Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

45 

 

Əlavə  təsirlər,  əsasən  iştahanın  pozulması,  ağızda    metal  dadının  yaranması, 



ürəkbulanma, qusma, diareya, mədə sekresiyasının dəyişilməsi ilə özünü biruzə verir. 

Xəstələrin yarısında kimyəvı terapiyanın 4-5-ci ayında dizbakterioz yaranır. Vitamin, 

xüsusən   B qrup vitaminlərinin mübadiləsi əsaslı  sürətdə  pozulur. 

Mədə-bağırsaq  tərəfindən  spesifik  dərmanların  qəbul  edilməməsinin  kliniki 

təzahürləri müxtəlif olub ürək bulanma və köpdən tutmuş davamlı abdominal ağrılara 

qədər davam edir. Zəif simptomlar sayılan ürək bulanrna, tez-tez olan yumşaq nəcis, 

adətən  müalicə  başlandıqdan  ilk  bir  neçə  ay  ərzində  müşahidə  olunur.  Xüsusən 

əvvəllər    vərəmdən  müalicə  alan  şəxslərdə  əsasən  qastrit  qeyd  edilir  və  bu  özünü 

epiqastral  nahiyədə  yanma  və    diskomfort  hissi,  ağızda    turşuluq,  ürəkbulanma, 

qusma  və  s.  şəkildə  özünü  göstərir.    Simptomlar  səhərlər  və  qida  qəbulundan  əvvəl 

kəskinləşir. Mədə xorası əlamətlərinə  yeməkdən sonrakı kəskin ağrılar, qan  qusma 

və  melena  daxildir.  Uzun  müddətli  müalicə  zamanı  antibiotiklərin  mədə 

mikroflorasına olan təsirinə görə yağların sorulması və laktozanın qəbul edilməməsi 

əlamətləri əmələ gəlir. Bəzən kifayət qədər güclü  olan  spazmlar  selikli qişa altında 

klofamin kristallarının toplanmasından baş verə bilər.  

İshalın infeksion səbəblərinə şübhə edildikdə C. difficile və həmin ərazi üçün 

spesifik patogen mikroorqanizmlərə görə müayinələr tələb olunur.  Qastrit siqaret və 

alkoqoldan  çox  istifadə,  bəzi  dərmanların  qəbulu  (qeyri-steroid  iltihab  əleyhinə 

dərmanlar,  aspirin,  kortikosteroidlər)  nəticəsində  də  ola  bilər.  Mədə  bağırsaq  

pozuntularının  erkən  simptomlarının  qarşısını  almaq    mümkündür.  Bunun  üçün 

dispepsiya    yaradan      etionamidin  (və  ya  protionamidin)  qəbulu  kiçik  dozalardan 

başlayaraq (250-500 mq) bir-iki həftə ərzində tam dozaya qədər artırırlır. Simptomlar 

qidanın  tez-tez  və  dərmanların  gecə  vaxtı  qəbul  edilməsi  ilə  yüngülləşdirilə  bilər.  

Əvvəllər    qastriti  olan  hər  xəstələrdə  spesifik  dərmanların  qəbulundan  əvvəl        H

2

-

blokatorlar    ilə  müalicə    başlamaq    lazımdır.      Qusma  əleyhinə  tədbirlərə  ehtiyyac 



olduqda  antasid  vasitələrindən      istifadə  etmək  lazımdır. Antasidləri  vərəm  əleyhinə 

dərmanların  qəbuIundan  üç  saat  əvvəl  və  ya  sonra  istifadə  etmək  lazımdır.  Belə  ki,   

antasidlər ftorxinolonların sorulmasını pozur.   

Qusma  və  ishal  elektrolitlərin  küllü  miqdarda  itirilməsinə  gətirdiyinə  görə 

bədənin  dehidratasiyası  və  elektrolitlərin  səviyyəsini  öyrənmək  və  tələb  olunduqda 

itkiləri  bərpa  etmək  lazımdır.  Yalnız  ağır  əlavə  təsirlər  zamanı  vərəm  əleyhinə 

dərmanlarla  müalicə  rejimini  dəyişdirmək  olar.  Etionamidin  və  ya  PASK-ın 

müvəqqəti  dayandırılması  (və  ya  dozanın  azaldılması)  simptomların  aradan 

qaldırılmasının  effektli  yolu  ola  bilər.  Kəskin  qastrit  və  ya  mədə  xorasına  şübhələr 

olduqda  xəstəni  təcili  hospitalizasiya  etmək  və  endoskopik  müayinə  aparmaq 




46 

 

lazımdır. Ağır qusma hepatitin ilk təzahürü ola bilər, buna görə belə halda qaraciyər 



sınaqlarını aparmaq lazımdır.  

Uzunmüddətli  ishal  PASK-ın  birbaşa  təsirindən  ola  bilər,  bundan  başqa 

istənilən  antibiotik  spastik  ağrılar,  ishal  və  köp  ilə  müşahidə  olunan  bağırsaq 

florasının  pozulmasına  səbəb  ola  bilər.  İshal  törədən    spesifik  dərmanların  

müalicədən  çıxarılması  mümkün  olmadığı  halda  loperamid  (imodium)  təyin  etmək 

tövsiyə olunur (böyüklər 4 mq bir dəfə, sonra hər nəcis ifrazından sonra 2 mq gündə 

16  mq-a  qədər).  Müalicə  növlərinin  geniş  formalarından  biri  də    tərkibində 

bağırsaqda olan bakteriyaların canlı kulturası olan (laktobakterilər, asidobakterilər və 

digər oxşar mikroorqanizmlər) dərmanların istifadəsidir. Bu preparatların effektivliyi 

məhduddur.  Adsorbentlərdən  (kaolin,  kömür,  pektin,  polikarbofil)  istifadə  etmək 

lazım deyil çünki onlar  spesifik dərmanların  sorulmasını azaldır.  

Disbakteriozla  müşayiət  edilən  uzun  müddətli    kimyəvi  terapiya  zamanı 

enterosorbsiya aparılması məsləhətdir. Müxtəlif orqanların ağır toksiki zədələnmələri 

zamanı  plazmoforez, hemosorbsiya  və   hemodializ mütləq göstərişdir. 

Etionamid  və  ya  protionamid  ilə  müalicə  zamanı  yaranan  əlavə  neqativ  

təsirlərin  profilaktikası  üçün  mədə-bağırsaq  traktını  qoruyan  vasitələr,  nikotinamid, 

nikotin turşusunun istifadəsi  aktualdır. 

Qaraciyər  zədələnmələri.  Ədəbiyyatdan  məlumdur  ki,  spesifik  dərmanlarla  

müalicə  zamanı  ilk  3-4  ay  ərzində  qaraciyər  zədələnməsinin  2-28%  səviyyəsində 

olur.    Rondominizə  yolu  ilə  aparılmış  çoxsaylı  tədqiqatlar  bütün  vərəm  əleyhinə 

preparatların  hepatotoksiki  təsirə  malik  olduğunu  və  bu  fonda  toksiki  hepatitin 

inkişafını  göstərir.  Vərəm  əleyhinə  preparatlardan  etionamid,  protionamid, 

pirazinamid, izoniazid, rifampisin,  PAST  , bedaquilin daha çox hepatotoksiki təsirə 

malikdirlər. 

Etionamidin  toksiki  təsiri  daha  çoxdur.  Lakin  izoniazid  və  rifampisin  birinci  

sıra  preparatlar  olduğundan    və  vərəm  xəstələrinin  müalicəsində  daha  çox  istifadə 

olunduğundan  bu  preparatların    toksiki  təsiri  geniş  öyrənilmişdir.    Belə  fəsadların 

inkişafında asetilləşmə reaksiyasının sürəti ilə yanaşı xəstənin qadın cinsinə və etnik  

əlamətə mənsub olması  yanaşı risk  əlamətlərindən  sayılır.  İzoniazid orqanizimdə 

hidroliz  və  asetilləşmə  yolu  ilə  inaktivləşir.  Hidrolizə  uğrayaraq  preparat  böyrəklər 

vasitəsi  ilə  xaric  edilir.  Asetiləşmə  prosesi  qara  ciyərdə  baş  verir.  Hepotositlərdə 

qlutamin  azaldıqda  monoasetilhidrozin  toplanır  və  özünün  toksiki  təsirini  göstərir. 

Preparatın vena daxili yeridilməsi izoniazidin inaktivləşməsində asetilləşmənin payını 

artırır,  bu da preparatın qara ciyərə toksiki təsirini gücləndirir. 

Rifampisin böyrəklərdə və qismən öddə metabolizmə uğrayır və orqanizmdən 

xaric  edilir.  Öddə  toplanaraq  ödü  qatılaşdıra  bilir.  Bu  da  öd  çıxarıcı  yolların 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə