Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə6/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
1   2   3   4   5   6
umm-esasname (1)

IX. ƏSAS SƏNƏDLƏRİN TƏSNİFATI



9.1.Məktəbin bütün sənədləşdirmə işləri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat”a uyğun olaraq aparılmalıdır.
Məktəbdə Nazirliyin təsdiq etdiyi vahid formalı normativ sənədlər tətbiq edilir.
9.2.Məktəbdə aşağıdakı əsas sənədlər olmalıdır:

  • əmr kitabı;

  • əmrlərin qeydiyyatı kitabı

  • müəllimlərin tarifləşmə cədvəli

  • pedaqoji şuranın protokol kitabı;

  • şöbələrin protokol kitabları;

  • ixtisas və qrup fənləri üçün sinif jurnalları;

  • şagirdlərin fərdi vərəqələri;

  • ümumməktəb qiymət jurnalı;

  • şəhadətnamələrin verilməsinin qeydiyyat kitabı;

  • şagirdlərin şəxsi işləri;

  • müəllimlərin və başqa işçilərin şəxsi işləri;

  • əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu kitabı və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatı;

  • əmək kitabçaları;

  • əmək kitabçalarının hərəkət qeydiyyatı kitabı;




  • daxil olan və göndərilən sənədlərin qeydiyyat kitabları;

  • işçilərin tibbi müayinə kartları;

  • Məktəbin binasının texniki pasportu (icarəyə götürülmüş bina istisna olunmaqla);

  • inventarların uçot kitabı;

  • müvafiq il üçün xərclər smetası.

Ödənişli təhsil üzrə əmr kitabı, əmrlərin qeydiyyat kitabı, şəhadətnamələrin verilməsi üçün qeydiyyat kitabı, əmək kitabçalarının hərəkət qeydiyyatı kitabı, əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu kitabı və ya kompüter vasitəsilə xüsusi proqramla uçotunun qeydiyyatı, inventarların uçot kitabı və direktorun mülahizəsinə görə digər sənədlər ayrılıqda aparıla bilər.




X. DİGƏR MÜDDƏALAR




10.1. Məktəbdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir.
10.2. Məktəbin yenidən təşkili və ləğv olunması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
___________________
Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə