Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

43 

 

 Kalsium  defisiti  –  Hipokalsiemiya.  Normada  kalsiumun  qan  zərdabında 



səviyyəsinin  8,5  mq%-dan    az  və  ya  4.2  mekv/l    olmamalıdır.  Hipokalsiemiya 

yorğunluq,  əzələ  zəifliyi,  bəzi  əzələlərdə  qıc  olma,  səciyyəvi  olaraq  ağız  ətrafında, 

biləklərdə  və  ayaqlarda  olan  keyimə  və  batıcı  hisslərlə  təzahür  edir.  Ağır  hallarda 

qıcolmalar,  əzələlərin  hipertonusu,  hamar  əzələlərin  spazmı,  o  cümlədən  

larinqospazm müşahidə olunur.  

Kəskin  hipokalsiemiya  simptomları  əmələ  gəldikdə  10  dəqiqə  ərzində 

venadaxili 2q kalsium qlükonat (180 mq elementar kalsium və ya 20 ml 10% kalsium 

qlükonat  məhlulu)  yeridilməli,  sonra  isə  4-6  saat  ərzində  venadaxili  6q  kalsium 

qlükonat  (500  ml  5%  dekstroza  məhlulunda)  təyin  edilməlidir.  Tədricən  venadaxili 

üsuldan peroral üsula keçmək lazımdır. Peroral olaraq  preparatın ilkin dozası 1-2 q 

olmaqla gündə 3 dəfə qəbul edilir.  Uzun müddətli müalicə zamanı adətən doza 0,5-

1,0 q olmaqla peros gündə üç dəfə təşkil edir.  

Hipokalsiemiyanın  müalicəsi  zamanı  paralel  olaraq  hipokaliemiyanın 

müalicəsi də aparılmalıdır.  

Zərdabda  kalsiumun  sıxlığını  qiymətləndirərkən  albuminin  səviyyəsinin  aşağı 

olmasına da nəzarət etmək lazımdır.  Zərdabda albuminin səviyyəsi 4,0 q/ 100 ml-dan 

az  olsa,  zərdab  kalsiumun  ümumi  səviyyəsini  normaya  çatdırmaq  üçün    ölçülmüş 

həcmdə çatışmayan hər bir qram albuminə 0,8mq/100ml kalsium əlavə edirlər.   

Qan  zərdabında kalsiumun səviyyəsi 7.8-8.4 mg/100ml olarsa, bərpa üçün 500 

mq 3 dəfəyə   verilərək  səviyyəyə nəzarət hər ay aparılmalıdır.    Kalsiumun  miqdarı 

7.0-7.4  mq/100ml  olarsa    1000  mq  gündə  3  dəfə  verilməli  və  zərdabda  səviyyəyə 

nəzarət 1-2 həftə ərzində aparılmalıdır.  Ciddi hallarda kalsiumun miqdarı 7.0 mq/100 

ml  –dən  az  olarsa  gündəlik  nəzərdə  tutulan  peros  doza  (1000  mq  x3)  3  dəfə 

azaldılmalı və preparatlar vena daxili yeridilərək qan zərdabındakı səviyyəyə nəzarət 

1-4 gün müddətində aparılmalıdır.    

Hipokaliemiya  və  hipomaqnemiya  müalicəsində  kalium  qoruyan  diuretiklərin 

istifadəsi vacibdir. Bəzi diuretiklər (amilorid 5-10 mq gündə; spironolakton 25-50 mq 

gündə)    kalium  və  maqniumun  böyrəklə  bədəndən  ifrazını  azaldır.  Kalium  qoruyan 

diuretiklərin 

yanaşı  təsirlərinə:  sidiyə  getmənin  artması,  dehidratasiya, 

ginekomastiya,  mədə-bağırsaq  traktının  qıcıqlanması  və  s.  aiddir.  Elektrolitlərin  

səviyyəsinə  nəzarət  və  onların  itkisinin  bərpa  edilməsi  inyeksion  terapiya  (intensiv 

fazasında)  aparılan  müddətdə  davam  etdirilməlidir.  Elektrolit  pozuntuları  adətən 

onları  törədən  inyeksion  dərman  vasitələri  dayandırıldıqda  aradan  götürülür. 

Dərmanın  qəbulunun  dayandırılmasından  sonra  elektrolit  pozuntusu  qaldığı  halda 

başqa  səbəbləri axtarmaq lazımdır.    




44 

 

Yadda saxlamaq lazımdır ki, qan zərdabında kaliumun səviyyəsi aşağı olması 



qan zərdabında maqneziumun və kalsiumun səviyyəsinin təyini üçün bir  xəbərdalıq 

sayılır.  Elektrolitlərin bərpası zamanı əsas üstünlük  peros qəbuluna verilir (kalium 

xlorid, kalium normin, rehidron). 

Hipotireoz. Hipoterioz  ən çox  PASK,  Etioniamid, protinamiddən sonra  baş 

verir.  Ən  çox  birgə  təyinatda  müşahidə  olunur.  Qalxanvari  vəzin  hormonlarının 

defisiti  yüngül  simptomlardan  (quru  öskürək,  yorğunluq  hissi,  yuxuluq)  başlayaraq 

daha qabarıq (üşütmə, dərinin quruluğu, saçların sınması, qəbizlik, udqunma zamanı 

diskomfort)  simptomlara  qədər  təzahür  edə  bilər.  Bəzi  hallarda  isə  depressiya  və 

psixozlarla  müşahidə  oluna  bilər.  Müayinə  zamanı  qalxanvari  vəzin  böyüməsi  və 

vətər  reflekslərinin  ləngiməsi  müəyyən  edilir.  İlkin  hipotirioz  diaqnozu  qan 

zərdabında  tireotrop  hormonunun  (hipofizin  qalxanvari  vəzin  hormonlarının  ifrazını 

gücləndirən hormon) səviyyəsi 10,0 ME/ml-dən artıq olduqda təsdiqlənir  və trioksin 

təyin olunur. Qalxanvari vəzin funksiyasına nəzarət müntəzəm  olaraq  aparılmalıdır.   

Tioamidlər  qalxanvarı  vəzdə  hormonların  sintezini    zəiflədir.    Hipotiriozun 

digər  səbəblərinə  yod  çatışmazlığı,  bəzi  digər  preparatların  qəbulu  (litium, 

amiodaron),    əvvəllər  yod  izotopları  ilə  aparılan  müalicə,  hamiləlik  zamanı 

qalxanvari vəzin disfunksiyası, Xoşimoto  xəstəliyi  aiddir.  

Hipotireozun    səbəblərini  aydınlaşdırdıqdan  sonra  levotiroksini  təyin  etmək 

lazımdır.  Preparat      minimal  dozadan    başlayaraq  –triotrop  hormonun      10  ME/ml 

səviyyəsinə  çatana  qədər  təyin  olunur.  Spesifik  dərmanların    qəbulu  ilə  bağlı  olan 

hipotireoza yaxşı nəzarət olunur tiamidlərin (Eth, Pth) və  PASK -ın dayandırılmasını 

tələb  etmir.     Qalxanvari vəzin  disfunksiyası  vərəmin  müalicəsinin  kursu başa  çatan 

kimi aradan qalxır. Hormon əvəzedici terapiya  ümumi qayda ilə aparılır və  müalicə 

bitdikdən bir neçə ay sonra dayandırılır.   

Qastrit və ya mədə-bağırsaq sisteminin çatmazlıqları ən çox PASK,  ETO, 

İ, E, CFZ,  Z, imipenen, delamanid, bedaquilindən sonra baş verir.  Vərəm əleyhinə 

preparatların  peroral  təyini    ağız  boşluğunun  və  mədə-bağırsaq    sisteminin    selikli 

qişasının  zədələnməsinə  səbəb  ola  bilir.  Belə  reaksiyalar  ən  çox  PAST,  etionamid, 

protionamid kimi  toksiki təsirli preparatların  qəbulu zamanı baş verir.   Mədə şirəsi 

sekresiyasının kimyəvi tərkibini etionamid və protionamid pozur, PAST-ın Na duzu 

xlorid  turşusunu  neytrallaşdırır.  Bu  zaman  mədənin  selikli  qişasını    qıcıqlandıran 

təmiz  PAST-su  yaranır.  PAST-ın  uzun  müddətli  və  düzgün  olmayan    şəraitdə 

saxlanılması    zamanı  meta-aminofenol  qarışığının  yaranması  baş  verir  ki,  bu  da 

selikli qişanın əlavə zədələnməsinə gətirib çıxarır. Bir sıra tədqiqatlar klaritromisinin 

mədə-bağırsaq sisteminə  neqativ təsirini də  aydınlaşdırmışlar. 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə