zamanı tez-tez baş verən yanaşı təsirlərə baş gicəlləmmə, baş 

ağrıları,    depresiyalar,  psixozlar,  tremor,  konvulsiyalar,  nadir  rast  gəlinən  yanaşı 

təsirlərə isə  suisidal əhval, həssaslığın artması, hepatit    və s. aiddir.  

PASK  qəbulu  zamanı  tez-tez  baş  verən  yanaşı  təsirlərə  qastroenterit 

(anoreksiya,  ürək  bulanma,  qusma),  allergik  reaskiyalar  (hərarət,  dəridə    səpki, 

qaşınma),    nadir  rast  gəlinən  yanaşı  təsirlərə  isə  hipotireoz,  hemotoloji  reaksiyalar, 

hepatit, elektrolit mübadiləsinin pozulması  və s. aiddir. 

 Belə  hesab  edirlər  ki, klofamizinin    tətbiqi  zamanı  dermatit  şəklində  yaranan 

allergik reaksiyalara daha çox təsadüf edilir. Vərəm əleyhinə aktivliyi bəlli olmayan 

digər  antibiotiklərdən  linezolid,  imepenem,  amoksiklavın  istifadəsi  zamanı  analoji 

hallara daha çox rast gəlmək mümkündür.  

Dərmanlara  qarşı  allergiyanın  təyini  üçün  müxtəlif  biokimyəvi  testlər 

mövcuddur  ki,  bunlara:  qanda  histamin  və  serotoninin,  sidikdə  katexolaminlərin 

miqdarının,  qluko  və  mineralokortikoidlərin  qarşılıqlı  təsirinin  təyini  və  s.  aiddir. 




36 

 

Lakin,    qeyd  etmək  lazımdır  ki,  allergik  testlər  mürəkkəb  və  bahalı  olduğundan 



kiliniki  praktikada  tətbiqi  əlverişli  deyil,  eləcə  də    biokimyəvi  reaksiyalar    lazımı 

qədər  informasiyaya  malik  deyil.  Bu  səbəbdən  dərmanlara  qarşı  allergiyanın 

təyinində  aparıcı  yeri  qəbul  edilən    vərəm  əleyhinə  preparata  qarşı  yaranan  kliniki 

əlamətlər  və  qanın analizində baş verən  dəyişikliklər əsas yer tutur.   

Əksər  hallarda  (80%)  dərman  allergiyası  sağalma  ilə,  yəni,  yaranmış  əlavə 

təsirlərin tam keçməsi ilə nəticələnir. Dərman  allergiyası 12-13% hallarda  bronxial 

astma,  residivləşən  aqronulositoz,  xroniki  dərman  hepatiti,  xroniki  interstesional 

nefrit,  miokard  kordiosklerozu,  pnevmoskleroz,  osteoskleroz  və  s.  kimi  

ağırlaşmaların xroniki hala keçməsi ilə nəticələnir. Belə hesab edirlər ki,   6% halda  

dərman preparatına qarşı yaranmış allergiyadan xəstəni xilas etmək  mümkün olmur. 

Bu  hallarda    ölümə  bilavasitə  anafiloktik  şok,  hipoplastik  anemiya,  aqranulositoz, 

hemorragik ensofalit, miokardit, vaskulit səbəb olur. 

Allergik reaksiyyalarda qanda histamin və digər bioloji aktiv maddələrin sürətli 

atılması  baş  verir.  Bu  səbəbdən  antihistamin  terapiyanın    aparılması  vacibdir. 

Hemolitik fəsadlar zamanı dezintoksikasiya və dehidratasiya terapiyası aparılır.  

Davamlı  diareya  və  azotemiya  zamanı  hemo  və  perinatal  dializin  aparılması  

vacibdir. Damarların allergik zədələnməsi zamanı damar divarlarını möhkəmləndirən 

preparatlar təyin edilməlidir. 

Allergik  fəsadların  ağır  formaları  zamanı  yardımın  ilk  mərhələlərində 

qlukokortikoid  preparatlar  istifadə  edilməlidir.  Preparatın  dozası  allergik  fəsadın 

ağırlıq dərəcəsindən asılı olaraq fərdi qaydada   seçilir. Xəstənin həyatı üçün təhlükə 

törədən hallarda bu preparatların vena daxilinə yeridilməsi lazımdır.   

Allergik reaksiyanın ən təhlükəli forması anafilaktik şokdur. Hər bir həkim, öz 

ixtisasından asılı olmayaraq, anafilaktik şok zamanı təxirəsalınmaz kompleks müalicə 

tədbirlərini bilməlidir.   

Vərəm  əleyhinə  dərmanların  toksik  təsirinə:  -  hepotoksik  reaskiyalar 

(medikamentoz  hepatit,  qara  ciyər  probalarının  simptomsuz  artması);  nefrotoksik 

(proteinuriya,  qanda  kreatinin  səviyyəsinin  artması);    ototoksik    və  vestibulyar 

reaksiyalar  (eşitmənin  azalması,  qulaqda  küy,  baş  gicəllənməsi  və  müvazinətin 

pozulması); mədə-bağırsaq pozğunluqları (ürək bulanma-qusma, ishal, qarın ağrıları, 

meteorizim); 

elektrolit 

pozğunluqları 

(hipokaliy, 

hipomaqni, 

hiponatri, 

hipokalsiemiya);  endokrin  pozğunluğu  (hipotireoz,  mastopatiya);  neyrotoksik 

reaksiya (periferik qıcolmalar); dayaq hərəkət sistemi tərəfindən fəsadlar (əzələ ağrısı, 

artralgiya)    və  s.  aiddir.    Dərman    preparatlarının  toksiki  mənşəli  əlavə  təsirləri, 

allergik  təsirlərdən  fərqli  olaraq,  kimyəvi  terapiyanın  ikinci-üçüncü,  nadir  hallarda  

dördüncü  aylarında  inkişaf  edir.  Belə  ki,  bu  təsirlərin  yaranması  üçün  dərmanların  



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə