Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının 8 noyabr 2018-ci IL tarixli 6/1 nömrəli



Yüklə 178,21 Kb.
səhifə5/6
tarix29.11.2023
ölçüsü178,21 Kb.
#142922
1   2   3   4   5   6
umm-esasname (1)

VIII. MƏKTƏBİN VƏSAİTİ VƏ ƏMLAKI


8.1. Məktəbin xərclər smetası İdarə tərəfindən müəyyən olunmuş qaydada təsdiq olunur və bir nüsxəsi Məktəbə təqdim edilir.
8.2. Məktəb dövlət büdcəsindən maliyyələşdirilir.
8.3. Məktəb qanunvericiliyə uyğun hüquqi və fiziki şəxslər, xeyriyyəçilər, sponsorlar, beynəlxalq təşkilatlar tərəfindən könüllü ayrılan vəsait və qrantlardan istifadə edə bilər.
8.4. Məktəb büdcədənkənar vəsaitlərdən mövcud qanunvericiliyə uyğun olaraq istifadə edə bilər.
8.5. Məktəbin vəsaiti Məktəbin saxlanılmasına, əmək haqqına, əsaslı və cari təmirə, avadanlıqların, dəftərxana və təsərrüfat mallarının alınmasına və s. sərf edilir.
8.6. Məktəbin mühasibat işlərini İdarənin mərkəzləşdirilmiş mühasibatlığı və ya bu funksiyanı yerinə yetirən digər mühasibatlıq icra edir və mühasibat işlərinin icraçısı qismində fəaliyyət göstərir. Mühasibatlıq illik xərclər smetasını tərtib edir və bu işə məsuliyyət daşıyır, onun səmərəli istifadə olunmasına, maliyyə intizamına, mədaxil və məxaric fəaliyyətinə, mühasibat sənədlərinin qorunub saxlanılmasına və digər fəaliyyətlərinə cavabdehdir. Müəssisələrin azqiymətli və əsas vəsaitləri üzrə sənədləşmə işlərini aparır (inventarların uçot kitabını və s.).
8.7. Məktəb, ödənişli təhsil üzrə daxil olan vəsaitdən əmək haqqı, qanunla müəyyən edilmiş sosial və digər ayırmalar və xərclər ödənildikdən sonra əldə olunan gəlirin qanunamüvafiq qaydada təyinatı və tələbatı üzrə xərclənməsi işində sərbəstdir. Əldə olunan gəlir ödənişli təhsilin inkişafına, maddi-texniki bazanın yüksəldilməsinə və qanunamüvafiq qaydada digər təyinatlar üzrə istifadə oluna bilər. Ödənişli təhsil və digər fəaliyyət sahələri ilə bağlı ortaya çıxan hər hansı bir məsələ qanunamüvafiq qaydada həll olunur.
8.8.Dövlət mülkiyyəti olan Məktəbin tədris və köməkçi binaları, istifadəsində olan avadanlıqlar, həyətyanı sahəsi Məktəbin əmlakı sayılır.
8.9.Məktəbin əmlakını qanunvericiliyə zidd qaydada hüquqi və fiziki şəxslərin istifadəsinə vermək qadağandır.




Yüklə 178,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə