Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Y.Ş.Şıxəliyev, İ.Ə. Qasımov, M. A.Şıxlinskaya



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix18.05.2018
ölçüsü0,54 Mb.
#44506
1   ...   17   18   19   20   21   22   23   24   25

41 

 

Hipomaqnemiya  tez-tez  hipokaliemiyaya  və  hipokalsiemiyaya  səbəb  olur. 



Hipokaliemiya  eləcə  də,  hipokalsiemiya  adətən  hipomaqnemiyanın  müalicəsi  ilə 

korreksiya  olunur.  Maqneziumun  qan  zərdabında  səviyyəsi  ümumi  maqnezium 

səviyyəsini həmişə əks etdirmədiyi üçün maqnezium səviyyəsi normal olduğu halda 

belə hipokaliemiya zamanı maqnezimun təyini tələb olunur.  



Kalium    defisiti.  Kalium  çatışmazlığının  əsas  əlamətləri  spesifik  deyil. 

Mülayim  defisit  zamanı  zəiflik,  mialgiya  müşahidə  olunur,  ağır  hallarda  tənəffüs 

zəifləyir  və  iflic  baş  verməsi    mümkündür.  Kalium  defısitinin  aradan  götürülməsi 

üçün peroral qəbul və pəhriz təyin olunur:  

Kalium xlorid məhlul və ya adi tabletlər formasında təyin edilə bilər. Bu zaman 

gündəlik dozanı 2-3 dəfəyə qəbul edilir.  Pəhrizə banan, portağal, pomidor, qreyfrut 

şirəsi,  qabıgı  ilə  qızardılmış  kartof,  meyvə  qurusu  kompotu,  noxud  sıyıqları  və 

şorbaları, kəsmik əlavə etməklə defisit aradan qaldırıla bilər.  Bütün bunlarla yardım  

mümkün  olmadıqda  preparat  venadaxilinə  yeridilir.  Bu  zaman    yeridilən  kaliumun 

həcmi  saatda    20  mekv-dən  artıq  olmamalıdır  (1  q  KCl  13,3  mekv-ə  bərabərdir). 

Adətən 1 litr 0,9%li NaCl-da 40 mekv, maksimal 60 mekv/l, KCl tərkibli məhluludan 

istifadə olunur.  Belə ki, 40 mekv KCI tərkibli 1 litr məhlul hazırlamaq üçün 7,5 ml 

4%  KCl  məhlulunu    bir  litr  0,9%-li  NaCl  məhlulunda  həll  etmək,  60  mekv  KCI 

tərkibli 1 litr məhlul hazırlamaq üçün 12,25 ml 4% KCI məhlulunu  bir litr  0.9%-li 

NaCl    məhlulunda  həll  etmək  lazımdır.    Aşağıdakı  tərkiblərdə    təxminən  40  mekv 

kalium  vardır:  3,9 q kalium asetat;  4,0 q kalium bikarbonat 3,0 q kalium xlorid 4,3q 

kalium sistrat;  9,4q kalium qlukonat ;  5,4q birəsaslı kalium fosfatda ;  3,5q ikiəsaslı 

kalium fosfatda ; 

Kalium  asetat,  bikarbonat,  xlorid,  sitrat  və  qlukonat  peroral  təyin  edilə  bilər. 

İnfuzion  əvəzedici  terapiya  üçün  kalium  xloriddən,  asetatdan  və  fosfatdan  istifadə 

olunur. Kalium xloridin  10%-li 10 ml-də  1 q və ya 13,3 mekv kalium olur.   

Qan  zərdabında    kaliumun    səviyyəsindən  asılı  olaraq    kalium  xloru  yeridmə 

miqdarı  aşağıdakı  kimi  olmalıdır.    Belə  ki,  normada  qan    zərdabında    kaliumun 

səviyyəsi  3.7  mekv/l-dən  çox  olmalıdır.  Xəstələrdə  qusma  və  ishal  halları  

təkrarlanarsa bu göstərici hər ay təyin edilməlidir.  Eləcə də kaliumun miqdarı 3.4-3.6 

mekv/l olarsa, kalium  20-40 mekv/l (1.5-3.0 q)  yeridilməklə hər ay qan zərdabında 

kaliumun   miqdarına nəzarət  olunmalıdır.   Qan zərdabında kalium  miqdarı 3.0-3.3  

mekv/l    olduqda    iki  həftədən  bir    müayinə  aparılmalı  və  60  mekv/l  (4.5q)  kali 

yeridilməlidir. Bəzən qan zərdabında kaliumun miqdarı 2.7-2.9 mekv/l   səviyyəsinə  

enir.  Bu zaman  xəstəyə 80 mekv/l  (6.0q) kalium yeridilməli və zərdabda kaliumun 

səviyyəsinə  bir həftədən bir  nəzarət etmək lazımdır.  Əgər kaliumun miqdarı 2.4-2.6 

mekv/l  olarsa      xəstəyə  80-120  mekv/l  (6.0-9.0q)  kalium  yeridilməli  və    qan 




42 

 

zərdabında  kaliumun  səviyyəsinə  1-6  gün  ərzində  nəzarət  vacibdir.  Ciddi  hallarda  



kaliumun  miqdarı  2.0-2.3  mekv/l  ola  bilər.    Bu  hallarda      60  mekv/l  (4.5q)  vena 

daxilinə  və  20  mekv/l    (6.0q)  peros  verilir.    Qan  zərdabında    səviyyəyə    6-24  saat 

müddətində  nəzarət    edilməlidir.    Daha  ciddi    hallarda    kaliumun  qan  zərdabında  

səviyyəsi 50 mekv/l –dən az olur. Belə hallarda 60 mekv (4.5q) venaya,  100 mekv/l 

(7.5q)  peros  yeridilir.  Səviyyə  2.4  mekv/l-dən  artıq  olana  qədər  infuziyalar  davam 

etdirilir və  intensiv infuziyalar zamanı hər 6 saatdan bir zərdabda səviyyəyə nəzarət 

edilməlidir.   

Maqnezium defisiti.   Normada maqneziumun qan zərdabında səviyyəsi - 1,5- 

2,5 mekv/l təşkil edir. Per oral qəbulu üçün maqnezium qlukonat və ya oksid istifadə 

olunur.  

Müxtəlif dərman vasitələrində maqnezium elektrolitinin müxtəlif miqdarı olur. 

Gündəlik  dozanın  hesablanması  üçün  400  mq  tabletdə  240  mq  elementar 

maqneziumun  olduğu  güman  edilir.  İstifadə  edilən  preparatda  elementar 

maqneziumun  dozası  daha  az  olarsa,  tövsiyə  olunan  dozanı  əldə  etmək  üçün 

tabletlərin  sayını  artırmaq  olar.  Gündəlik  doza  2000  mq  olduqda  onun  vena  və  ya 

əzələdaxili yeridilməsi daha rahat ola bilər.  

Venadaxili istifadə zamanı  maksimal konsentrasiya 5 q (25%-li 20 ml MgSO

4

 

məhlulu)  və  ya  40  mekv  (Mg    bir  litr    0,9%  NaCl  və  ya  5%  qlükoza  məhlulunda)  



təşkil edir.  Bu zaman  dəqiqədə 50 mq-dan (yuxarıda qeyd edilmiş məhluldan 30 ml) 

artıq  daxil  etmək  yol  verilməzdir.  Vəziyyət  təcili  deyilsə    əzələdaxili  100  ml  0,9% 

NaCl  və  ya  5%  qlükoza  məhlulunda  2  q  (8  ml  25%  MgSO

4

  məhlulunda)  və  ya  16 



mekv Mg 1-2 saat ərzində; 4 q (16 ml 25% MgSO

4

 məhlulunda) və ya 32 mekv Mg 



250  ml  0,9%  NaCl  məhlulunda  və  ya  5%  qlükoza  məhlulunda  2-3  saat  ərzində  

yeridilir.   

Əzələdaxili prosedura zamanı isə  1 q (25% - 4 ml  MgSO

4

) həll etmədən hər 6 



saatdan  bir   yeridilir.  Maqneziumun  əzələ daxili qəbul  vena  daxili  və ya per oral  

tətbiqi  mümkün olmadıqda istifadə olunur.   

Maqneziumun  səviyyəsinə  normal  vəziyyətdə  nəzarət    hər  ay  aparılmalıdır. 

Əgər  bu  səviyyə  1.1-1.4  mekv/l  olarsa  1000-1200mq(8.0-9.6  mekv)  peros 

maqnezium  sulfat    verilir  və  hər  ay    zərdabdakı  səviyyəyə  nəzarət    olunur.    Ciddi 

vəziyyətdə (zərdabda səviyyə 0.8-1.0 mekv olarsa)  2000 mq (16mekv) per os və ya  

əzələ  daxilinə  yeridilir.    Zərdabda  səviyyəyə  hər  1-2  həftə  ərzində  nəzarət  edilir. 

Daha  ciddi  hallarda  zərdabda  səviyyə  0.8  mekv/l-dən  az  olur.  Belə  hallarda  3000-

6000  mq  (24-48  mekv)  vena  daxilinə  və  ya  əzələ  daxilinə  maqnezium      yeridilərək 

hər 1-6 gün ərzində  zərdabda səviyyəyə nəzarət edilir.  




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə